30 Oktyabr 2026 16:41
515
İQTİSADİYYAT
A- A+
Bakıda texnologiya həftəsi keçiriləcək

Bakıda texnologiya həftəsi keçiriləcək


Süni intellekt və rəqəmsal texnologiyalar artıq gələcəyin deyil, bugünkü həyatın və əmək bazarının ayrılmaz hissəsinə çevrilib. Bu sahələrdə bilik və praktiki bacarıqlara yiyələnmək isə xüsusilə gənclər üçün yeni imkanlar yaradır. Məhz bu istiqamətdə Bakıda tələbələri, texnologiya mütəxəssislərini və innovasiya sahəsinin nümayəndələrini bir araya gətirəcək “TechConnect Week 2026” tədbiri keçiriləcək.

AzInTelecom-un dəstəyi ilə təşkil olunacaq tədbir noyabrın 2-dən 7-dək davam edəcək. Həftə çərçivəsində 10-a yaxın ali təhsil müəssisəsində süni intellekt və yeni texnologiyalar üzrə təlimlər təşkil ediləcək. Təlimlərdə tələbələr yalnız nəzəri biliklər əldə etməklə kifayətlənməyəcək, eyni zamanda praktiki tapşırıqlar üzərində işləyəcəklər. Komandalar şəklində müxtəlif məsələlərin həlli, texnoloji ideyaların hazırlanması və öz həllərinin təqdim edilməsi iştirakçılara öyrəndiklərini praktikada sınamaq imkanı verəcək.

“TechConnect Week 2026”-nın əsas tədbiri isə noyabrın 7-də Baku Events Hall-da keçiriləcək. Burada süni intellekt, data analitikası, kibertəhlükəsizlik, proqramlaşdırma və biznesin rəqəmsal transformasiyası kimi aktual mövzular ətrafında müzakirələr aparılacaq. İştirakçılar sahə ekspertlərinin çıxışlarını dinləyəcək, yeni texnoloji trendlərlə tanış olacaq və təcrübə mübadiləsi aparacaqlar.

Tədbirə 1 000-dən çox iştirakçının, 30-dan artıq spikerin və 20-dən çox tərəfdaşın qatılması gözlənilir.

Layihənin əsas məqsədi gənclərin müasir texnoloji tendensiyalar barədə məlumatlılığını artırmaq, süni intellektin tətbiq imkanlarını təşviq etmək və akademik mühitlə innovasiya ekosistemi arasında əlaqələri gücləndirməkdir.

 “Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bir diş insan şəxsiyyətini müəyyən edə bilər  

18:51
30 Oktyabr

Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib - YENİLƏNİB  

18:23
30 Oktyabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə olunacaq?  

18:22
30 Oktyabr

Dəri problemlərinin gözlənilməz səbəbi 

17:57
30 Oktyabr

Avropa Mərkəzi Bankı faiz dərəcəsini sabit saxlayıb

17:45
30 Oktyabr

Diş əti sağlamlığını qoruyan məhsulların adları açıqlanıb

17:31
30 Oktyabr

Plutonun orbitindən kənarda nəhəng buzlu obyekt aşkar edilib

17:22
30 Oktyabr

Green Card gözləyənlərə növbəti zərbə

16:56
30 Oktyabr

Azərbaycan brendi Avropada genişlənir

16:55
30 Oktyabr

Beynimiz şüuru necə yaradır?  

16:47
30 Oktyabr

Bakıətrafı qəsəbələrə qatar gəlir

16:47
30 Oktyabr

“The Guardian”: süni intellektin uşaqlarla “dostluq etməsi” qadağan olundu  

16:44
30 Oktyabr

Dünya bazarında neftin qiymətində bahalaşma müşahidə olunur  

16:42
30 Oktyabr

Bakıda texnologiya həftəsi keçiriləcək

16:41
30 Oktyabr

Ticarətdən tərəfdaşlığa: Bakıda Qırğız Ticarət Evinin açılışı nə vəd edir?

16:39
30 Oktyabr

Bakı İrəvandan əməli addımlar və konkret nəticələr gözləyir  

16:33
30 Oktyabr

Ombudsmanın seçilməsi ilə bağlı məsələ parlamentin plenar iclasına tövsiyə edilib  

16:28
30 Oktyabr

Şuşa və Xocavənd sakinlərinin sosial məsələlərlə bağlı müraciətləri dinlənilib  

16:25
30 Oktyabr

DSX-nin ən yaxşı kinoloqları və xidməti itləri müəyyən olunub  

15:58
30 Oktyabr

Noyabr ayına olan hava proqnozu açıqlanıb  

15:43
30 Oktyabr

Bu ilin 9 ayında 246 milyon 273 min manat dəyərində narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb  

15:37
30 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!