“Kölgə iqtisadiyyatı”na qarşı mübarizə tədbirləri davam etdirilir
Dövlət Vergi Xidməti və Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən son illərdə “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması və biznes subyektlərinin fəaliyyətinin şəffaflaşdırılması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Səmərəli vergi və gömrük nəzarəti mexanizmlərinin tətbiqi nəticəsində sahibkarlıq subyektlərinin iqtisadi dövriyyələrinin “ağarması” istiqamətində müsbət nəticələr müşahidə olunur.
AZƏRTAC xəbər verir ki, bu barədə Vergi Xidməti və DGK birgə məlumat yayıb. Bildirilib ki, bu sahədə aparılan mühüm tədbirlərdən biri də üçüncü şəxslər üçün mallar idxal edən vergi ödəyicilərinin vergi və gömrük orqanları tərəfindən müəyyən edilməsi və qanunvericilikdə nəzərdə tutulmuş formada mal sahiblərinə təqdim olunması istiqamətində birgə nəzarətin həyata keçirilməsidir.
Növbəti belə tədbirlərdən biri üçüncü şəxslər üçün mallar idxal edən “Fabrolık Tıkıntı” MMC-də həyata keçirilib. Lakin birgə nəzarət tədbirlərinin davam etməsinə baxmayaraq, sentyabrın 4-də həmin müəssisəyə aidiyyəti (qanuni təmsilçi və ya etibarnamə üzrə nümayəndə) olmayan vətəndaş Bəhlulov Osman İlqar oğlu tərəfindən Bakı Baş Gömrük İdarəsinin “İpəkyolu” gömrük postunda malların gömrük ərazisindən çıxarılmasına cəhd edilib. Bu zaman O.Bəhlulov gömrük və vergi orqanı əməkdaşlarının birgə nəzarət tədbirlərinin həyata keçirilməsinə mane olub, vergi və gömrük orqanının vəzifəli şəxslərini təhqir edib, nəqliyyat vasitəsini vergi və gömrük əməkdaşlarının üzərinə sürərək gömrük postunun qarşısını bağlayıb və digər nəqliyyat vasitələrinin çıxışına maneə yaradıb. O.Bəhlulovun qanunsuz hərəkətləri hüquq-mühafizə orqanlarının iştirakı ilə rəsmiləşdirilərək Səbail Rayon Məhkəməsinə göndərilib və məhkəmənin 2021-ci il sentyabrın 6-da verilən qərarı ilə İnzibati Xətalar Məcəlləsinə əsasən, barəsində 10 gün müddətinə inzibati həbs qərarı verilib.
Qeyd edək ki, O.Bəhlulov bundan əvvəl də çoxlu sayda müəssisənin adına rəsmiləşdirilmiş üçüncü şəxslərə məxsus malların heç bir təmsilçilik hüququ olmadan gömrük ərazisindən çıxarılmasına cəhdlər edib.
Məlumat üçün bildirilməlidir ki, "Fabrolık Tıkıntı" MMC-də keçirilmiş operativ vergi nəzarəti zamanı müəssisənin rəhbəri dəvət edilib, araşdırma zamanı MMC-yə məxsus təsərrüfat subyektinin formal olaraq qeydiyyata qoyulduğu, riskli (əmtəəsiz) əməliyyatlar aparıldığı müəyyən edilib.
Vergi Xidməti və DGK bildirir ki, mövcud qanunvericiliyə əsasən, idxal olunan malların üçüncü şəxslərə sənədsiz təhvil verilməsinə, saxlanılacağı təsərrüfat subyektlərinin düzgün göstərilməməsinə yol verilmir və bu kimi hallar qanunvericiliyin tələblərinin pozulmasına gətirir. "Kölgə iqtisadiyyatı"nın artmasına şərait yaradan belə halların qarşısının alınması istiqamətində aidiyyəti orqanların birgə fəaliyyəti bundan sonra da davam etdiriləcək.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Türkiyənin aparıcı partiyalarından birinə yeni sədr seçilib
28 Aprel
Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü “Paris-2024”ə lisenziya qazanıb
28 Aprel
Bəzi dağlıq ərazilərdə havanın qısamüddətli az yağıntılı olacağı gözlənilir
28 Aprel
Səhiyyə Nazirliyinin rəhbərliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsini ehti...
28 Aprel
Laçın və İrpen şəhərləri qardaşlaşacaq
28 Aprel
Kambocada bomba partlayışı nəticəsində 20 hərbçi ölüb
28 Aprel
Zəngilanda silah-sursat aşkar edilib
28 Aprel
Azərbaycan Ordusunda hərbiləşdirilmiş kross birinciliyi keçirilib
28 Aprel
“Titanik”in sərnişininin saatı rekord qiymətə satılıb
28 Aprel
Ağdam rayonu ərazisində mina hadisəsi baş verib
28 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!