30 Oktyabr 2026 16:33
518
SİYASƏT
A- A+
Bakı İrəvandan əməli addımlar və konkret nəticələr gözləyir  

Bakı İrəvandan əməli addımlar və konkret nəticələr gözləyir  


Yekun sülh sazişinin imzalanması Ermənistan konstitusiyasında dəyişiklikdən və Azərbaycana qarşı ərazi iddialarının tam ləğvindən asılıdır


Azərbaycan ilə Ermənistan arasında uzunmüddətli və dayanıqlı sülh sazişinin imzalanması istiqamətində bir sıra addımlar atılır, təşəbbüslər göstərilir. Ancaq hər iki prosesə baxışı anlamaq baxımından Bakı və İrəvandan səslənən bəyanatlara, verilən açıqlamalara diqqət yetirmək labüddür. Bir neçə gün qabaq sülhü “uzaqlarda” axtaran Baş nazir Nikol Paşinyan Azərbaycanla sülhün alternativinin olmadığını və onun institusional səviyyədə möhkəmlənməsinin vacibliyini bildirib. O, hökumət başçısı kimi əsas prioritetinin dönməz və uzunmüddətli sülhün təmin edilməsi olduğunu deyərək, Azərbaycanla sülh sazişinin imzalanmasının və ratifikasiya olunmasının zərurətindən danışıb. 

Dünyada baş verən mürəkkəb proseslər fonunda uzunmüddətli sülhün təmin olunmasının əhəmiyyətini diqqətə çatdıran baş nazir bu dövrdə barışa nail ola bildiklərini söyləyib: “Lakin vəzifəmiz iki illik sülhü 20 ilə, bir ili 200 ilə, 200 ili isə 400 ilə və daha uzun müddətə çevirməkdir”. Əlbəttə, bəyan edilən uzunmüddətli sülh hədəflərinin nə dərəcədə inandırıcı olması yalnız ritorikadan deyil, Ermənistanın praktiki müstəvidə atacağı addımlardan asılıdır. Bəyanatların real addımlarla möhkəmləndirilməsi əsas şərt olaraq qalır. Azərbaycan tərəfi hər zaman olduğu kimi konstruktiv mövqe nümayiş etdirərək sülh prosesinə hazır olduğunu bəyan etməklə yanaşı, qarşı tərəfdən real nəticələrin və praktiki addımların atılmasını gözləyir. 

Paşinyan etiraf edib ki, həm Ermənistan daxilində, həm də ölkədən kənarda sülh gündəliyindən uzaqlaşmağa və hər gün başqa istiqamətə yönəlməyə səbəb ola biləcək onlarla amil mövcuddur. Məhz bu səbəbdən o, bütün çətinliklərə baxmayaraq, yekun sülh sazişi imzalanana qədər prosesin davam etdirilməli olduğunu dilə gətirib: “Amma biz buna baxmadan yekun sülh sazişi imzalanana qədər davam etməliyik”. Paşinyan prosesi yayındıra biləcək ciddi maneələrin mövcudluğunu etiraf etsə də, yekun saziş imzalanana qədər danışıqlar xəttini davam etdirməyə məcbur olduğunu vurğulayır. Əslində, bu bəyanat sülhün əldə olunmasının təkcə siyasi bəyanatlardan deyil, xarici və daxili risklərin nə dərəcədə neytrallaşdırılmasından asılı olacağını da nümayiş etdirir. 

İrəvanın səsləndirdiyi bəyanatların praktik müstəvidə reallaşması yolunda ciddi daxili maneələr və ziddiyyətlər qalmaqdadır. Xüsusilə, Ermənistanda konstitusiya dəyişikliyi məsələsi və ölkə daxilində revanşist qüvvələrin fəaliyyəti sülh prosesini ləngidən əsas amillərdəndir. Baş nazir Nikol Paşinyan əvvəlcədən konstitusiya dəyişikliyinin növbədənkənar seçkilərə qədər gedib çıxmayacağını desə də, yeni konstitusiyanın qəbul edilməsinin onların seçki proqramında yer aldığını və təxminən 700 min vətəndaşın bu proqramın lehinə səs verdiyini vurğulayıb. Xatırladaq ki, Paşinyan əvvəlki açıqlamalarında parlamentdə konstitusion çoxluğu təmin etmək və yeni Konstitusiyanın qəbuluna nail olmaq məqsədilə erkən parlament seçkilərinin keçirilməsini istisna etməmişdi. 

Rəsmi Bakı isə İrəvandan gələn bəyanatları yaxından izləyir və sülh sazişinin imzalanması üçün beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan açıq mövqeyini dəyişməz saxlayır. Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov da məsələ ilə bağlı açıqlamasında bildirib ki, Bakının mövqeyi çox açıq və sadədir: “Azərbaycan dövləti öz xoş niyyətini göstərib. Vaşinqton sammiti zamanı paraflanmış sülh sazişinin mətni açıq sənəddir. Saziş beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanır”. Nazir qeyd edib ki, Azərbaycan son bir il ərzində sülh prosesinin real nəticələrini və üstünlüklərini göstərmək üçün bir sıra birtərəfli addımlar atıb və Ermənistan daxilində gedən siyasi prosesləri, o cümlədən yeni konstitusiyanın qəbulu məsələsini diqqətlə izləyir. XİN başçısı vurğulayıb ki, müvafiq nəticə əldə olunacağı təqdirdə Azərbaycan tərəfi prosesi yekunlaşdırmağa tam hazırdır. 

Ermənistan rəhbərliyinin ara-sıra müsbət ritorika ilə çıxış etməsi, bəzən də ziddiyyətli bəyanatlar səsləndirməsi heç nəyi dəyişmir. Sülhün yalnız kağız üzərində deyil, real hüquqi və siyasi addımlarla təsdiqlənməsi vacibdir. Bakının haqlı gözləntisi odur ki, İrəvan quru bəyanatları və daxili siyasi bəhanələri kənara qoyaraq, Azərbaycana qarşı ərazi iddialarından tam imtina etməli, konstitusiya və qanunvericilik səviyyəsində lazımi dəyişiklikləri yubanmadan həyata keçirməlidir. Yalnız bundan sonra tərəflər yekun sülhə imza atacaq və Cənubi Qafqazda əsl sabitlik və etibarlı sülh mühitinin bərqərar olması mümkünləşəcək.


İsmayıl QOCAYEV, 

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bir diş insan şəxsiyyətini müəyyən edə bilər  

18:51
30 Oktyabr

Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib - YENİLƏNİB  

18:23
30 Oktyabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə olunacaq?  

18:22
30 Oktyabr

Dəri problemlərinin gözlənilməz səbəbi 

17:57
30 Oktyabr

Avropa Mərkəzi Bankı faiz dərəcəsini sabit saxlayıb

17:45
30 Oktyabr

Diş əti sağlamlığını qoruyan məhsulların adları açıqlanıb

17:31
30 Oktyabr

Plutonun orbitindən kənarda nəhəng buzlu obyekt aşkar edilib

17:22
30 Oktyabr

Green Card gözləyənlərə növbəti zərbə

16:56
30 Oktyabr

Azərbaycan brendi Avropada genişlənir

16:55
30 Oktyabr

Beynimiz şüuru necə yaradır?  

16:47
30 Oktyabr

Bakıətrafı qəsəbələrə qatar gəlir

16:47
30 Oktyabr

“The Guardian”: süni intellektin uşaqlarla “dostluq etməsi” qadağan olundu  

16:44
30 Oktyabr

Dünya bazarında neftin qiymətində bahalaşma müşahidə olunur  

16:42
30 Oktyabr

Bakıda texnologiya həftəsi keçiriləcək

16:41
30 Oktyabr

Ticarətdən tərəfdaşlığa: Bakıda Qırğız Ticarət Evinin açılışı nə vəd edir?

16:39
30 Oktyabr

Bakı İrəvandan əməli addımlar və konkret nəticələr gözləyir  

16:33
30 Oktyabr

Ombudsmanın seçilməsi ilə bağlı məsələ parlamentin plenar iclasına tövsiyə edilib  

16:28
30 Oktyabr

Şuşa və Xocavənd sakinlərinin sosial məsələlərlə bağlı müraciətləri dinlənilib  

16:25
30 Oktyabr

DSX-nin ən yaxşı kinoloqları və xidməti itləri müəyyən olunub  

15:58
30 Oktyabr

Noyabr ayına olan hava proqnozu açıqlanıb  

15:43
30 Oktyabr

Bu ilin 9 ayında 246 milyon 273 min manat dəyərində narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb  

15:37
30 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!