10 İyun 2026 08:05
419
CƏMİYYƏT
A- A+
Milli Qurtuluşdan Zəfərə aparan şanlı yol

Milli Qurtuluşdan Zəfərə aparan şanlı yol


İyunun 9-da Yeni Azərbaycan Partiyası (YAP) və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Gününə həsr edilmiş "Milli Qurtuluşdan Zəfərə aparan şanlı yol" mövzusunda tədbir keçirilib. Əvvəlcə nazirliyin inzibati binasında Ümummilli Lider Heydər Əliyevin büstü ziyarət olunub.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Çıxış edən Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov 15 İyun - Milli Qurtuluş Gününün tarixi əhəmiyyətinə toxunaraq  qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə yenidən hakimiyyətə gəlməsi müstəqillik yolunda ciddi dönüş yaratdı.

Nazir qeyd edib ki, dahi rəhbər ekoloji vəziyyətin yaxşılaşdırılması, ətraf mühitin mühafizəsi, eləcə də təbii sərvətlərdən səmərəli istifadə məsələlərinə xüsusi qayğı ilə yanaşırdı: "O, respublikamız üçün aktual olan ekoloji problemlərin həll edilməsi sahəsində ardıcıl tədbirlərin həyata keçirilməsinə rəhbərlik edib. Azərbaycana rəhbərliyinin birinci dövründə görkəmli dövlət xadimi Heydər Əliyev təbii sərvətlərin qorunmasına, yaşıllaşdırma tədbirlərinin miqyasının artırılmasına xüsusi önəm verirdi. Ulu Öndər Heydər Əliyevin iradəsi ilə 1969-1982-ci illərdə ekologiya, ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadəyə dair çox mühüm 8 qanun və 32 qərar qəbul olunub. Bəsitçay, Qarayazı, Ağgöl, Hirkan, Abşeron, İsmayıllı və Şirvan Dövlət Təbiət qoruqlarının yaradılması Ulu Öndərin 1969-1982-ci illərdə respublikaya başçılıq etdiyi dövrə təsadüf edir. Eləcə də Zuvand, Daşaltı, Ordubad, Qubadlı, İsmayıllı və Kiçik Qızılağac Dövlət Təbiət yasaqlıqları da həmin dövrdə məhz Onun diqqət və qayğısı ilə yaradılıb. Ümummilli Lider Heydər Əliyev müstəqillik dövründə Azərbaycan Respublikasında flora və faunanın, təbiət abidələrimizin, nadir heyvanlar aləminin qorunması, mühafizə edilməsi istiqamətində konkret dövlət siyasətini müəyyən edib".

Rəşad İsmayılov deyib ki, Azərbaycan müstəqillik qazanandan sonra da məhz Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə yeni ekoloji siyasət formalaşıb, Bakı və Abşeronun yaşıllaşdırılmasına, ekoloji tarazlığın bərpasına daha böyük əzmkarlıqla başlanılıb. "Ulu Öndərin sədrliyi ilə yaranmış, hazırda isə Onun siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən, ideyalarını gerçəkləşdirən layiqli varisi Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında inkişaf edən və ölkədə ən geniş sosial bazaya malik olan siyasi partiya - Yeni Azərbaycan Partiyasına cəmiyyətdə böyük rəğbət formalaşıb. Nazirliyin bütün tabeli qurumlarında ümumilikdə 5 minə yaxın Yeni Azərbaycan Partiyası üzvünü birləşdirən partiya təşkilatlarının sıraları genişlənir və keyfiyyət cəhətdən təşkilatlanmaqda davam edir", - deyən natiq əlavə edib ki, Yeni Azərbaycan Partiyasının üzvləri əmək fəaliyyətində fərqlənən əməkdaşlardır. Onun sözlərinə görə, son illərdə nazirliyin əməkdaşları, xüsusilə gənclər Yeni Azərbaycan Partiyası sıralarına üzv olmaq üçün fəal təşəbbüs göstərirlər.

Nazir onu da qeyd edib ki, ətraf mühitin mühafizəsi sahəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Yeni Azərbaycan Partiyası arasında sıx əməkdaşlıq edilir: "Belə ki, 2019-cu ilin 5 iyul tarixində ətraf mühitin mühafizəsi və ekoloji layihələrin həyata keçirilməsi istiqamətində birgə əməkdaşlıq məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Yeni Azərbaycan Partiyası arasında birgə fəaliyyət proqramı imzalanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qarşısında duran vəzifələrin yerinə yetirilməsində, ətraf mühitin mühafizəsi sahəsində ideoloji işin təşkilində, dövlət siyasətinin təbliğində, dövlətə və hakimiyyətə etimadın gücləndirilməsində Yeni Azərbaycan Partiyası üzvlüyünü daşıyan nazirlik əməkdaşlarının məsuliyyəti daha böyükdür. Nazirlikdə çalışan Yeni Azərbaycan Partiyası üzvləri xüsusi fəallıq nümayiş etdirirlər və ölkədə həyata keçirilən çoxşaxəli dövlət siyasətinin əsas təbliğatçıları kimi çıxış edirlər".

Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov 15 İyun - Milli Qurtuluş Gününün müasir dövlətçilik tariximizin ən şanlı səhifələrindən biri olduğunu qeyd edib: "Azərbaycan dövlətinin məhv olmaq təhlükəsindən xilası, müstəqilliyimizin dönməzliyinin, şərəfli Zəfər yolumuzun başlanğıcı kimi tarixə düşən bu gün xalq-lider birliyinin təntənəsini əks etdirməklə həyatımızda yeni bir dövrün əsasını qoymuşdur. Dövlət müstəqilliyinin bərpasından sonrakı ilk illərdə Azərbaycan olduqca mürəkkəb və təhlükəli vəziyyətlə üz-üzə qalmışdı. O dövrdə dövlət idarəçiliyində xaos hökm sürür, ölkədə vətəndaş qarşıdurması, parçalanma meyilləri güclənir və bütün bu proseslər Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, beynəlxalq münasibətlər sistemində hökm sürən böhran, gündən-günə dərinləşən iqtisadi tənəzzül fonunda baş verirdi. Belə bir ağır dönəmdə xalqımız çıxış yolunu zəngin dövlətçilik təcrübəsinə malik dahi şəxsiyyət Heydər Əliyevin ətrafında sıx birləşməkdə gördü".

YAP Sədrinin müavini vurğulayıb ki, ümumxalq etimadının təzahürü kimi 91 nəfər ziyalının müraciəti əsasında 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının yaradılması və Heydər Əliyevin partiyaya sədr seçilməsi müasir dövlətçilik tariximizin dönüş nöqtəsi oldu: "Azərbaycanın xilası naminə xalq Ulu Öndərə üz tutdu və respublikaya rəhbərlik etməsi barədə qətiyyətli çağırış etdi. Heydər Əliyev öz həyatını böyük riskə ataraq fədakarlıq və vətənpərvərlik nümunəsi ortaya qoyaraq taleyüklü tarixi missiyanı, olduqca mürəkkəb siyasi məsuliyyəti üzərinə götürdü. Beləliklə, 33 il bundan əvvəl - 1993-cü il iyunun 15-də Heydər Əliyevin Azərbaycan Respublikası Ali Məclisinin Sədri seçilməsi tariximizə Milli Qurtuluş Günü kimi həkk olundu, Onun ölkəmizə rəhbərlik etdiyi 1993-2003-cü illər sosial-iqtisadi yüksəliş, mədəni intibah və bütövlükdə müstəqil dövlət quruculuğu dövrü kimi yaddaşlara yazıldı".

Tahir Budaqov bildirib ki, Ümummilli Liderin xalqımız qarşısında ən önəmli xidmətlərindən biri də siyasi varisliyin təmin olunmasıdır: "Bu uzaqgörən siyasət nəticəsində Azərbaycanın inkişafı davamlı xarakter almış və dövlətçilik ənənələri daha da möhkəmlənmişdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz iqtisadi qüdrətini əhəmiyyətli dərəcədə artırmış, regionun aparıcı dövlətinə çevrilərək beynəlxalq münasibətlər sistemində mövqelərini daha da möhkəmləndirmişdir. Bütün bunlar isə Azərbaycanın milli gücünün artmasını, müasir dövlətçilik tariximizin ən böyük nailiyyətlərinə və şanlı Zəfərə imza atmasını şərtləndirmişdir. Bu gün işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri Azərbaycanın qüdrətinin və gələcəyə aydın strateji baxışının parlaq nümunəsidir. "Yaşıl enerji zonası" elan olunmuş Qarabağ və Şərqi Zəngəzurda ən müasir infrastruktur yaradılır, yaşayış məntəqələri, sosial obyektlər və istehsal müəssisələri son standartlara uyğun qurulur. Azərbaycanın qədim memarlıq ənənələri ilə müasir şəhərsalma konsepsiyalarının vəhdəti əsasında görülən işlər dayanıqlı məskunlaşmaya xidmət göstərir və bütün bu proseslər ekoloji tarazlığın qorunması prioriteti gözlənilməklə baş verir. Bu gün Azərbaycan beynəlxalq miqyasda ətraf mühitin mühafizəsində, iqlim dəyişikliklərinə qarşı mübarizədə və dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsində fəal rol oynayan qabaqcıl ölkələrdəndir. Ekoloji təhlükəsizliyin təmin olunması, təbii ehtiyatlardan səmərəli istifadə və "yaşıl inkişaf"ın təşviqi dövlət siyasətinin əsas prinsipi kimi xüsusi diqqət mərkəzində saxlanılır".

YAP Sədrinin müavini əlavə edib ki, Ümummilli Liderimizin qurucusu olduğu Yeni Azərbaycan Partiyası yarandığı gündən daim milli maraqların müdafiəsini, dövlət müstəqilliyinin möhkəmləndirilməsini, ictimai-siyasi sabitliyin və davamlı inkişafın təmin olunmasını öz fəaliyyətinin əsas istiqamətləri kimi müəyyən etmişdir: "Bu gün partiyamız cəmiyyətin müxtəlif təbəqələrini vahid məqsəd ətrafında birləşdirərək ölkəmizin tərəqqisinə öz töhfəsini verir. Şübhə yoxdur ki, Heydər Əliyev yoluna, Qurtuluş məfkurəsinə sədaqət nümayiş etdirən Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin liderliyi ilə bundan sonra da məqsədyönlü fəaliyyətini inamla davam etdirərək xalqımıza yeni uğurlar qazandıracaqdır. Hər birinizi qarşıdan gələn 15 İyun - Milli Qurtuluş Günü münasibətilə ürəkdən təbrik edir, möhkəm cansağlığı və şərəfli fəaliyyətinizdə davamlı nailiyyətlər arzulayıram".

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Hüquqi təminat, insan resursları və sənədlərlə iş şöbəsinin aparıcı məsləhətçi - hüquqşünası Azad Əliyev isə çıxışında bildirib ki, xalqa və dövlətə xidmət Ulu Öndərin qurucusu olduğu, hazırda isə Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf edən Yeni Azərbaycan Partiyasının fəaliyyətində xüsusi yer tutur: "Ölkə rəhbərliyinin həyata keçirdiyi siyasətin hər bir Azərbaycan vətəndaşı tərəfindən düzgün və dərindən dərk edilməsi zərurətə çevrilib. Bununla əlaqədar ideoloji işin gücləndirilməsi və səmərəliliyinin artırılması son dərəcə böyük əhəmiyyət kəsb edir. Bu istiqamətdə bizim - Yeni Azərbaycan Partiyasının üzvlərinin üzərinə böyük məsuliyyət düşür".

Çıxış edən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin İnformasiya təminatı sektorunun məsləhətçisi Nərmin İsgəndərli qeyd edib ki, ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində, ətraf mühitin mühafizəsi sahəsində ideoloji işin təşkilində, dövlət siyasətinin təbliğində Yeni Azərbaycan Partiyasının üzvü olan nazirlik əməkdaşları aktiv iştirak edirlər: "Mən də bu proseslərdə daha fəal olmaq məqsədilə xalqımızın ən çox inandığı siyasi birliyə - Yeni Azərbaycan Partiyasının sıralarına qoşulmağa qərar vermişəm. Ulu Öndərimizin yaratdığı, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin inkişafına mühüm töhfələr verən Yeni Azərbaycan Partiyasının üzvü olmaqdan qürur duyuram".

Sonra partiya sıralarına yeni qəbul olunan şəxslərə üzvlük vəsiqələri təqdim olunub.

Tədbir Yeni Azərbaycan Partiyası Himninin səsləndirilməsi ilə başa çatıb.

Sonda xatirə şəkli çəkdirilib.


Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Cəsarəti ilə qəhrəmanlıq düsturu yazdı

08:45
14 İyul

Suraxanı rayonunda 14 İyul küçəsi və parkda abadlıq işləri aparılıb

08:40
14 İyul

Xalqın qəlbində əbədi yaşayan dahi şəxsiyyət

08:35
14 İyul

Dövlətçiliyin sarsılmaz təməllərini yaradan Lider

08:30
14 İyul

Qüdrətli Azərbaycan dövlətinin qurucusu

08:25
14 İyul

Mədəni yaddaşın siyasi zəfəri: 1969-cu ildən başlayan yol

08:20
14 İyul

Azərbaycanı zirvələrə aparan siyasət

08:15
14 İyul

İnnovativ iqtisadiyyat inkişaf etdikcə, onu tənzimləyən qanunvericilik bazası da təkmilləşdiriləcək

08:10
14 İyul

Etibarlı tərəfdaş, məsuliyyətli dövlət və mühüm geosiyasi aktor

08:05
14 İyul

Şuşadan ünvanlanan mesajlar

08:00
14 İyul

“Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” və “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 30 dekabr tarixli 335-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 28 yanvar tarixli 593 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

04:48
14 İyul

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 12 avqust tarixli 128 nömrəli Qərarı ilə təsdiq edilmiş “İkinci Dünya müharibəsi iştirakçılarının, şəhid ailələrinin, Çernobıl AES-də qəzanın nəticələrinin köçürmə zonasında ləğv edilməsinin iştirakçılarının, eləcə də köçürülmə günü ana bətnində olan uşaqlar da daxil olmaqla, uzaqlaşdırma və köçürmə zonalarından köçürülmüş uşaqların, habelə 1986-cı il aprelin 26-dan sonra doğulmuş və Çernobıl AES-də qəzanın nəticələrinin ləğv edilməsinin iştirakçısı olmuş, yaxud Çernobıl qəzası nəticəsində zərər çəkmiş və birbaşa radioaktiv şüalanmaya məruz qalmaq ehtimalı olmuş valideynlərin birindən olan uşaqların, valideyn himayəsindən məhrum olmuş uşaqların, fövqəladə hallarda insanların xilas edilməsində və tibbi yardım göstərilməsində iştirak edərkən ziyan çəkmiş vətəndaşların sanatoriya-kurort müalicəsi ilə təmin edilməsi Qaydaları”nda, 2012-ci il 25 sentyabr tarixli 211 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin sanatoriya-kurort müalicəsi ilə təmin edilməsi Qaydası”nda, 2021-ci il 23 dekabr tarixli 406 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin dərman preparatları, tibbi xidmət və ölkə hüdudları daxilində sanatoriya-kurort müalicəsi ilə təmin olunması Qaydası”nda və 2024-cü il 30 iyul tarixli 368 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sosial ödənişlərin təyin edilməsi, ödənilməsi, ödənişinin dayandırılması və sosial ödəniş işlərinin mühafizəsi Qaydası”nda dəyişiklik edilməsi barədə 

04:46
14 İyul

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 25 dekabr tarixli 201 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qeyri-hökumət təşkilatının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında

04:45
14 İyul

“Ərzaq təminatı xəritəsi” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə

04:44
14 İyul

Sahibə Qafarova Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri ilə görüşüb

22:29
13 İyul

Azərbaycan Milli Məclisinin sədri ilə Pan-Afrika Parlamentinin prezidenti arasında videokonfrans formatında görüş olub

21:48
13 İyul

Slovakiya Prezidenti Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəlib

21:20
13 İyul

Azərbaycan ilə Belarus arasında müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi məsələsi müzakirə edilib

20:54
13 İyul

AIDA ilə Beynəlxalq Gözdən Əlillər İdman Federasiyası arasında anlaşma memorandumu imzalanıb

20:15
13 İyul

Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda çıxışı dünya mətbuatının diqqət mərkəzindədir

20:14
13 İyul

Şuşa Qlobal Media Forumu çərçivəsində D-8 Media Mükəmməllik Mərkəzinin strategiyasının təqdimatı olub

20:12
13 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!