Mərakeşdə terror aktının təşkilatçısı ölüm cəzasına məhkum edildi
Mərakeş məhkəməsi bu ilin aprelində törədilmiş terror aktının təşkilatçısını ölüm cəzasına məhkum etmişdir. Bu barədə "Frans Press" agentliyi xəbər verir.
İstintaqın qənaətinə görə, Adil Atmani xarici turistlər arasında populyar olan "Arqana" kafesinə çemodanda iki bomba gətirmiş və sonradan mobil telefon vasitəsilə onları işə salmışdır. Cinayətkar "əl-Qaidə"nin üzvüdür.
İşlə bağlı ittiham olunan digər müttəhimlər - Hakim Da ömürlük cəzaya məhkum edilmiş, 4 nəfərin hərəsi 4 il, daha 3 nəfərin hərəsi 3 il həbs cəzasına məhkum olunmuşdur.
Xatırladaq ki, partlayış aprelin 28-də paytaxt Mərakeşdəki kafedə baş vermişdir. Terror aktı nəticəsində 17 nəfər, o cümlədən 11 əcnəbi həlak olmuş, 20 nəfərdən çox adam xəsarət almışdır. Zərərçəkənlər arasında Rusiya Dövlət Dumasının deputatı Valeri Seleznyovun oğlu Roman da vardı. Roman Seleznyovun həyat yoldaşı da xəsarət almışdır.
Qeyd edək ki, 1992-ci ildən bəri Mərakeşdə ölüm hökmləri icra edilmir.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
DSMF Britaniyada 2024-cü ilin Mükəmməllik Mükafatına layiq görülüb
29 Aprel
Prezident İlham Əliyev Malayziyanın Parlament Senatının prezidentini qəbul edib YENİLƏNİB ...
29 Aprel
May-avqust aylarında keçiriləcək imtahanlar isti hava şəraiti ilə əlaqədar saat 10:00-da başlanacaq ...
29 Aprel
Azərbaycanın xarici işlər naziri Qətərə işgüzar səfərə gedib
29 Aprel
“Europorter”: Azərbaycan Avropanın enerji təhlükəsizliyində əsas oyunçudur
29 Aprel
Baş Prokurorluq: Hərbi qulluqçumuzun mina partlayışında xəsarət alması ilə bağlı araşdırma aparılır ...
29 Aprel
Bakıda Birinci Beynəlxalq Opera festivalının ikinci günü başa çatıb
29 Aprel
Sakarya qaz yatağında gündəlik 4,5 milyon kubmetr qaz hasil edilib
29 Aprel
Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - FOTO
29 Aprel
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...
29 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!