30 Mart 2024 09:49
227
CƏMİYYƏT
A- A+

Laçın sakini: Bu yaşımda doğma torpaqları yenidən görmək çox gözəldir

 

Hazırda 82 yaşım var. Düşünürəm ki, bu yaşımda doğma torpaqları yenidən görmək, ora qayıtmaq, yaşamaq çox gözəldir. Mən həmişə bu günü arzulayırdım. Şükürlər olsun Allaha ki, mənə bu günləri qismət elədi.

Bu sözləri martın 30-da Bakının Qaradağ rayonundan doğma yurduna yola salınan keçmiş məcburi köçkün, Laçın şəhər sakini Bulud Hüseynov AZƏRTAC-a açıqlamasında söyləyib.

“Doğma Laçın məni özünə çəkir. Elimizə, obamıza - Laçınımıza qayıtmaq məni də, ailəmi də hədsiz sevindirir. Bizə bu günləri yaşadan Ali Baş Komandan İlham Əliyevə öz minnətdarlığımı bildirirəm. Qəhrəmanlıq göstərərək Vətən uğurunda şəhidlik zirvəsinə yüksələnlərə Allahdan rəhmət diləyirəm. Şəhid ailələrinin əllərindən öpürəm”, - deyə Laçın sakini bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video