12 Fevral 2026 09:30
1727
Səhiyyə
A- A+
Miqrendən necə qurtulmaq olar

Miqrendən necə qurtulmaq olar


Miqren dünyada bir milyarddan çox insanın həyatına təsir edən və çox zaman sadəcə şiddətli baş ağrısı kimi qəbul edilən ciddi nevroloji xəstəlikdir. Bu narahatlıq yalnız ağrı ilə məhdudlaşmır, beyində baş verən mürəkkəb bioloji proseslər, sinir sistemindəki həssaslıq və ətraf mühit faktorları bu xəstəliyin əsasını təşkil edir. Miqren insanların gündəlik həyat keyfiyyətini, iş qabiliyyətini və sosial münasibətlərini ciddi şəkildə zəiflədən əsas sağlamlıq problemlərindən biri hesab olunur.

Miqren tutmaları, adətən, döyünən xarakterli başağrısı ilə başlayır. Bu ağrılar bir neçə saatdan bir neçə günə qədər davam edə, ürəkbulanma, qusma, işığa və səsə qarşı yüksək həssaslıq, başgicəllənmə və diqqət pozğunluğu ilə müşayiət oluna bilər. Bəzi xəstələrdə tutmadan əvvəl və ya tutma zamanı görmə pozğunluqları, gözdə işıq çaxmaları, dalğalanmalar və ya görmə sahəsində qaranlıq nöqtələr meydana çıxır. Miqren əlamətləri hamıda eyni formada özünü göstərmir və bu da xəstəliyin müalicəsini çətinləşdirir.

Bu xəstəlikdə genetik meyillilik mühüm rol oynanır. Statistik göstəricilərə görə, miqren xəstələrinin təxminən 75 faizi qadınlardır. Uşaqlarda da rast gəlinən bu xəstəlik bəzən klassik başağrısı şəklində deyil, şiddətli qarın ağrısı və ürəkbulanma ilə özünü göstərir. Miqren ay ərzində 15 dəfədən az baş verərsə, epizodik, 15 dəfədən çox olarsa, xroniki kimi təsnif edilir.

Mütəxəssislər bildirirlər ki, miqrenin müalicəsinin bu qədər çətin olmasının əsas səbəbi onun insandan insana çox fərqli olmasıdır. Bəzi xəstələr sadə ağrıkəsicilərlə rahatlıq tapsa da, digərləri hətta miqren üçün xüsusi hazırlanmış dərmanlara belə reaksiya vermirlər. Üstəlik, ağrıkəsicilərin tez-tez və nəzarətsiz istifadəsi "dərmanların həddindən artıq istifadəsi nəticəsində yaranan başağrısı" adlanan vəziyyətə səbəb olaraq miqreni daha da ağırlaşdırır.

Son illərdə aparılan araşdırmalar iqlim dəyişikliyinin də miqren tutmalarına təsir etdiyini göstərir. Temperaturun yüksəlməsi, qəfil hava dəyişiklikləri, atmosfer təzyiqinin dalğalanması və hava çirkliliyi miqren üçün şərait yaradır. Nevroloqlar bildirirlər ki, iqlim dəyişikliyi miqrenə birbaşa səbəb olmasa da, bu xəstəliyə meyilli insanlarda tutmaların daha tez və daha ağır şəkildə baş verməsinə şərait yaradır. Miqren halları son 30 ildə say baxımından ciddi artım göstərməsə də, onun məhsuldarlığa və gündəlik həyata təsiri əhəmiyyətli dərəcədə yüksəlib. Araşdırmalar göstərir ki, 2005-2018-ci illər arasında miqren səbəbindən yaranan iş qabiliyyəti itkisi təxminən iki dəfə artıb. Bu, miqrenin təkcə tibbi deyil, eyni zamanda sosial və iqtisadi problem olduğunu da ortaya qoyur.

Miqren tədqiqatlarında dönüş nöqtələrindən biri 1990-cı illərdə CGRP-nin (Kalsitonin Gen Əlaqəli Peptid) kəşfi oldu. Miqren və klaster baş ağrıları zamanı səviyyəsi yüksələn bu maddə neyrogen iltihab yaradaraq damarların şişməsinə və şiddətli ağrılara səbəb olur. Bu kəşf miqrenin bioloji mexanizmlərini anlamaqda mühüm rol oynadı və yeni müalicə üsullarına yol açdı.

Hazırda bazarda CGRP-ni birbaşa bloklayan və ya onun sinir hüceyrələrinə təsirinə maneə törədən səkkiz fərqli dərman mövcuddur. Tədqiqatlar bu dərmanları qəbul edən xəstələrin əhəmiyyətli bir hissəsində miqren tutmalarının tezliyinin ciddi şəkildə azaldığını göstərir. Lakin bu müalicə də universal deyil. Bəzi xəstələr, xüsusilə vestibulyar miqrendən əziyyət çəkənlər, CGRP müalicəsindən yalnız qısa müddətli fayda görürlər. Bu xəstələr boyunlarının yan tərəfinə yerləşdirilən kiçik neyromodulyasiya cihazından istifadə edirlər. Bu cihaz sinirləri elektrik impulsları ilə stimullaşdıraraq miqren tutmalarının qarşısını nisbətən alır.

Əvvəllər yalnız estetik məqsədlərlə istifadə edilən botoks da son illərdə miqren müalicəsində təsirli vasitə kimi ön plana çıxıb. Baş və boyun nahiyəsinə edilən çoxsaylı botoks inyeksiyaları bəzi xroniki miqren xəstələrində tutmaların tezliyini 50 faizdən çox azalda bilir. Tədqiqatlar göstərir ki, bu üsul təkcə əzələləri rahatlatmır, eyni zamanda sinir uclarından CGRP-nin sərbəst buraxılmasını da azaldır. Lakin bu müalicənin mütləq şəkildə miqren üzrə ixtisaslaşmış həkimlər tərəfindən aparılması tövsiyə olunur.

Dərmanlara cavab verməyən və ya hamiləlik kimi səbəblərlə dərman qəbul edə bilməyən xəstələr üçün mexaniki və elektrik əsaslı müalicə üsulları getdikcə daha çox istifadə olunur. Boyun, alın və ya qol nahiyəsindən sinirləri stimullaşdıran cihazlar beynin ağrı yollarını yenidən tənzimləməyi hədəfləyir. Bundan əlavə, burun daxilinə yerləşdirilən titrəyən şar tipli cihazlar üzərində də tədqiqatlar aparılır. Bu metodun trigeminal sinirə və beynin arxa hissəsindəki neyron şəbəkələrinə dolayı təsir göstərərək ağrını azaltdığı düşünülür, lakin mexanizm hələ tam aydınlaşdırılmayıb.

Mütəxəssislər miqren müalicəsində həyat tərzi faktorlarının rolunu xüsusilə vurğulayırlar. Yuxu rejiminin qorunması, balanslı qidalanma, müntəzəm fiziki aktivlik, meditasiya, fizioterapiya, stresin idarə olunması və psixoloji dəstək müalicənin vacib hissəsini təşkil edir. Mütəxəssislərin fikrincə, miqren müalicəsinin "qızıl dövrü" hələ tam çatmayıb. Lakin dərmanlardan tutmuş neyromodulyasiya cihazlarına, botoksdan həyat tərzi dəyişikliklərinə qədər seçimlərin sürətlə artması milyonlarla insan üçün daha idarəolunan bir gələcəyin mümkün olduğunu göstərir. Miqren artıq sadəcə dözməli olduğumuz ağrı deyil, doğru yanaşma ilə nəzarət altına alına bilən mürəkkəb, lakin idarəolunan bir xəstəlikdir.


Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Nəqliyyat dəhlizlərində yük daşımalarında dəyişiklik: avtomobil daşımaları artıb

20:34
15 Aprel

   Bakı - Tbilisi - Ərzurum kəməri ilə qaz nəqli artıb

20:21
15 Aprel

Türkiyə Daxili İşlər Nazirliyi: Kahramanmaraşda ölənlərin sayı 9-a çatıb – YENİLƏNİB 3

20:17
15 Aprel

Bakıda Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin qərargahı yaradılacaq  

20:15
15 Aprel

Milli Məclisin sədri: Daha bir qlobal tədbirə ev sahibliyi etməsi Azərbaycana olan etimadın növbəti təzahürüdür  

20:14
15 Aprel

Sahibə Qafarova: Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi beynəlxalq rolunu daha da gücləndirib  

20:14
15 Aprel

Dünyada su qıtlığı artır

20:14
15 Aprel

“Abşeron” qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə görülən işlər nəzərdən keçirilib  

20:13
15 Aprel

Azərbaycanda həyata keçirilən prioritet sahələr üzrə təşəbbüslərdə ABŞ şirkətlərinin iştirakı müzakirə olunub  

20:12
15 Aprel

İdeoloji xətt və gələcəyə baxış: YAP-da dövlət siyasətinin prioritetləri mövzusunda müzakirə  

20:11
15 Aprel

Armands Krauze: Şuşa görüşü Latviya ilə Azərbaycan arasında gələcək əməkdaşlıq baxımından çox vacibdir  

20:09
15 Aprel

 Oğuzda sahibkarlıq mühiti müzakirə olundu: yeni imkanlar və inkişaf yolları

20:03
15 Aprel

İranda "ictimai təhlükəsizliyi pozmaq" ittihamı ilə 31 nəfər saxlanılıb

19:54
15 Aprel

Ət yemək insanlarda demensiya riskini azalda bilər

19:43
15 Aprel

Mayelərin bərk maddələr kimi “partlaya” bildiyi aşkarlanıb

19:31
15 Aprel

Vəhşi heyvanlar şəhər həyatına sürətlə uyğunlaşır

19:22
15 Aprel

Avropada silahlanma artır

19:13
15 Aprel

Böyük Britaniyada maliyyə sıxıntısı artır

19:08
15 Aprel

Azərbaycanda sənaye istehsalı artmaqda davam edir

18:59
15 Aprel

Süni intellekt suyu necə "içir"?

18:51
15 Aprel

Hind okeanında miqrantları daşıyan gəminin batması nəticəsində 250 nəfər itkin düşüb

18:42
15 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!