06 Dekabr 2024 08:20
1127
İQTİSADİYYAT
A- A+
İqtisadi coğrafiyamızda yeni ünvanlar

İqtisadi coğrafiyamızda yeni ünvanlar


2024-cü il sona yaxınlaşır. Azərbaycanın tarixində önəmli hadisələrlə qalacaq daha bir şan-şöhrətli il yaşadıq. Dünyanı qarşıladıq evimizdə - ölkəmiz ən böyük beynəlxalq tədbirə xalqımızın adət-ənənəsinə uyğun qonaqpərvərliklə, dövlətimizin qazandığı hörmət və nüfuz səviyyəsində evsahibliyi etdi. 

İlboyu qurub-yaratdıq. 30 il düşmən tərəfindən dağıdılıb talan olunan şəhər və kəndlərimizin bərpasını davam etdirdik. Paytaxtımız və digər bölgələrimiz də quruculuq işlərindən kənarda qalmadı. Odur ki, respublikanın iqtisadi xəritəsi yeni ünvanlarla zənginləşdi. Bir sözlə, Azərbaycanda çoxsaylı sənaye müəssisəsi tikildi, müxtəlif təyinatlı sosial infrastruktur quruldu, yollar çəkildi, körpülər salındı.

Bakıda Dövlət Sərhəd Xidmətinin hərbi hospital kompleksi, "Crescent Mall" ticarət mərkəzi, "Zəngilan" tankeri, "LANDAU School" Təhsil Kompleksi və s. istifadəyə verildi. Gəncədə İdman Sarayı, Abşeron rayonunda Palçıq Vulkanları Turizm Kompleksi, Lənkəran rayonunda regional "ASAN xidmət" mərkəzi, Qəbələ rayonunda "Hacıalılı" elektrik stansiyası, Regional Təlim Mərkəzi və digər sosial-iqtisadi obyektlər fəaliyyətə başladı. Bu siyahını uzatsaq və oraya Qarabağda və Şərqi Zəngəzurda tikilib-qurulanları əlavə etsək, 2024-cü ilin ölkənin sosial-iqtisadi həyatına hansı yenilikləri gətirdiyi daha aydın görünər. 

Bu müəssisə və infrastrukturun əksəriyyətinin açılışı Prezident İlham Əliyevin iştirakı ilə olub. Bu da onların hər birinin önəminə diqqət çəkir. Beləliklə, yeni ünvanların bir neçəsini bir daha xatırladaq.

Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Bakıda açılışını etdikləri obyektlərdən biri "Crescent Mall" ticarət mərkəzi oldu. Bu ticarət mərkəzi ənənənin innovasiyalarla qovuşduğu bir məkan kimi paytaxtımızın müasir və dinamik inkişafını əks etdirir. 115 min kvadratmetr sahədə alış-veriş, əyləncə və istirahətin təklif olunduğu məkanda beşmərtəbəli müasir texnologiyalarla inşa edilmiş bina, üçmərtəbəli 1193 parkinq yeri, açıq havada yerləşən terras və restoran, həmçinin Azərbaycanda ilk dəfə fəaliyyət göstərəcək musiqili fontan yer alıb.

Ticarət mərkəzində 107 geyim, qastronomiya, sağlamlıq, uşaq əyləncə mərkəzləri və digər mağazalar var. "Crescent Mall"da alıcılara böyüklər və uşaqlar üçün geniş çeşiddə geyimlər, ev avadanlıqları və digər məhsullar təklif edilir. Bundan başqa, "Crescent Mall"da SPA, gözəllik və fitnes mərkəzləri də qonaqların xidmətində olacaq.

Ən müasir texnologiyalarla inşa edilmiş ticarət mərkəzində rəqəmsallaşan dünyanın yeni trendlərinə uyğun olaraq süni intellektlə fəaliyyət göstərən məlumat bələdçisi xidməti də var. Burada fəaliyyət göstərən brendlər haqqında ətraflı məlumat verən bələdçi həmçinin istiqamət göstərir və xidmətlərlə bağlı sorğuları cavablandırır. Bu da qonaqların ticarət mərkəzi daxilində hərəkətini asanlaşdırır. Məlumat bələdçisi 140 dildə yazılı, Azərbaycan, ingilis və rus dillərində isə şifahi məlumatlar verə bilir.

Prezident İlham Əliyev Abşeron rayonu ərazisində Palçıq Vulkanları Turizm Kompleksinin açılışında da iştirak etdi.

Təbiətin maraqlı hadisəsi olan palçıq vulkanları dünyanın bir çox ölkəsində mövcuddur. Azərbaycan da palçıq vulkanlarının nadir və klassik inkişaf regionu kimi tanınır. Palçıq Vulkanları Turizm Kompleksində "Qılınc" palçıq vulkanını yaxından izləmək mümkündür. Bu vulkanlar bir sırada düzülmüş 8 sopkadan (təpə) ibarətdir. Sopka brekçiyası (iri qrunt süxurları) böyük bir sahəni əhatə edərək şimal-şərqə qədər uzanan iki zolaq əmələ gətirib. İyirmi hektar sahəyə yayılan brekçiyanın uzunluğu 300-500 metrdir. Bu zolaqların eni isə bəzi yerlərdə 50 metrə çatır. Ümumilikdə ölkəmizdəki vulkanların 60 faizi aktiv sayılsa da, elmi mənbələrdə "Qılınc" vulkanının güclü püskürmələri barədə məlumata rast gəlinmir.

 Palçıq Vulkanları Turizm Kompleksi 12 hektar ərazidə tikilib. Burada inzibati bina inşa olunub. Yaradılan yeni turizm infrastrukturu yerli əhali, xüsusilə ətraf ərazilərdə məskunlaşmış insanlar üçün yeni iş yerlərinin açılmasına imkan verib. Kompleksin Turizm İnformasiya Mərkəzi sərgi zalından və emalatxanadan ibarətdir. Mərkəzdə palçıq vulkanlarının xüsusiyyətləri, təbii və müalicəvi özəllikləri haqqında məlumat əldə etmək, palçıq vulkanının maketi ilə tanış olmaq mümkündür. Burada həmçinin Azərbaycanın hər yerindən toplanmış 80-ə yaxın nadir mineral nümayiş etdirilir. 

Ərazidə restoran tikilib, turistlərin vulkanları izləməsi üçün piyada yolu çəkilib, panoramlı müşahidə nöqtəsi və meydança salınıb. Bu meydançaya qalxmaqla hündürlükdən ətrafdakı palçıq vulkanlarını seyr etmək, maraqlı vaxt keçirmək mümkündür.

2024-cü il ərzində Qarabağda və Şərqi Zəngəzurda görülən bərpa-quruculuq işləri qələbədən sonrakı üç ildə olduğu kimi heyrətamizdir desək, yanılmarıq. Çünki bu işlər çoxsahəli və çoxşaxəlidir. Misal üçün elə tək birini yada salaq. Bu, açılışında dövlət başçısının iştirak etdiyi Şuşa sutəmizləyici qurğular kompleksidir.

Məlum olduğu kimi, şəhəri su ilə təmin edən mənbələr və magistral kəmərlər düşmən tərəfindən məqsədli şəkildə dağıdılmış və nəticədə suyun nəqli dayandırılmışdı.

Təxirəsalınmaz Tədbirlər Proqramına əsasən, Kiçik Kirs mənbəyi və Kiçik Kirs-Şuşa magistral su kəmərinin qəzalı hissələri qısa müddətdə təmir olundu və hələ 2020-ci il noyabrın 25-də Şuşa şəhərinə suyun verilməsi bərpa edildi. Eyni zamanda şəhərin digər su mənbəyi - Zarıslı sugötürücü qurğusu, Zarıslı-Şuşa magistral su kəmərinin qəzalı hissələrinin bərpasına başlanıldı və 2020-ci il dekabrın 20-də bu mənbədən şəhərə suyun verilməsi təmin edildi.

Şəhərin perspektiv inkişafı, həmçinin ilin müəyyən dövrlərində Kiçik Kirs və Zarıslı mənbələrində məhsuldarlığın kəskin azalması səbəbindən alternativ su mənbəyinin yaradılması layihəsinin icrasına başlandı. Beləliklə, 2022-ci ilin dekabrında Şuşaya yeni mənbədən suyun verilməsi nəticəsində evlər, dövlət qurumlarının inzibati binaları, hotellər, ictimai-iaşə müəssisələri və digər obyektlər fasiləsiz içməli su ilə təmin edildi.

Şuşa şəhərinə verilən içməli suyun keyfiyyət göstəricilərinin standartlara uyğunluğunu təmin etmək məqsədilə Təxirəsalınmaz Tədbirlər Proqramı çərçivəsində mövcud sutəmizləyici qurğunun yenidən qurulması layihəsi icra olunur. Qurğuda 12 qum süzgəci, daxili kommunikasiya xətləri və digər hidrotexniki avadanlıqlar, reagent təsərrüfatı və zərərsizləşdirici qurğu, istehsalat laboratoriyası tam bərpa olunaraq istismara hazır vəziyyətə gətirilib. Görülmüş işlər nəticəsində qurğunun məhsuldarlığı sutkada 2 min kubmetrdən 5 min kubmetrə çatdırılıb. Hazırda şəhərdə yaşayan, çalışan və səfər edən insanlar bu təmizləyici qurğuda sutka ərzində emal olunan və standartlara tam uyğun içməli su ilə təmin edilir. Layihənin növbəti mərhələsində Şuşa şəhərinin dayanıqlı su təchizatı məqsədilə məhsuldarlığı sutkada 8 min kubmetr təşkil edəcək müasir tipli yeni sutəmizləyici qurğunun inşası nəzərdə tutulur. Şuşa şəhərinin su təchizatının dayanıqlılığının təmin olunması məqsədilə ümumi həcmi 6 min kubmetr olan 3 su anbarı layihələndirilib. Həmin anbarlardan birinin tikintisi davam etdirilir.

Davam edir isə o deməkdir ki, ilin sonunadək daha neçə obyekt istifadəyə veriləcək, qalanlarının adı növbəti illərin iqtisadi xəritəsinə yazılacaq. Deməli, bu il həm də gələcək illərdə görüləcək uğurlu işlərin təməli qoyuldu.


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Leyla Əliyeva və Arzu Əliyeva Dəkkədə uşaq evini ziyarət ediblər  

17:15
07 Dekabr

XIII Qlobal Bakı Forumuna hazırlıq məqsədilə Çində toplantı keçirilib  

17:12
07 Dekabr

Premyer Liqa: “Şamaxı” səfərdə qalib gəlib  

16:26
07 Dekabr

AFFA rəhbərliyi cənub bölgəsində futbol infrastrukturunun vəziyyəti ilə tanış olub  

16:10
07 Dekabr

HƏMAS tərksilah olmaq üçün şərtini açıqlayıb  

15:48
07 Dekabr

Türkiyəli professor: Ermənistan Konstitusiyasının dəyişdirilməsi sülhün davamlı olması üçün zəruri şərtdir  

14:08
07 Dekabr

Sabah Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı gözlənilir  

14:05
07 Dekabr

Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib 

13:50
07 Dekabr

Leyla Əliyeva və Arzu Əliyeva Dəkkədə Banqladeşin müvəqqəti hökumətinin Baş müşaviri ilə görüşüblər  

13:16
07 Dekabr

Ukrayna ordusu Dnepropetrovsk vilayətinin kəndini azad edib  

11:47
07 Dekabr

Qırğızıstan nümayəndə heyəti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib  

11:33
07 Dekabr

Cüdo üzrə Azərbaycan çempionatında fərdi mübarizəyə yekun vurulub 

23:11
06 Dekabr

Zelenski: Amerika ilə növbəti addımlar və müzakirə formatları barədə razılığa gəlmişik  

22:41
06 Dekabr

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilən beynəlxalq konfrans çərçivəsində ikitərəfli görüşlər davam edir  

21:35
06 Dekabr

Timişoarada Azərbaycan Rumıniya münasibətləri barədə müzakirə aparılıb  

20:20
06 Dekabr

Almaniya Kansleri İordaniya və İsrailə səfər edib  

19:51
06 Dekabr

Misli Premyer Liqasında XIV tura start verilib  

19:21
06 Dekabr

Cənubi Afrikada bir otelə basqın nəticəsində 11 nəfər qətlə yetirilib  

17:53
06 Dekabr

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib YENİLƏNİB  

17:48
06 Dekabr

 Xalq artisti Qədir Rüstəmovun anadan olmasının 90 illiyi qeyd edilib

17:41
06 Dekabr

Qadınlar və kişilər arasında cüdo üzrə Azərbaycan çempionatının açılış mərasimi olub

16:59
06 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!