İnsan maksimum neçə il yaşaya bilər
Alimlər hesab edirlər ki, insanlar heç vaxt 150 ildən artıq yaşaya bilməyəcəklər. “Daily Mail” qəzetində işıq üzü görmüş məqalədə bildirilir ki, biologiya və biofizika sahəsində ekspertlər Böyük Britaniya və ABŞ-dan olan yüz minlərlə könüllünün DNT-sini və tibbi məlumatları süni intellekt sisteminə təqdim ediblər.
Bu, sadəcə, istifadəçi məlumatları daxil etməklə bioloji yaşlanmanın sürətini və həyatın maksimum müddətini dəqiq qiymətləndirən süni intellekt bazasında iPhone üçün bir əlavəni inkişaf etdirməyə imkan verib.
Böyük məlumatların araşdırılması çərçivəsində onlar insan ömrünün müddəti üçün məsuliyyət daşıyan iki əsas parametrin mövcud olduğunu aşkar ediblər. Onlardan ikisi də orqanizmin həyat tərzi və reaksiya amillərini əhatə edir. Birinci amil bizim stress, həyat tərzi və xəstəliklərlə bağlı bioloji yaşımızdır. İkincisi isə ilk amilin normaya nə qədər tez qayıtdığını əks etdirən dayanıqlıqdır. Bu tədqiqat nəticəsində müəyyən olunub ki, insanın maksimal ömür müddəti 150 ildir ki, bu da Böyük Britaniyada 81 il təşkil edən cari orta ömür müddətindən təxminən iki dəfə çoxdur.
Bu kəşf Gero komandası, Sinqapurdan olan Biotexnologiya şirkəti və Nyu York ştatının Buffalo şəhərində yerləşən Rosvell Park-ın Kompleks Onkoloji Mərkəzinin təhlil etdiyi iki müxtəlif DNT tədqiqatlarından qan nümunələrinin öyrənilməsinə əsaslanır. Tədqiqatçılar orqanizmimizin yaralanma və ya xəstəliklərdən sonra bərpaolma qabiliyyəti daxil olmaqla, bədənimizin nə qədər davamlı olduğunu müəyyən etmək üçün yaş, xəstəlik və həyat tərzi amillərini nəzərə alan DOSI adlı alətdən istifadə ediblər.
Bəşəriyyətin məlum tarixinin əksər hissəsi ərzində orta ömür müddəti 20 ildən 40 ilədək olmuşdur. Hazırda bu göstərici Böyük Britaniyada təxminən 81, ABŞ-da isə 78 ildir. Qidalanmanın keyfiyyətli olması, təmiz su, sanitariya şəraitinin yaxşılaşdırılması və tibbi nailiyyətlərin tətbiqi orta həyat müddətinin əhəmiyyətli dərəcədə artmasında mühüm rol oynamışdır. Ekspertlər hesab edirlər ki, gələcəkdə genetik manipulyasiya, kalorilərin və dərmanların məhdudlaşdırılması insanların ömrünü əhəmiyyətli dərəcədə uzada biləcək.
Araşdırmanın həmmüəllifi, ABŞ-dakı Rosvell Park-dan olan professor Andrey Gudkov bu yeni tədqiqatın “konseptual bir sıçrayış”olduğu qənaətindədir. “Bu, insanın uzunömürlülüyünün fundamental amillərinin - davamlılığın və yaş xəstəliklərinin mütərəqqi itkisi kimi müəyyən edilən qocalmanın rolunu müəyyən edir və ayırır”.
Sinqapur Milli Universitetinin fizioloqu Brayan Kennedi isə bu tədqiqatın həkimlərin uzunömürlülük həddini anlamasına kömək edəcəyini bildirir. Amma daha önəmlisi odur ki, bu tədqiqat inkişaf etməkdə olan ölkələrin əksəriyyətində sağlamlıq və həyat müddəti arasındakı artan boşluğu aradan qaldırmağa kömək edə bilər.
Hazırladı:
Rizvan CƏFƏROV,
“Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Qırğız nazir: Azərbaycan Qırğızıstana neft məhsulları ixrac etməyə hazır olduğunu bildirib...
27 Aprel
Hərbçilərimiz İtaliyada beynəlxalq dənizçilik yarışlarında iştirak edirlər
27 Aprel
Milli Məclisin nümayəndə heyəti Monteneqroda “Partizan döyüşçüsü” abidəsini ziyarət edib...
27 Aprel
ÜST: Pandemiya dövründə antibiotiklərdən ifrat istifadə mənfi nəticələr verib
27 Aprel
“İsmayıllı etnomühitindəki azsaylı xalqların folkloru” kitabının təqdimat mərasimi keçirilib...
27 Aprel
Yəmən sahillərində ABŞ-ın 30 milyon dollarlıq PAU-sı vurulub
27 Aprel
FIFA prezidenti “Qarabağ”ı təbrik edib
27 Aprel
Azərbaycan neftinin qiyməti 90 dolları ötüb
27 Aprel
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb
27 Aprel
Rusiyanın Londondakı səfiri Britaniya XİN-ə çağırılıb
27 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!