07 Avqust 2025 08:20
733
SİYASƏT
A- A+
Mina təhlükəsi davam edir

Mina təhlükəsi davam edir


Bu, ermənilərin insanlıq əleyhinə qanlı əməllərinin təzahürüdür


Müharibələr həmişə insanlara böyük fəlakət, dərd və bəla gətirib. Ürəklərdə, qəlblərdə sağalmaz yaralar açıb. 

Mərmilər, raketlər bir anın içində binaları yerlə yeksan edir, şəhərləri, kəndləri viran qoyur, təkcə insanların deyil, təbiətdəki bütün canlıların həyatına son qoyur. Döyüşlərin  şiddətindən bir-birindən gözəl şəhərlər qısa müddət ərzində cəhənnəmə dönür, yüz illərin xarabalığına çevrilir. İnsanlar uzun illər müharibənin törətdiyi bəlaların, ağrı-acıların əzablarını yaşamalı olurlar. Günlərin birində başlayan müharibələr elə günlərin birində də sona çatır. Mina təhlükəsi isə uzun illər çəkir. Minalar pusquda dayanmış düşmən kimi, hər fürsətdə can almaqda davam edir. Minalar canlı döyüşçüdən də qorxuludur. Çünki o gözə görünmür, varlığını qəflətən partlayıb can alanda bildirir. Onda da onu zərərsizləşdirmək, qəlpələrindən qaçmaq mümkün olmur.

Vətən müharibəsi Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin sərkərdəliyi altında Zəfərlə başa çatdıqdan sonra qarşıda dayanan ən vacib vəzifələrdən biri işğaldan azad edilmiş ərazilərin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi oldu. Bu mühüm vəzifəni yerinə yetirmək üçün Azərbaycan işğaldan azad olunmuş ərazilərdə ermənilərin basdırdığı minaların  xəritələrini Ermənistandan tələb etdi. Rəsmi İrəvan isə əvvəlcə bu cür xəritələrin mövcud olmadığını bildirdi. Amma çox təkiddən sonra fikrini dəyişib xəritələrin bir hissəsini verdi. Amma təəssüflər ki, verilən bu xəritələrin 25 faizi dəqiq oldu. Erməni riyakarlığı, erməni hiyləgərliyi bu məsələdə də özünü göstərdi. 

Artıq xeyli müddətdir işğaldan azad olunmuş ərazilərimizə Böyük qayıdış başlayıb. Nə qədər çətin olsa da, ərazilər minalardan və digər partlamamış hərbi sursatlardan təmizlənir, doğma ocaqlarına qayıdacaq insanların təhlükəsizliyi yüksək səviyyədə təmin olunur. Qəbul edilmiş "Böyük Qayıdış" dövlət proqramına əsəsən, 2026-cı ilə qədər 140 min nəfərin Qarabağa və Şərqi Zəngəzura köçürülməsi nəzərdə tutulur. Bu gün həmin ərazilərdə genişmiqyaslı layihələr icra olunur. Bir sıra magistral avtomobil yolları, elektrik xətləri, su xətləri çəkilir, dəmir yolları salınır, infrastruktur qurulur.

İkinci Qarabağ müharibəsi Zəfərlə başa çatsa da, Azərbaycan mina terrorundan əziyyət çəkir. İnsanların təhlükəsizliyinin təmin olunması məqsədilə bu dəhşətli, ölümsaçan bəla ilə təkbaşına mübarizə aparır. Azad edilmiş ərazilərdə baş verən və insan itkisi ilə nəticələnən mina partlayışları bir daha göstərir ki, ermənilər ərazilərimizi kütləvi şəkildə minalarla çirkləndiriblər. Müharibənin başa çatmasından beş ilə yaxın vaxt keçməsinə baxmayaraq, hələ də işğaldan azad olunmuş ərazilərdə partlayış səsləri eşidilir, insanlar tələf olur, ağır xəsarətlər alırlar. Elə bu günlərdə hərbçilərimizin maşınının Kəlbəcər rayonunun Vəng kəndində minaya düşməsi və xəsarət alması xəbəri hamımızı sarsıtdı. Bütün bunlar onu göstərir ki, müharibə bitsə də, ermənilərin basdırdığı minalar dəhşət saçmaqda davam edir.   

Mütəxəssislərin ilkin qiymətləndirmələrinə görə, ermənilər işğal dövründə torpaqlarımıza 1,5 milyondan artıq mina basdırıblar. 44 günlük Vətən müharibəsi başa çatandan indiyə qədər 400 nəfərə yaxın vətəndaşımız bu minaların qurbanı olub. Minaya düşən vətəndaşlarımız hadisə zamanı ya həyatlarını itiriblər, ya da ağır bədən xəsarətləri alıblar. Ümumiyyətlə isə Ermənistanın Azərbaycanın ərazilərinə qarşı hərbi təcavüzünün başladığı vaxtdan indiyədək 3500-ə yaxın vətəndaşımız minalardan zərər çəkib. Ürək ağrıdan odur ki, onların arasında uşaqlar da var.  Təəssüflər olsun ki, hələ də işğaldan azad olunmuş ərazilərimizdə mina təhlükəsi qalmaqdadır.

Münaqişə bitdikdən sonra da riyakarlığından, qan tökmək niyyətindən əl götürməyən Ermənistan Laçın yolundan yararlanaraq Azərbaycan ərazilərinə minalar döşəməyə davam edib. Ərazilərdə təmizləmə işləri aparılarkən 2021-ci il Ermənistan istehsalı olan piyadalar əleyhinə minlərlə mina aşkarlanıb. Bu faktlar bir daha sübut edir ki, 44 günlük Vətən müharibəsi başa çatandan və 10 noyabr 2020-ci il Bəyanaməsi imzalanandan sonra da Ermənistan üzərinə götürdüyü öhdəliklərə zidd olaraq, Laçın yolundan çirkli məqsədlər üçün istifadə edib. 2022-ci ildə Laçın və Kəlbəcər rayonlarının ərazilərində təmizləmə işləri aparılarkən 2021-ci il Ermənistan istehsalı olan 2700-dən çox piyada əleyhinə mina aşkarlanıb. Aşkarlanan minalar bir daha ermənilərin çirkin əməllərini bütün dünyaya göstərir.

Öz təsdiqini tapmış bu faktlar ermənilərin insanlıq əleyhinə olan qanlı əməllərinin sonu deyil. 2023-cü ilin sentyabr ayında uğurla həyata keçirilən antiterror tədbirlərindən sonra, Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində 500 mindən artıq mina basdırıldığı məlum olub. Bütün bu faktlar dönə-dönə təsdiq edir ki, Ermənistan terrorçu dövlət olub. Ermənistanın mina xəritələrini verməməkdə əsas mədsəd və amalı keçmiş köçkünlərin doğma ocaqlarına qayıtmağına müəyyən çətinliklər yaratmaq, bacardığı, gücü çatdığı qədər bu prosesi ləngitmək və əngəllər törətməkdir. Qəsbkarlar başqa niyyət və məqsədlərinə çatmadıqları kimi, bu istəklərinə də çatmayacaqlar. Düşmən nə edir etsin, insanların doğma ocaqlarına qayıdışına əngəl törədə bilməyəcək. Getdikcə dünyada iqtisadi və siyasi  gücü artan, beynəlxalq aləmdə söz sahibinə çevrilən Azərbaycan qarşısına qoyduğu hədəflərə yüksək səviyyədə nail olacaq. Qısa müddət ərzində işğaldan azad olunmuş ərazilər minalardan və partlamamış hərbi sursatlardan da təmizlənəcək, keçmiş köçkünlər doğma ocaqlarına qayıdacaqlar.

Qarabağ və Şərqi Zəngəzur ərazilərinin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi işinin daha da sürətləndirilməsi məqsədilə bu gün innovasiyalardan, texnologiyalardan, dronlardan və süni intellektin imkanlarından geniş istifadə olunur. İşğaldan azad edilmiş ərazilərdə minaların təmizlənməsi işinə yerli istehsal olan texnikalar da cəlb edilir. Bütün bunlar çox müsbət nəticələr verməkdədir. Bir sözlə, ərazilərimizin minalardan təmizlənməsi işləri sürətlə davam edir. "İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nda ərazilərin minalardan, partlamamış hərbi sursatlardan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsi işlərinin 2026-cı ilə qədər davam etdirilməsi planlaşdırılır. Dövlət Proqramında nəzərdə tutulduğu kimi, 2026-cı ilə kimi, 280 min hektar ərazi minalardan təmizlənəcək. Bu ərazilərə qayıdan keçmiş köçkünlər doğma ocaqlarında dövlətin tikdiyi evlərdə rahat, firavan həyat yaşayacaqlar. 


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan üzgüçülüyündə yeni rekord qeydə alınıb

10:48
12 May

Lökbatandakı yanğında xəsarət qeydə alınmayıb

10:47
12 May

Amerikalı ekspert: WUF Azərbaycanın qlobal auditoriyaya ev sahibliyi etməsi üçün daha bir fürsətdir  

10:09
12 May

CNN: Tramp İrana qarşı hərbi əməliyyatları bərpa etməyi ciddi şəkildə düşünür

10:06
12 May

Tramp: Vens və Rubio ABŞ-nin növbəti prezident seçkiləri üçün güclü namizədlərdir

10:05
12 May

WSJ: BƏƏ İran ərazisinə bir neçə hava zərbəsi endirmiş ola bilər  

10:02
12 May

Kreml ümid edir ki, Ukrayna ilə əsir mübadiləsi tezliklə başa çatacaq

10:01
12 May

Vyanada “Avroviziya” təmsilçimizi dəstəkləmək məqsədilə Azərbaycan Günü təşkil olunub

09:59
12 May

BBC: Beş ölkə İsrailə görə “Avroviziya”nı boykot edib

09:57
12 May

Sorğu: Fransızların 91 faizi ölkənin iqtisadi gələcəyi ilə bağlı bədbin mövqedədir

09:44
12 May

ABŞ İran yaxınlığında 20-dən çox hərbi gəmi yerləşdirib

09:14
12 May

DİN: Qaradağda baş vermiş yanğınla bağlı polis əməkdaşları dərhal əraziyə cəlb olunublar

09:04
12 May

Azərbaycan Ordusunun hərbi qulluqçuları Kəlbəcərdə minaya düşüblər  

22:58
11 May

Nigeriyada silahlı hücum nəticəsində 30 nəfər ölüb

22:23
11 May

Azərbaycan Kosta-Rika Prezidentinin andiçmə mərasimində təmsil olunub  

21:43
11 May

 WUF13 öncəsi mühüm tədbir: “Eco-Art” Festivalı

21:06
11 May

BMT: Sudanda PUA zərbələri nəticəsində azı 880 mülki şəxs həlak olub  

20:21
11 May

Dünya mediası Prezident İlham Əliyevin Zəngilanda çıxışı zamanı verdiyi mesajlardan yazır 

20:08
11 May

Azərbaycan ilə Slovakiya arasında hərbi əməkdaşlığa dair fikir mübadiləsi aparılıb  

19:35
11 May

Ukrayna Prezidenti Vladimir Putinlə görüşün formatının ABŞ ilə müzakirə olunduğunu bildirib  

19:03
11 May

Litva Hərbi Akademiyasının nümayəndə heyəti Bakıdadır

18:53
11 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!