27 Oktyabr 2026 15:18
821
Səhiyyə
A- A+
Mədə xərçənginə qarşı mübarizədə erkən diaqnostika həyat xilas edir  

Mədə xərçənginə qarşı mübarizədə erkən diaqnostika həyat xilas edir  


  Azərbaycan Cərrahiyyə, Qastroenterologiya və Onkologiya Cəmiyyəti  tərəfindən həyata keçirilən “Azərbaycanda mədə xərçəngi ilə bağlı erkən diaqnostikanın təşviqi” layihəsi çərçivəsində Bakıda maarifləndirmə aksiyası təşkil olunub.

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə keçirilən aksiyanın əsas məqsədi əhali arasında mədə xərçəngi və onun erkən diaqnostikasının əhəmiyyəti barədə məlumatlılığı artırmaq, xəstəliklə bağlı maarifləndirməni gücləndirmək və onkoloji xəstəliklərlə mübarizəyə ictimai dəstək göstərməkdir.

Bakı metropoliteninin “Koroğlu” stansiyasında təşkil olunan aksiyanın ilk günü ekspert onkoloqlar və layihənin icraçı komandası vətəndaşlara mədə xərçənginin erkən aşkarlanmasının həyati əhəmiyyəti barədə ətraflı məlumat verib, onları xəstəliyin risk amilləri və diqqət yetirilməli əlamətləri ilə tanış ediblər. Həmçinin ekspertlər vətəndaşları maraqlandıran sualları cavablandırıb, maarifləndirici bukletlər paylanılıb. Vətəndaşlar maarifləndirici təşəbbüsə görə təşkilatçılara minnətdarlıqlarını ifadə ediblər.

Layihə çərçivəsində hazırlanan məlumatlandırıcı materialların Cəmiyyətin rəsmi veb-saytı və sosial media resursları vasitəsilə müxtəlif dillərdə ictimaiyyət üçün əlçatanlığı da təmin edilib. Bu yanaşma maarifləndirmə mesajlarının daha geniş auditoriyaya çatdırılmasına və erkən diaqnostikanın əhəmiyyətinin cəmiyyətdə təşviqinə xidmət edir.

Layihənin əsas hədəflərindən biri mədə xərçəngindən ölüm hallarının azaldılmasına töhfə vermək, xəstəliyin erkən aşkarlanmasının vacibliyi barədə ictimai fərqindəliyi artırmaq və dövlətin səhiyyə siyasəti, eləcə də onkoloji xəstəliklərlə mübarizə strategiyasının həyata keçirilməsinə dəstək göstərməkdir.

Qeyd edək ki, mədə xərçəngi mədənin daxili səthini örtən vəzili hüceyrələrdən inkişaf edən bədxassəli şişdir. Mədə xərçəngi hallarının təxminən 95 faizini təşkil edən bu növ xəstəlik dünyada olduğu kimi, Azərbaycanda da geniş yayılmış onkoloji problemlərdən biridir.

Qlobal Xərçəng Rəsədxanasının (Global Cancer Observatory) təqdim etdiyi statistik məlumatlara əsasən, Azərbaycan mədə xərçənginin yayılma səviyyəsinin yüksək olduğu coğrafi bölgədə yerləşir. Həmin məlumatlarda mədə xərçəngi ölkəmizdə rastgəlmə tezliyinə görə üçüncü, xərçənglə əlaqəli ölüm hallarına görə isə ikinci yerdə göstərilir.

Xəstəliyin yaranma riskini artıran amillər arasında Helicobacter pylori infeksiyası, siqaret və digər tütün məhsullarından istifadə, duzlu və hisə verilmiş qidaların həddindən artıq qəbulu, ailə üzvlərində mədə xərçənginin olması, uzunmüddətli mədə xəstəlikləri və digər səbəblər yer alır. 

Xəstəliyin erkən mərhələlərdə çox vaxt nəzərəçarpan əlamətlər verməməsi onun vaxtında aşkarlanmasını çətinləşdirə bilər. Qarının yuxarı hissəsində davamlı ağrı və diskomfort, iştahanın azalması, səbəbsiz çəki itkisi, tez toxluq hissi, şişkinlik, ürəkbulanma, qusma, davamlı həzm problemləri, ümumi halsızlıq, yorğunluq, nəcisdə qan və ya qara rəngli nəcis diqqət yetirilməli əlamətlərdəndir.

Mədə xərçənginin müalicə yanaşması şişin yerləşdiyi nahiyə, xəstəliyin mərhələsi və molekulyar xüsusiyyətləri nəzərə alınmaqla müəyyənləşdirilir. Xüsusilə xəstəliyin metastatik mərhələsində biomarkerlərin nəticələri müalicə seçiminə birbaşa təsir göstərə bilər.

Mütəxəssislərə vaxtında müraciət etmək, uzun müddət davam edən mədə narahatlıqlarını diqqətdən kənarda qoymamaq və həkim tövsiyə etdikdə endoskopik müayinədən keçmək xəstəliyin erkən aşkarlanması baxımından mühüm əhəmiyyət daşıyır. Sağlam və balanslı qidalanma, tütün məhsullarından uzaq durmaq, mədə xəstəliklərini vaxtında müalicə etdirmək və risk qrupunda olan şəxslərin profilaktik müayinələrə diqqət yetirməsi də vacibdir.

Mədə xərçəngi ilə mübarizədə maarifləndirmə və erkən diaqnostika əhalinin sağlamlığının qorunması baxımından mühüm rol oynayır. Layihə çərçivəsində keçirilən aksiya da cəmiyyətdə bu istiqamətdə məlumatlılığın artırılmasına və insanların sağlamlıqlarına daha məsuliyyətlə yanaşmasına töhfə verməyi hədəfləyir.

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bir diş insan şəxsiyyətini müəyyən edə bilər  

18:51
30 Oktyabr

Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib - YENİLƏNİB  

18:23
30 Oktyabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə olunacaq?  

18:22
30 Oktyabr

Dəri problemlərinin gözlənilməz səbəbi 

17:57
30 Oktyabr

Avropa Mərkəzi Bankı faiz dərəcəsini sabit saxlayıb

17:45
30 Oktyabr

Diş əti sağlamlığını qoruyan məhsulların adları açıqlanıb

17:31
30 Oktyabr

Plutonun orbitindən kənarda nəhəng buzlu obyekt aşkar edilib

17:22
30 Oktyabr

Green Card gözləyənlərə növbəti zərbə

16:56
30 Oktyabr

Azərbaycan brendi Avropada genişlənir

16:55
30 Oktyabr

Beynimiz şüuru necə yaradır?  

16:47
30 Oktyabr

Bakıətrafı qəsəbələrə qatar gəlir

16:47
30 Oktyabr

“The Guardian”: süni intellektin uşaqlarla “dostluq etməsi” qadağan olundu  

16:44
30 Oktyabr

Dünya bazarında neftin qiymətində bahalaşma müşahidə olunur  

16:42
30 Oktyabr

Bakıda texnologiya həftəsi keçiriləcək

16:41
30 Oktyabr

Ticarətdən tərəfdaşlığa: Bakıda Qırğız Ticarət Evinin açılışı nə vəd edir?

16:39
30 Oktyabr

Bakı İrəvandan əməli addımlar və konkret nəticələr gözləyir  

16:33
30 Oktyabr

Ombudsmanın seçilməsi ilə bağlı məsələ parlamentin plenar iclasına tövsiyə edilib  

16:28
30 Oktyabr

Şuşa və Xocavənd sakinlərinin sosial məsələlərlə bağlı müraciətləri dinlənilib  

16:25
30 Oktyabr

DSX-nin ən yaxşı kinoloqları və xidməti itləri müəyyən olunub  

15:58
30 Oktyabr

Noyabr ayına olan hava proqnozu açıqlanıb  

15:43
30 Oktyabr

Bu ilin 9 ayında 246 milyon 273 min manat dəyərində narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb  

15:37
30 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!