Milli Onkoloji Mərkəzdə Uşaqları Beynəlxalq Müdafiə Gününə həsr olunmuş təntənəli bayram tədbiri
Mayın 31-də Milli Onkoloji Mərkəzdə 1 İyun - Uşaqları Beynəlxalq Müdafiə Gününə həsr olunmuş təntənəli bayram tədbiri keçirilmişdir.
AzərTAc xəbər verir ki, bayram tədbirində əvvəlcə xəstəliyə düçar olmuş uşaqlara həsr olunmuş "Ümid yolu" adlı sənədli film nümayiş etdirilmişdir.
Milli Onkoloji Mərkəzin direktoru, akademik Cəmil Əliyev uşaqları əlamətdar gün münasibətilə təbrik edərək, Mərkəzdə uşaqların müalicəsi üçün yaradılan şəraitə görə dövlət başçısı İlham Əliyevə və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirmişdir. Qeyd olunmuşdur, xəstəliyə düçar olmuş uşaqların qana olan ehtiyaclarına etinasız yanaşılmamalı və hər bir kəs balacalara həyat verəcək belə nəcib işlərdə fəal iştirak etməlidir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova dövlətimizin uşaqların müdafiəsi, onların rifah içində böyüməsi üçün gördüyü işlərdən söz açaraq qeyd etmişdir ki, müstəqil Azərbaycanın qurucusu ulu öndər Heydər Əliyev uşaqlara son dərəcə böyük sevgi və qayğı ilə yanaşırdı. Bu baxımdan ölkəmizdə internat məktəblərində, uşaq evlərində yaşayan uşaqlara, onların hüquqlarının müdafiəsinə çox böyük nəzarət edilir.
"Uşaqlar cəmiyyətimizin sabahıdır" - deyən komitə sədri bildirmişdir ki, onların qayğısız böyüməsi, yüksək standartlara cavab verən təlim-tərbiyə və tibbi xidmətlərlə təmin edilməsi, əlverişli sosial mühitdə fiziki və mənəvi baxımdan sağlam yetişməsi, habelə öz istedadlarını nümayiş etdirmələri üçün zəruri şəraitin yaradılması bizim əsas məqsədlərimizdəndir. Uşaqlarımızın hərtərəfli şəxsiyyət və ölkəmizin layiqli vətəndaşı olaraq formalaşmaları müstəqil Azərbaycan Respublikasının dövlət uşaq siyasətinin aparıcı istiqamətini təşkil edir.
H.Hüseynova xəstəliyə düçar olmuş uşaqlara Milli Onkoloji Mərkəzdə peşəkar həkim heyəti tərəfindən göstərilən diqqət və qayğını yüksək qiymətləndirmiş, uşaqlara dövlət səviyyəsində göstərilən qayğıdan danışmışdır.
Tədbirdə çıxış edənlər bu fidanların həyatları üçün önəmli rol oynayan qanvermə aksiyalarında iştirak etməyin vətəndaşlıq borcu olduğunu bildirmiş, uşaqları bayramları münasibətilə təbrik etmişlər.
Təntənəli bayram tədbiri incəsənət usta
larının iştirakı ilə davam etdirilmişdir.
Sonda uşaqlara Heydər Əliyev Fondu, Milli Onkoloji Mərkəz, "Azərbaycan Hava Yolları", Mərkəzi Klinika, "Nar Mobile" və digər təşkilatlar adından hədiyyələr paylanmışdır.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Çin Xalq Respublikası ilə mədəni əməkdaşlıq məsələləri müzakirə olunub
29 Aprel
DSMF Britaniyada 2024-cü ilin Mükəmməllik Mükafatına layiq görülüb
29 Aprel
Prezident İlham Əliyev Malayziyanın Parlament Senatının prezidentini qəbul edib YENİLƏNİB ...
29 Aprel
May-avqust aylarında keçiriləcək imtahanlar isti hava şəraiti ilə əlaqədar saat 10:00-da başlanacaq ...
29 Aprel
Azərbaycanın xarici işlər naziri Qətərə işgüzar səfərə gedib
29 Aprel
“Europorter”: Azərbaycan Avropanın enerji təhlükəsizliyində əsas oyunçudur
29 Aprel
Baş Prokurorluq: Hərbi qulluqçumuzun mina partlayışında xəsarət alması ilə bağlı araşdırma aparılır ...
29 Aprel
Bakıda Birinci Beynəlxalq Opera festivalının ikinci günü başa çatıb
29 Aprel
Sakarya qaz yatağında gündəlik 4,5 milyon kubmetr qaz hasil edilib
29 Aprel
Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - FOTO
29 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!