10 Avqust 2025 08:45
1442
Mədəniyyət
A- A+
İstedadlı memar, təvazökar insan

İstedadlı memar, təvazökar insan


Dünyada hansı gözəl bina, hansı bənzərsiz tikili varsa, onların hamısı insan əli, insan əməli ilə yaradılır. Ulu keçmişimizdən soraq verən bu tarixi abidələr həmişə insanların diqqətini özünə cəlb edir, zövqünü oxşayır. İnsan  düşüncəsi və təfəkkürü ilə tikilən və yaradılan bu abidə-binalar tarixin səhifəsində əbədi olaraq qalır. Bu gün biz əsrlərcə əvvəl tikilmiş abidələrə, qalalara böyük  heyrət və yüksək maraqla baxırıq. Tarixi  abidələr, tikililər quruluşu, xarici görkəmi ilə diqqətimizi cəlb edir.  

Müasir dövrdə də şəhərimizdə tikilmiş elə binalar var ki, onların yaxınlığından keçəndə bir anlıq da olsa, ayaq saxlayıb onun gözəlliyinə tamaşa edirik. Heydər Əliyev adına İdman Sarayı, Milli Məclisin binası, Milli Arxiv İdarəsinin və Dövlət Akademik Milli Dram Teatrının, Prezident Administrasiyasının binaları və başqa tikililər elə ilk baxışdan bənzərsizliyi ilə zövqümüzü oxşayır. Adlarını çəkdiyimiz bu binaların təkcə xarici görünüşü deyil, daxili görkəmi də bənzərsizliyi ilə seçilir. Adlarını çəkdiyimiz və çəkmədiyimiz bəzi məşhur binaların müəllifi Əməkdar memar, Əməkdar mühəndis Tahir Abdullayevdir. 

Bəs kim idi istedadlı memar Tahir Abdullayev? Gəlin qısaca da olsa, onun ömür yolu və fəaliyyəti ilə yaxından tanış olaq. Tahir Abdulla oğlu Abdullayev 25 avqust 1915-ci ildə Naxçıvan şəhərində dünyaya göz açıb. Atası gənc yaşlarında vəfat etdiyinə görə ailənin dörd övladı anaları Surə xanımın himayəsi altında böyüyüb. Hələ kiçik yaşlarından bacarığı və istedadı ilə seçilən Tahir 1933-cü ildə Nəriman Nərimanov adına Sənaye Texnikumuna qəbul olub. Bu təhsil ocağında bilik və bacarığını daha da artırıb. Gələcəyin görkəmli memarı olacaq Tahir Abdullayev ürəyində boy verən arzuların işığında 1939-cu ildə Azərbaycan Sənaye İnstitutuna qəbul olub. Bu illər ərzində memarlıq ixtisasının sirlərinə dərindən yiyələnib. Ali təhsilini başa vurduqdan sonra təyinatla Bakı Şəhər Soveti İcraiyyə Komitəsinin Memarlıq Planlaşdırma İdarəsinə göndərilib. Tahir Abdullayev 1941-ci ilə qədər bu idarədə işləyib. İlk günlərdən bacarığı və istedadı ilə seçilib. Ona verilən tapşırıqları peşəkarlıqla yerinə yetirib. İşlədiyi layihələr rəhbərlik tərəfindən bəyənilib. Beləcə, Tahir Abdullayev addım-addım gələcək uğurlarına doğru yaxınlaşmağa başlayıb. 

1940-cı ildə Tahir Abdullayevi keçmiş SSRİ Memarlar İttifaqına üzv qəbul ediblər. İşinə, əməyinə və fəaliyyətinə yüksək qiymət veriblər. Görkəmli memar 1941-1944-cü illərdə müxtəlif tikinti idarələrində baş mühəndis vəzifəsində çalışıb. Bir-birindən dəyərli layihələr hazırlayıb. 1944-1951-ci illərdə Şəki şəhərinin baş memarı vəzifəsində çalışıb. 1946-cı ildə İkinci Dünya müharibəsində arxa cəbhədə göstərdiyi fədakarlığa görə "Qafqazın müdafiəçisi" medalına layiq görülüb.

İllər bir-birini əvəz etdikcə Tahir Abdullayevə daha da məsuliyyətli vəzifələr verilir, daha mühüm işlər tapşırılır. 1951-ci ildə o, Azərbaycan SSR Nazirlər Kabinetinin qərarı ilə "Azərdövlətlayihə" Dövlət Baş Layihə İnstitutuna direktor təyin olunur. Tahir Abdullayev nə az, nə çox, düz 41 il burada fəaliyyət göstərir. Bu müddət ərzində yüzlərlə yaşayış evinin, ictimai bina və qurğuların layihə müəllifi olur. Onu da qeyd edək ki, paytaxt Bakıdan başqa, ölkənin bütün şəhərlərinin baş planları, Bakı Dövlət Universiteti, Milli Elmlər Akademiyası, müxtəlif institutlar, poliklinika və xəstəxanalar, məktəb və uşaq bağçaları, yaşayış və digər çoxsaylı binaların layihələri Tahir Abdullayevin rəhbərlik etdiyi institutda hazırlanıb. 

Görkəmli memar təkcə yaradıcılıq istedadı ilə deyil, həm də yüksək təşkilatçılıq bacarığına, insanlarla işləmək qabiliyyətinə görə fərqlənirdi. Bu xüsusiyyətlərinə görə də rəhbərlik etdiyi kollektiv tərəfindən həmişə sevilirdi. Öz işinin peşəkarı olan Tahir Abdullayev təqdim olunan sifarişlərin operativ şəkildə  yerinə yetirilməsi üçün Sumqayıt, Naxçıvan və Gəncə şəhərlərində institutun filiallarını yaratmışdı. Bu filiallar isə regionlardakı binaların layihə-smeta sənədlərinin hazırlanmasının sürətini və keyfiyyətini xeyli artırmışdı.

Tahir Abdullayev "Azərdövlətlayihə" İnstitutuna rəhbərlik etdiyi 41 il ərzində kadrların, xüsusilə milli kadrların hazırlanması, onların peşəkar mütəxəssis kimi formalaşması işini daim diqqət mərkəzində saxlayırdı. Gənc kadrların hazırlanmasına daim qayğı göstərir, bunun üçün onlara hər cür şərait yaradırdı. O, ətrafına təcrübəli memar və mühəndisləri toplamışdı. Onlardan Mikayıl Hüseynov, Rasim Əliyev, Tələt Xanlarov, Şəfiqə Zeynalova, Yusif Qədimov, Nəimə Axundova, mühəndislərdən Mədət Xələfov, Eldar Məmmədov, Xalid Nəcəfov, Azad Qocamanlı və başqalarının adlarını çəkmək olar.

Onun bir-birindən dəyərli olan işləri, geniş fəaliyyəti, Azərbaycan milli memarlığının inkişafına verdiyi misilsiz töhfələr diqqətdən kənarda qalmamışdır, dövlətimiz tərəfindən layiqincə və yüksək səviyyədə qiymətləndirilmişdir. Tahir Abdullayev iki dəfə SSRİ Nazirlər Soveti tərəfindən Dövlət mükafatına layiq görülmüşdür. "Qırmızı Əmək Bayrağı", "Şərəf nişanı" ordenləri ilə təltif olunmuşdur. 1964-cü ildə Azərbaycan Respublikasının Əməkdar mühəndisi, 1979-cu ildə Azərbaycan Respublikasının Əməkdar memarı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü adlarına layiq görülmüşdür.

Görkəmli memarın oğlu Namiq Abdullayev atasını xoş sözlərlə xatırlayır: "Atam çox təvazökar insan idi. Heç vaxt özünü başqalarından üstün tutmazdı. Peşəsini həddindən çox sevərdi. Memarlıq sənəti onun həyatının mənası idi. Hətta vəfat etdiyi gün də işdə olmuşdu. Ailədə də çox ciddi, nizamlı, intizamlı idi. İstəyirdi ki, mən də memar olum. Deyirdim ki, ata, axı mənim bu sahədə qabiliyyətim yoxdur. Memar olmaq insandan xüsusi istedad və bacarıq tələb edir". 

Yaddaşlarda istedadlı memar, səmimi və xeyirxah dost kimi qalan Tahir Abdullayev 2004-cü ildə vəfat edib. İkinci Fəxri xiyabanda torpağa tapşırılıb. Memarlıq sənətində böyük izlər qoymuş Tahir Abdullayev heç vaxt unudulmayacaq. Çünki onun layihələri ilə tikilən və görənləri gözəlliyi ilə heyran edən binalar görkəmli memarın yadigarları kimi ona əbədi yaşamaq haqqı qazandırıb.


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan rəsmilərinin üçtərəfli görüşü keçirilib  

00:36
12 Avqust

Prezident İlham Əliyevin sosial media hesablarında Naxçıvan səfəri ilə bağlı videoçarx paylaşılıb 

23:25
11 Avqust

Prezident İlham Əliyev: Qarabağda və Şərqi Zəngəzurda yeni idarəetmə sisteminin üstünlüklərini gördük  

23:23
11 Avqust

Prezident: Naxçıvan, Şərqi Zəngəzur, Qarabağ vahid konsepsiya əsasında inkişaf etməlidir  

23:17
11 Avqust

Ordubad rayonunda su elektrik stansiyasının tikintisi nəzərdə tutulur

23:15
11 Avqust

Prezident: Azərbaycandan Naxçıvana Ermənistan ərazisindən elektrik xətlərinin çəkilməsi layihəsi hazırdır  

23:13
11 Avqust

Azərbaycan Prezidenti: Biz Avropaya elektrik enerjisi ilə də çıxmaq istəyirik

23:10
11 Avqust

Prezident İlham Əliyev: Naxçıvan əvəzolunmaz nəqliyyat mərkəzlərinin birinə çevriləcək

23:07
11 Avqust

Prezident: Bir çox beynəlxalq qurum Azərbaycan dəmir yollarının Naxçıvan seqmentinə maraq göstərir

23:05
11 Avqust

Prezident: Horadiz–Ağbənd avtomobil yolu demək olar hazırdır  

23:03
11 Avqust

Azərbaycan Prezidenti: Zəngəzur dəhlizinin yaradılması bizim təşəbbüsümüz olub  

23:00
11 Avqust

Prezident: Günəş elektrik enerjisinin istehsalı üçün Azərbaycan ərazisində ən əlverişli məkan Naxçıvandır  

22:58
11 Avqust

Lənkəranda açıq sahədə yanğın başlayıb  

22:55
11 Avqust

Prezident: Azərbaycan yerləşdiyimiz regionda elektrik enerjisi ilə problemi olmayan nadir ölkələr sırasında birincidir  

22:53
11 Avqust

Azərbaycan Prezidenti: Naxçıvan Muxtar Respublikası hərtərəfli inkişaf edir  

22:50
11 Avqust

Prezident İlham Əliyev: Azərbaycan Silahlı Qüvvələri bölgədə söz sahibidir  

22:48
11 Avqust

Prezident İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibə verib 

22:45
11 Avqust

Prezident İlham Əliyev Naxçıvan şəhərində sosial evlər kompleksinin təməlini qoyub  

22:43
11 Avqust

Naxçıvandakı “Əcəmi seyrangahı” istirahət kompleksində memar Əcəmi Naxçıvaninin abidəsi açılıb  

22:41
11 Avqust

Prezident İlham Əliyev Naxçıvanda Möminə xatun türbəsində aparılan bərpa işləri ilə tanış olub VİDEO  

22:39
11 Avqust

Prezident İlham Əliyev “Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş Planı” ilə tanış olub  

21:44
11 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!