Milli Məclisdə «Yuvenal ədliyyə sisteminin inkişafı» mövzusunda «dəyirmi masa» keçirilib
Dünən Milli Məclisdə "Yuvenal ədliyyə sisteminin inkişafı" mövzusunda "dəyirmi masa" keçirildi. Tədbir Milli Məclis, UNİCEF və Azərbaycan Hüquqşünaslar Konfederasiyasının birgə təşkilatçılığı ilə 20 noyabr Ümumdünya Uşaqlar Günü və BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasının qəbul olunmasının ildönümünə həsr olunmuşdu.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirdi ki, Yuvenal ədliyyə hökumətin və parlamentin diqqət yetirdiyi əsas məsələlərdən biridir və bu sistemin, qanunvericilik bazasının formalaşması istiqamətində lazımi iş görülür. Əlaqədar dövlət orqanları bu məsələyə həssaslıqla yanaşırlar.
Milli Məclis Sədrinin müavini Bahar Muradova Azərbaycanın BMT-nin Uşaq Hüquqları Konvensiyasına qoşulduqdan sonra gördüyü işlərdən danışaraq dedi ki, bu beynəlxalq sənədin müddəaları zaman-zaman milli qanunvericiliyimizin tərkib hissəsinə çevrilib. Azərbaycan dövləti insan hüquq və azadlıqlarının, xüsusən də uşaq hüquqlarının qorunması üçün müvafiq addımlar atır, parlamentdə Avropa standartlarına cavab verən mütərəqqi qanunlar qəbul olunur.
İnsan hüquqları üzrə müvəkkil Elmira Süleymanova insan hüquqlarının müdafiəsinə dair mövcud proqram və layihələrin səmərəsindən danışmış, uşaq hüquqlarının müdafiəsinin gücləndirilməsinin bu sənədlərin tərkib hissəsi olduğunu bildirdi.
Tədbirdə çıxış edən BMT-nin Uşaq Fondunun Azərbaycandakı nümayəndəsi Mark Herevard isə dedi: "Azərbaycanda işləmək mənim üçün çox xoşdur. Çünki burada böyük inkişafın, potensialın şahidi oluruq, 2009-cu ildən başlayaraq Yuvenal ədliyyə sisteminin formalaşması istiqamətində görülən işlər xüsusilə təqdilayiqdir".
Azərbaycanda həyata keçirilən hüquq islahatlarını, insan hüquqlarının müdafiəsinə dair qəbul olunan proqramları yüksək qiymətləndirən Mark Herevard diqqətə çatdırdı ki, onlar Yuvenal ədliyyənin də bu islahatların tərkib hissəsinə çevriləcəyinə inanırlar. ATƏT-in Bakı Ofisinin rəhbəri Koray Tarqay təmsil etdiyi qurumun ölkəmizdə bu istiqamətdə görülən işləri dəstəklədiyini bildirdi.
Yuvenal ədliyyə islahatı və sosial müdafiə sistemindən danışan Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli hazırda sağlamlığın qorunmasına dair qanunvericiliyin daha da təkmilləşdirilməsi istiqamətində ərzağın tərkibinin zənginləşdirilməsi, əlilliyin qarşısının alınması üçün 3 yaşınadək uşaqlar arasında tibbi xidmətin yaxşılaşdırılması ilə bağlı UNİCEF-lə iş aparıldığını söylədi.
Digər çıxış edənlər də Yuvenal ədliyyə sahəsində görülən işlərdən danışdılar.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi sədrinin müavini Rövşən Rzayev Yuvenal ədliyyə ilə bağlı qanun layihəsi üzərində işlərin davam etdirildiyini bildirdi.
Sonra çıxış edənlər müvafiq qanunun qəbulunun zəruriliyindən danışaraq bəzi təkliflər səsləndirdilər.
Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Türkiyənin aparıcı partiyalarından birinə yeni sədr seçilib
28 Aprel
Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü “Paris-2024”ə lisenziya qazanıb
28 Aprel
Bəzi dağlıq ərazilərdə havanın qısamüddətli az yağıntılı olacağı gözlənilir
28 Aprel
Səhiyyə Nazirliyinin rəhbərliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsini ehti...
28 Aprel
Laçın və İrpen şəhərləri qardaşlaşacaq
28 Aprel
Kambocada bomba partlayışı nəticəsində 20 hərbçi ölüb
28 Aprel
Zəngilanda silah-sursat aşkar edilib
28 Aprel
Azərbaycan Ordusunda hərbiləşdirilmiş kross birinciliyi keçirilib
28 Aprel
“Titanik”in sərnişininin saatı rekord qiymətə satılıb
28 Aprel
Ağdam rayonu ərazisində mina hadisəsi baş verib
28 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!