Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi qanunvericiliklə qorunacaq
Oktyabrın 5-də Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirilmişdir. Komitənin sədri Eldar İbrahimov gündəlikdəki məsələ - "Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında" qanun layihəsi barədə məlumat vermişdir. Qanun layihəsi 5 fəsil, 27 maddədən ibarətdir.
İclasda iştirak edən Milli Elmlər Akademiyasının birinci vitse-prezidenti Arif Həşimov, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm Mərkəzinin baş direktoru Əsəd Musayev, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Teymur Şəkərəliyev, Azərbaycan Milli Elmlər Akademiyasının Genetik Ehtiyatlar İnstitutunun direktoru Zeynal Əkbərov və başqaları çıxış edərək bildirdilər ki, bu qanun ölkəmizdə mədəni bitkilərin genetik ehtiyatları sahəsində vətəndaşların, elmi və ictimai birliklərin, təşkilatların, kənd təsərrüfatı və digər məhsul istehsalçılarının iştirakına şərait yaratmaqla bərabər, eyni zamanda mədəni bitkilərin və onların yabanı əcdadlarının genetik ehtiyatlarının mühafizəsi, qiymətləndirilməsi, inkişaf etdirilməsi, istifadəsi və təbliği sahəsində ixtisas və bacarıqları artırmaq üçün tədris və təlim işlərinin təşkilində böyük rol oynayacaq.
Daha sonra deputatlar Eldar Quliyev, Arif Əşrəfov, Tahir Süleymanov, Novruzəli Aslanov və başqaları qanun layihəsi ilə bağlı fikir mübadiləsi apardılar.
Ətraflı müzakirələrdən sonra "Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında" qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olundu.
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Prezidentliyə namizəd saxlanıldı - ABŞ-də
29 Aprel
İranın mədəniyyət naziri Azərbaycana səfər edəcək
29 Aprel
İtaliyanın baş naziri Avropa Parlamentinə seçkilərdə namizəd olacaq
29 Aprel
Sabah bəzi dağlıq ərazilərə dolu düşəcək
29 Aprel
Hindistan 10 ildə silah ixracını 35 dəfə artırıb
29 Aprel
Növbəti köç karvanı Füzuliyə çatıb
29 Aprel
ABŞ dövlət katibinin Yaxın Şərqə səfəri başlayır
29 Aprel
Azərbaycan ABŞ-də multikulturalizm festivalında uğurla təmsil olunub
29 Aprel
İranın Şərqi Azərbaycan əyalətində baş verən partlayışlarda 10 nəfər yaralanıb
29 Aprel
PSJ 12-ci dəfə Fransa çempionu olub
29 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!