Koronavirusun yeddi yeni simptomu aşkar edilib
Böyük Britaniyada koronavirusun üç klassik əlamətindən (yüksək hərarət, öskürək, iybilmə və dadbilmə hisslərinin itirilməsi) fərqli simptomlar müzakirə mövzusuna çevrilib. Hazırda bu ölkədə koronavirusun mutasiyaları prosesinin fəallaşması müşahidə olunur: Britaniya (kent) ştammına və onun Cənubi Afrika variantına yoluxma hallarının artması qeydə alınır.
Yerli ictimai səhiyyə sisteminin rəhbərləri yeni şəraitdə həmvətənlərinin koronavirusa yoluxmanın mümkün simptomları barədə mümkün qədər tez xəbər tutmağı öyrənməyi tövsiyə edirlər.
AZƏRTAC həmin mütəxəssislərin “Express” nəşrində dərc edilmiş fikrinə istinad edərək bildirir: “İnsanların yalnız Britaniya Milli Səhiyyə Xidməti tərəfindən qeyd edilmiş üç simptom – yüksək hərarət, yeni, fasiləsiz öskürək, həmçinin iybilmə və dadbilmə hisslərinin itirilməsi əlamətləri barədə məlumatlı olması təhlükəsi artır. Belə məhdud yanaşma ciddi səhvdir, çünki insanlar özünütəcrid rejiminə keçmək əvəzinə özləri də bilmədən virusu yaya, özlərini və başqalarını yoluxdura bilərlər”.
Mütəxəssislər koronavirusun klassik əlamətləri çərçivəsindən kənara çıxan yeddi mümkün simptomunu göstərirlər: bədəndə ümumi ağrı, boğaz ağrısı, diareya, konyunktivit, başağrısı, dəridə səpmə, əl və ya ayaq barmaqlarının rənginin dəyişməsi.
Nəşrdə daha sonra bildirilir ki, 140-dan çox britaniyalı həkim səhiyyə xidmətini COVID-19 xəstəliyinə yoluxma hallarının təyin edilməsi üçün simptomların rəsmi siyahısını yeniləməyə çağırıblar. Onlar Londondakı Kraliça Mariya Universitetinin ilkin tibbi-sanitariya yardımı kafedrasının fəxri baş müəllimi doktor Aleks Soxal tərəfindən tərtib edilmiş açıq məktubu imzalayıblar. Məktubda koronavirusa yoluxma əlamətlərinin rəsmi siyahısına aşağıdakı yeddi fiziki dəyişmənin daxil edilməsi tövsiyə olunur: zökəm, burunun tutulması, boğaz ağrısı, başağrısı, ümumi yorğunluq, xırıltılı səs, əzələ ağrısı.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Zelenski: Ukraynaya 10 il ərzində dəstək vermək üçün ABŞ-la danışıqlar aparılır
29 Aprel
İrpendə “Azərbaycan Günü” keçirilib
28 Aprel
Prezidentin Mətbuat xidmətinin məlumatı
28 Aprel
QDİƏT PA-da Türkiyə heyətinin rəhbəri: Ankara ABŞ və Aİ-nin Cənubi Qafqaza münasibətindən narahatdır...
28 Aprel
Ukrayna ordusu Donetskin 3 yaşayış məntəqəsindən geri çəkilib
28 Aprel
“Nizami” Kino Mərkəzində “Azərbaycanda Rusiya Kinosu Günləri”nin bağlanış mərasimi keçirilib...
28 Aprel
Premyer Liqa: "Qəbələ"nin mövsümü sonuncu pillədə bitirməsi dəqiqləşib
28 Aprel
Türkiyənin aparıcı partiyalarından birinə yeni sədr seçilib
28 Aprel
Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü “Paris-2024”ə lisenziya qazanıb
28 Aprel
Bəzi dağlıq ərazilərdə havanın qısamüddətli az yağıntılı olacağı gözlənilir
28 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!