Mərakeş və Azərbaycan eyni prinsipləri və dəyərləri bölüşür
Fevralın 19-da Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri Azərbaycanda səfərdə olan Mərakeş Krallığı Parlamentinin Nümayəndələr Palatasının nümayəndə heyəti ilə görüşüblər. Görüşdə Azərbaycan-Mərakeş arasındakı dostluq münasibətləri və ölkələrarası əlaqələrin inkişaf tendensiyası barədə fikir mübadiləsi aparılıb.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov qeyd edib ki, iki ölkə arasında dərin dostluq münasibətləri mövcuddur. Çünki ölkələrimiz bir-birinin problemini başa düşür və beynəlxalq təşkilatlar qarşısında eyni mövqedən çıxış edirlər. S.Seyidov bildirib ki, Mərakeş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi çərçivəsində Azərbaycanın haqq səsini birmənalı şəkildə dəstəkləyir. Onun sözlərinə görə, hər iki ölkənin həm tarixində, həm də mədəniyyətində oxşarlıqlar çoxdur: "Bu gün Azərbaycan və Mərakeş Avropaya inteqrasiya yolundadırlar, Avropanın dəyərlərini özünəməxsus formada mənimsəməkdədirlər. Getdikcə əlaqələrimiz və birgə fəaliyyətimiz daha da genişlənir. Biz istər siyasi, iqtisadi, istərsə də mədəniyyət və turizm sahələrində əməkdaşlığı genişləndirməkdə israrlıyıq. Bunun üçün hər iki ölkənin böyük potensialı var. İnanırıq ki, sizin Azərbaycana səfəriniz iki ölkə arasındakı münasibətlərə öz müsbət töhfəsini verəcək".
Mərakeş Parlamentinin Nümayəndələr Palatasının Xarici əlaqələr, Milli müdafiə, İslam məsələləri və Xaricdə yaşayan mərakeşlilərlə iş üzrə komitəsinin sədri Ali Kəbiri Azərbaycana səfərdən məmnun olduqlarını bildirib. Vurğulayıb ki, ölkələrarası əlaqələrin yüksək səviyyədə olması üçün ortada siyasi iradə olmalıdır və hər iki ölkə bu iradəyə malikdir. Ona görə də bütün sahələrdə çox asanlıqla əməkdaşlıq etməyə imkan olduğunu bildirən A.Kəbiri Azərbaycanla beynəlxalq səviyyədə olan əməkdaşlığı yüksək qiymətləndirib. Deyib ki, hər iki ölkə eyni prinsipləri, eyni dəyərləri bölüşür.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunan qonaq bildirib ki, ölkəsi heç vaxt hər hansı bir dövlətin separatizmin qurbanı olmasını qəbul edə bilməz.
Sonda qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılıb.
Elgün MƏNSİMOV,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Zelenski: Ukraynaya 10 il ərzində dəstək vermək üçün ABŞ-la danışıqlar aparılır
29 Aprel
İrpendə “Azərbaycan Günü” keçirilib
28 Aprel
Prezidentin Mətbuat xidmətinin məlumatı
28 Aprel
QDİƏT PA-da Türkiyə heyətinin rəhbəri: Ankara ABŞ və Aİ-nin Cənubi Qafqaza münasibətindən narahatdır...
28 Aprel
Ukrayna ordusu Donetskin 3 yaşayış məntəqəsindən geri çəkilib
28 Aprel
“Nizami” Kino Mərkəzində “Azərbaycanda Rusiya Kinosu Günləri”nin bağlanış mərasimi keçirilib...
28 Aprel
Premyer Liqa: "Qəbələ"nin mövsümü sonuncu pillədə bitirməsi dəqiqləşib
28 Aprel
Türkiyənin aparıcı partiyalarından birinə yeni sədr seçilib
28 Aprel
Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü “Paris-2024”ə lisenziya qazanıb
28 Aprel
Bəzi dağlıq ərazilərdə havanın qısamüddətli az yağıntılı olacağı gözlənilir
28 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!