Misirdə Xocalı faciəsini anma mərasimi və mətbuat konfransı keçirilmişdir
Azərbaycanın Misir Ərəb Respublikasındakı səfirliyinin Xocalı faciəsinin 20 illiyi ilə bağlı həyata keçirdiyi silsilə tədbirlər çərçivəsində fevralın 22-də Qahirədə faciəni anma mərasimi və Misirin aparıcı kütləvi informasiya vasitələrinin, o cümlədən "Əl-Əhram", "Cümhuriyyə", "Əl-Şuruk", "Roza Əl-Yusif", "Əl-Məsəi" qəzetlərinin, "Nile News", "Qahirə" və "TRT Arabic" telekanallarının nümayəndələrinin iştirakı ilə mətbuat konfransı keçirilmişdir.
Mərasimdə çıxış edən səfir Ş.Abdullayev Ermənistanın tarixi Azərbaycan torpaqlarında yaradılması, 1918-ci ildə Bakıda ermənilər tərəfindən törədilmiş mart qırğınları, ötən əsrin 80-ci illərinin sonlarından başlayaraq, Ermənistanın Azərbaycana qarşı irəli sürdüyü ərazi iddiaları və törətdiyi terror əməlləri haqqında ətraflı danışaraq, SSRİ-nin süqutundan sonra Ermənistanın Azərbaycana qarşı genişmiqyaslı müharibəyə başladığını və Xocalı şəhərinin bu açıq-aşkar təcavüzün ilk hədəflərindən biri olduğunu vurğulamışdır.
Xocalı əməliyyatının təşkil edilməsində o zaman Dağlıq Qarabağda yerləşən keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının da iştirak etdiyini deyən natiq Xocalının insanlıq əleyhinə cinayət olduğunu bildirmiş, Ermənistan rəhbərliyində olan şəxslərin bu əməllərə görə məsuliyyət daşıdığını diqqətə çatdırmışdır.
Ş.Abdullayev jurnalistlərin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları, Xocalı həqiqətlərinin ərəb-İslam dünyasının ictimaiyyəti arasında geniş yayılması, bu cinayətin törədilməsinə məsul olan şəxslərin beynəlxalq ədalət məhkəməsi qarşısına çıxarılması və Azərbaycanın iqtisadi inkişafı barədə çoxsaylı suallarını cavablandırmışdır.
Tədbir çərçivəsində Xocalı faciəsinə həsr olunmuş "Məhv edilmiş şəhər" sənədli filmi nümayiş etdirilmiş və səfirliyin bəyanatı yayılmışdır.
Xocalı faciəsi ilə əlaqədar həyata keçiriləcək silsilə tədbirlər çərçivəsində Misirin aparıcı qəzetlərində məqalələrin dərc edilməsi, Ayn-Şəms Universitetində bu faciə ilə əlaqədar konfransın keçirilməsi və Misirin peyk televiziya kanallarında sənədli filmlərin efirə verilməsi planlaşdırılmışdır.
AzərTAc
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Zelenski: Ukraynaya 10 il ərzində dəstək vermək üçün ABŞ-la danışıqlar aparılır
29 Aprel
İrpendə “Azərbaycan Günü” keçirilib
28 Aprel
Prezidentin Mətbuat xidmətinin məlumatı
28 Aprel
QDİƏT PA-da Türkiyə heyətinin rəhbəri: Ankara ABŞ və Aİ-nin Cənubi Qafqaza münasibətindən narahatdır...
28 Aprel
Ukrayna ordusu Donetskin 3 yaşayış məntəqəsindən geri çəkilib
28 Aprel
“Nizami” Kino Mərkəzində “Azərbaycanda Rusiya Kinosu Günləri”nin bağlanış mərasimi keçirilib...
28 Aprel
Premyer Liqa: "Qəbələ"nin mövsümü sonuncu pillədə bitirməsi dəqiqləşib
28 Aprel
Türkiyənin aparıcı partiyalarından birinə yeni sədr seçilib
28 Aprel
Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü “Paris-2024”ə lisenziya qazanıb
28 Aprel
Bəzi dağlıq ərazilərdə havanın qısamüddətli az yağıntılı olacağı gözlənilir
28 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!