08 Dekabr 2025 14:08
162
İQTİSADİYYAT
A- A+
Maliyyə Nazirliyi: Azərbaycan “Fitch Ratings” və “Moody’s Ratings” agentlikləri ilə ödənişli əməkdaşlığı davam etdirəcək  

Maliyyə Nazirliyi: Azərbaycan “Fitch Ratings” və “Moody’s Ratings” agentlikləri ilə ödənişli əməkdaşlığı davam etdirəcək  


Azərbaycan Respublikası beynəlxalq kapital bazarlarına çıxışın asanlaşdırılması, borclanma prosedurlarının tənzimlənməsi, beynəlxalq maliyyə dairələri tərəfindən ölkəmizə etimadın daha da gücləndirilməsi məqsədilə 2000-ci ildən etibarən beynəlxalq kredit reytinq agentlikləri ilə əməkdaşlıq edir.

Maliyyə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, bu dövr ərzində aparıcı üç beynəlxalq reytinq agentliyi (“Fitch”, “S&P Global Ratings”, “Moody’s”) ilə əməkdaşlıq həyata keçirilib, həm rəsmi müqavilə çərçivəsində ödənişli əsaslarla, həm də müqavilə öhdəlikləri olmadan (“unsolicited rating”) agentliklər tərəfindən ölkəmizin suveren kredit reytinqi qiymətləndirilib.

Beynəlxalq təcrübədə bu üç aparıcı beynəlxalq reytinq agentliyindən ikisi tərəfindən qiymətləndirmə geniş tətbiq edilən institusional təcrübədir. Bu təcrübədən çıxış edərək, Azərbaycan son 5 ildə ölkənin suveren kredit reytinqinin qiymətləndirilməsini iki agentlik (“Fitch”, “S&P Global Ratings”) vasitəsilə rəsmi müqavilə üzrə ödənişli əsaslarla, bir agentliklə isə (“Moody’s”) müqavilə öhdəlikləri olmadan, yəni Azərbaycan tərəfindən hər hansı ödəniş edilmədən həyata keçirib.

Bu dövr ərzində Azərbaycan iqtisadiyyatında müşahidə olunan fundamental və davamlı müsbət meyllər fonunda ölkənin kredit reytinqi artıb və 2024-cü ildə “Fitch Ratings”, 2025-ci ildə isə “Moody’s Ratings” agentliyi tərəfindən ölkəmizin suveren kredit reytinqi artırılaraq investisiya dərəcəsinə yüksəlib. Belə ki, agentliklər tərəfindən “BBB-” və “Baa3” səviyyəsinə qaldırılan suveren reytinqimiz üzrə növbəti dövr üçün proqnoz da müvafiq olaraq “stabil” və “müsbət” olaraq qiymətləndirilib. Hər iki reytinq agentliyi Azərbaycanın güclü fiskal və xarici mövqeyə malik olmasını, xarici valyuta aktivlərinin əhəmiyyətli artmasını, aşağı dövlət borcu və müsbət büdcə göstəricilərinin iqtisadiyyatın xarici şoklara qarşı dayanıqlılığını təmin etdiyini vurğulayıb.

Reytinq agentlikləri ilə əməkdaşlıq üzrə qeyd olunan beynəlxalq təcrübəyə uyğun olaraq, növbəti dövrdə də rəsmi müqavilə üzrə ödənişli əsaslarla yalnız iki agentliklə əməkdaşlığın davam etdirilməsi nəzərdə tutulub. Əldə olunan uğurlar və qarşılıqlı faydalı, effektiv əməkdaşlıq nəzərə alınaraq “Fitch Ratings” və “Moody’s Ratings” agentlikləri ilə imzalanan müqavilələr çərçivəsində ödənişli əsaslarla institusional əməkdaşlığın həyata keçirilməsi təmin olunub.

İki agentliyin qiymətləndirilməsinin beynəlxalq kapital bazarlarına çıxış və borclanma prosedurlarının tənzimlənməsi üçün kifayət etdiyi nəzərə alınaraq, “S&P Global Ratings” agentliyi ilə əməkdaşlığın müqavilə öhdəliklərindən kənar davam etdirilməsi nəzərdə tutulub.

Maliyyə Nazirliyi növbəti illərdə də Azərbaycan Respublikasının suveren kredit reytinqinin qiymətləndirilməsi ilə bağlı aparıcı beynəlxalq reytinq agentlikləri ilə əməkdaşlığını davam etdirəcək və ölkəmizdə müşahidə olunan fundamental və davamlı inkişafın kredit reytinqlərində əks olunması üçün tədbirlər görəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Deputat: Süni intellektin imkanları iqlim siyasətində strateji alət kimi önə çıxır  

17:39
08 Dekabr

Türkiyə parlamentinin spikeri terrorizmin aradan qaldırılmasına dair atılan addımları dövlət layihəsi adlandırıb  

17:36
08 Dekabr

Nazir müavini: Azad edilmiş ərazilərdəki kiçik su elektrik stansiyaları tamamən SCADA sisteminə qoşulub  

17:35
08 Dekabr

Rusiyalı politoloq: Azərbaycanın çoxşaxəli nəqliyyat strategiyası Şimal-Cənub dəhlizinin geosiyasi çəkisini artırır  

17:34
08 Dekabr

Emmanuel Makronun məyus Çin səfəri: Ticarət gərginliyi və Avropa sənayesinin gələcəyi  

17:33
08 Dekabr

Kirayə mənzil fonduna daha 188 mənzil əlavə olunub  

17:32
08 Dekabr

Antalyada 4,9 bal gücündə zəlzələ baş verib

17:27
08 Dekabr

Strateji tərəfdaşlığa və regional sabitliyə töhfə verən Azərbaycan-Slovakiya əlaqələri TƏHLİL  

17:16
08 Dekabr

Benində çevriliş cəhdinin qarşısı alındı  

17:15
08 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvü Banqladeşin Baş müşaviri ilə görüşüb  

17:14
08 Dekabr

Bakıda Azərbaycanın və İranın xarici işlər nazirləri arasında görüş olub YENİLƏNİB  

17:13
08 Dekabr

Azərbaycanla Qırğızıstan arasında Hökumətlərarası Komissiyanın 6-cı iclası keçirilib  

17:01
08 Dekabr

“Qarabağ” – “Ayaks” oyununa 28 minə yaxın bilet satılıb  

16:56
08 Dekabr

Antonio Tayani: Avropa İttifaqında güclü lider çatışmır  

16:55
08 Dekabr

BMT-də antikorrupsiya fəaliyyət planlarının daha keyfiyyətli hazırlanmasında Azərbaycanın təcrübəsindən danışılıb  

16:53
08 Dekabr

Data analitikası və kibertəhlükəsizlik: əmək bazarında rəqabət üstünlüyünün açarı  

16:50
08 Dekabr

Azərbaycanın sülh təşəbbüsləri həm beynəlxalq səviyyədə, həm də region müstəvisində etimad qazanıb  

16:20
08 Dekabr

Alhoucine Rhazoui: Azərbaycan müsəlman dünyasında ən dinamik və strateji əhəmiyyətli ölkələrdən biri kimi fərqlənir  

16:10
08 Dekabr

Niderland Ukraynaya 700 milyon avro hərbi yardım ayıracaq  

15:35
08 Dekabr

Londonda Ukraynadakı müharibənin dayandırılması ilə bağlı yeni danışıqlar keçirilir  

15:18
08 Dekabr

Bu il ünvanlı xidmət göstərilən vergiödəyicilərinin sayı açıqlanıb  

15:12
08 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!