15 May 2026 08:30
337
SİYASƏT
A- A+
Konstitusiya dövlətin siyasi, iqtisadi və sosial inkişafı üçün hüquqi baza yaradır

Konstitusiya dövlətin siyasi, iqtisadi və sosial inkişafı üçün hüquqi baza yaradır


Bu barədə Türkmənistan parlamentinin təşkilatçılığı ilə  keçirilən beynəlxalq konfransda danışılıb


Mayın 14-də Türkmənistan parlamentinin təşkilatçılığı ilə "Konstitusiya dövlətin inkişafının və sosial rifahın hüquqi təminatı kimi" mövzusunda onlayn beynəlxalq konfrans keçirilib. 

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli konfransda iştirak edib. 

Tədbirdə çıxış edən komitə sədri Türkmənistanı Konstitusiya Günü və Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan parlamentinin Sədri Sahibə Qafarovanın adından təbrik edib. Daha sonra Azərbaycan Respublikasının Konstitusiyası barədə məlumat verən Əli Hüseynli bildirib ki,  1995-ci ildə xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən əsası qoyulan bu tarixi sənəd müasir dövlətçiliyimizin təməl daşına çevrilib və dövlətimizin siyasi, iqtisadi və sosial inkişafı üçün hüquqi baza yaradıb. Diqqətə çatdırılıb ki, Azərbaycanda Konstitusiya demokratiyanın əsasını təşkil edir, siyasi və hüquqi sabitliyi təmin edir, insan hüquq və əsas azadlıqlarının qorunmasına zəmanət verir. Bununla belə, bu sənəd xalqın iradəsini əks etdirir və dövlət idarəçiliyinin, hüququn aliliyinin əsas prinsiplərini müəyyən edir.

Komitə sədri bildirib ki, Konstitusiyanın qəbul edilməsinin 30 illik yubileyi  münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2025-ci ilin ölkəmizdə "Konstitusiya ili" elan olunması bu sahəyə verilən önəmin göstəricisidir. 

Vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə Azərbaycan Respublikası Konstitusiyasının qüvvəsi ölkəmizin bütün ərazisində tam şəkildə bərpa edilib. Eyni zamanda qeyd edilib ki, dövlət başçımız İlham Əliyev Azərbaycan ilə Ermənistan arasında sülh gündəliyinin irəlilədilməsini və regionda davamlı sabitliyin təmin olunmasını daim dəstəkləyir. Konfransda Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında qanunvericilik sahəsində əməkdaşlığın əhəmiyyəti xüsusi qeyd olunub.

Sonra tədbirdə Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan parlament nümayəndələri çıxış ediblər.

Çıxışlarda Konstitusiyanın dövlətçilik ənənələrinin möhkəmləndirilməsində, hüquqi dövlət quruculuğunda və vətəndaşların rifahının təmin edilməsində oynadığı mühüm rol vurğulanıb. Həmçinin qeyd olunub ki, güclü hüquqi baza dövlət idarəçiliyinin səmərəli təşkili, demokratik institutların inkişafı və ictimai sabitliyin qorunması baxımından xüsusi əhəmiyyət daşıyır.


"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan nefti 95 dollara satılır

09:27
10 İyun

Konqo Demokratik Respublikasında “Ebola”dan ölənlərin sayı 115 nəfərə çatıb

09:26
10 İyun

Mərkəzi Komandanlıq: ABŞ helikopterin vurulmasına cavab olaraq həyata keçirdiyi zərbələri yekunlaşdırıb

09:25
10 İyun

Uzunömürlülüyün sirləri

09:25
10 İyun

Səhnənin və ekranın unudulmaz sənətkarı

09:20
10 İyun

Vens: ABŞ-İran razılaşmasının yekunlaşdırılması aylar çəkə bilər

09:17
10 İyun

Qaranlığa işıq salan satira - Sabir dünyası

09:15
10 İyun

"Günah"ı bir neçə baş mal-qaraya sahib olması idi

09:10
10 İyun

ABŞ İrana zərbələr endirib, İran cavab verəcəyini bildirir

09:08
10 İyun

Mahnıları onu həmişə yaşadacaq

09:05
10 İyun

Nüvə silahlarına qlobal xərclər rekord həddə çatıb: Fransa beşinci yerdədir  

09:01
10 İyun

Naftalanda sağlamlıq turizminin inkişaf perspektivləri müzakirə olunub

09:00
10 İyun

Kəndin içməli su problemi həll edilib

08:55
10 İyun

Azərbaycan pəhləvanlıq məktəbinin qədim tarixi var

08:53
10 İyun

Peşə məktəbinin 154 məzunu işlə təmin olunacaq

08:50
10 İyun

Gəncədəki süni göl əsaslı təmirdən sonra istifadəyə verilib

08:45
10 İyun

Qazaxlı fermerlər biçinə hazırdırlar 

08:40
10 İyun

Möhtəşəm layihələrin sınağından keçmiş "Türkiye Petrolleri"

08:35
10 İyun

Ermənistan cəmiyyəti Paşinyanın timsalında reallığı seçdi

08:30
10 İyun

Ölkəmizə qarşı media manipulyasiyaları qəbuledilməzdir

08:25
10 İyun

İstanbul Bəyannaməsi üç ölkəni qlobal çağırışlara qarşı vahid cəbhədə birləşdirir

08:20
10 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!