09 Yanvar 2026 09:10
1781
Səhiyyə
A- A+
İnfeksion xəstəliklər üzrə epidemioloji vəziyyət stabildir

İnfeksion xəstəliklər üzrə epidemioloji vəziyyət stabildir


Qış mövsümündə hava temperaturunun kəskin dəyişməsi, günəşli saatların azalması və insanların daha çox qapalı məkanlarda vaxt keçirməsi kəskin respirator virus infeksiyalarının yayılması üçün əlverişli şərait yaradır. Bu dövrdə qrip və digər mövsümi virus xəstəlikləri hər il olduğu kimi yenidən gündəmə gəlir.

Son zamanlar isə kəskin respirator virus infeksiyalarına, xüsusilə də qripə yoluxan şəxslər xəstəliyin daha uzunmüddətli və ağır keçdiyini bildirirlər. Bir çoxları qeyd edir ki, aradan həftələr keçməsinə baxmayaraq, öskürək tam kəsilmir, halsızlıq və tez yorulma halları isə davam edir. Sosial şəbəkələrdə və qeyri-rəsmi mənbələrdə yayılan əsassız məlumatlar isə vəziyyətin olduğundan daha ciddi kimi təqdim edilməsinə səbəb olur.

 

Dekabr-fevral ayları fəsli qripin pik dövrü hesab olunur

 

Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin məlumatına görə, hazırda mövsümi kəskin respirator virus infeksiyalarının yayılması müşahidə olunur ki, bu da payız-qış dövrü üçün xarakterik haldır.

Mərkəzdən bildirilib ki, ölkəmizdə infeksion xəstəliklər üzrə epidemioloji vəziyyət stabildir və müvafiq qurumlar tərəfindən daim nəzarətdə saxlanılır. Əhali üçün əlavə narahatlıq doğuran vəziyyət mövcud deyil.

Mövzu ilə bağlı qəzetimizə açıqlama verən Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazovun sözlərinə görə, qrip və kəskin respirator virus infeksiyaları üçün epidemioloji fəsillilik xarakterikdir: "Hər il payız və qış aylarında qrip də daxil olmaqla bu tip infeksiyalara yoluxma hallarında təbii artım müşahidə edilir. Dekabr-fevral ayları fəsli qripin pik dövrü hesab olunur. Bu infeksiyaların yayılmasını nisbətən azaltmaq məqsədilə artıq sentyabr ayından başlayaraq zəruri profilaktik tədbirlər görülür. Bu tədbirlər spesifik və qeyri-spesifik olmaqla iki əsas istiqamətdə aparılır".

İnfeksionist bildirib ki, qrip infeksiyası digər respirator viruslarla müqayisədə bəzi hallarda, xüsusən risk qruplarına daxil olan şəxslərdə daha ağır gedişə və fəsadlara səbəb ola bilər: "Məhz buna görə qripə qarşı peyvəndləmə işlərinə onun geniş yayılması başlamazdan əvvəl start verilir. Sentyabr ayından etibarən Səhiyyə Nazirliyinin dəstəyi ilə ölkəyə gətirilmiş Avropa istehsalı olan yüksək effektiv və təhlükəsiz qrip peyvəndləri ambulator-poliklinik yardım göstərən tibb müəssisələrində əhaliyə ödənişsiz, müraciət əsasında tətbiq olunur. Paralel olaraq, əhalinin, ilk növbədə risk qruplarının peyvəndləmə prosesində könüllü və aktiv iştirakını təmin etmək məqsədilə bütün vasitələrdən, o cümlədən mediadan istifadə olunmaqla geniş maarifləndirmə işləri aparılır".

Peyvənd olunmuş şəxsin xəstəliyi əksər hallarda əlamətsiz və ya yüngül formada keçirdiyini bildirən Təyyar Eyvazov, xüsusilə həssas qruplarda infeksiyanın gedişinin daha mülayim olduğunu qeyd edib. Qripə qarşı peyvəndləmənin əsas məqsədi və hədəfi məhz risk qrupuna daxil olan şəxslərin qorunmasıdır ki, onlar yoluxaraq səhiyyə sisteminə əlavə yük yaratmasınlar. Bu yanaşma beynəlxalq təcrübəyə əsaslanır və inkişaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycanda da tətbiq edilir. Qrip vaksini vurulduqdan sonra virusa qarşı immunitetin formalaşması üçün azı 2 həftə vaxt tələb olunur. Buna görə də peyvəndləmə üçün əsasən sentyabr-oktyabr ayları daha münasib hesab edilir. Bununla yanaşı, bütün epidemioloji mövsüm ərzində vaksinasiyanın aparılması məqsədəuyğundur və hazırda bu proses ölkə üzrə davam etdirilir.

 

Effektivliyi sübut olunmuş gigiyena qaydalarına riayət olunmalıdır

 

Viruslarla mübarizədə ikinci istiqamət qeyri-spesifik tədbirlərdir ki, bu da hava-damcı yolu ilə yayılan bütün infeksiyalar üçün universaldır. "Bunlara respirator və əl gigiyenası qaydalarına riayət olunması daxildir. Əhali bu barədə mütəmadi şəkildə maarifləndirilir. Yaxın təmaslardan çəkinmək, zərurət olduqda maskadan istifadə etmək, qapalı məkanları tez-tez havalandırmaq, xəstə şəxslərin vaxtında aşkarlanaraq izolyasiya edilməsi, asqırdıqda və öskürdükdə burnu salfet və ya dirsəklə örtmək, çirkli əllərlə ağız və gözlərə toxunmamaq, xüsusilə qida qəbulundan əvvəl əlləri ən azı 20 saniyə sabunla yumaq bu tədbirlər sırasındadır. Bu sadə qaydalar yalnız o zaman effektiv nəticə verir ki, əhali tərəfindən kütləvi şəkildə icra olunsun", - deyə infeksionist qeyd edib.

Təyyar Eyvazov onu da qeyd edib ki, aparılan maarifləndirmə işlərinin əsas məqsədi ilk baxışdan bəsit görünən, lakin effektivliyi sübut olunmuş bu qaydalara hər bir vətəndaşın ciddi yanaşmasını təmin etməkdir. Bu məsələdə əhalinin məsuliyyəti və tövsiyələrə əməl etməsi həlledici rol oynayır. Qeyd olunan tədbirlərə riayət etməklə qrip və digər kəskin respirator virus infeksiyalarının qarşısını almaq mümkündür.

Mövcud epidemioloji vəziyyətin stabil qalması üçün vətəndaşların məsuliyyətli davranışı həlledici amil olaraq qalır. Hər kəs sağlamlığına diqqət və məsuliyyətlə yanaşmalı, fərdi gigiyena qaydalarına riayət etməli, özünü və ətrafındakıları infeksiyalara yoluxmaqdan qorumalıdır.

 

Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında

01:03
11 Mart

"Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 2026-cı il 2 fevral tarixli 340-VIIKQD nömrəli Konstitusiya Qanununun tətbiqi barədə

01:02
11 Mart

"Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə

01:01
11 Mart

Azərbaycan Respublikasının Əmək Məcəlləsində, "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" və "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

01:01
11 Mart

"Azərbaycan Respublikasının Əmək Məcəlləsində, "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" və "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 27 fevral tarixli 367-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

01:00
11 Mart

Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında

00:59
11 Mart

 “Nüvə və digər kütləvi qırğın silahının mümkün tətbiqi təhlükəsi ilə əlaqədar həyata keçiriləcək profilaktika və təhlükəsizlik tədbirləri barədə əhalinin maarifləndirilməsi və məlumatlandırılması Qaydası”nın təsdiq edilməsi haqqında

00:58
11 Mart

“Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 18 iyul tarixli 120 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

00:57
11 Mart

“Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə növləri”nin təsdiq edilməsi haqqında

00:55
11 Mart

“Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 18 iyul tarixli 120 nömrəli Qərarında dəyişiklik edilməsi barədə 

00:54
11 Mart

“Gəncə şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nın təsdiq edilməsi haqqında

00:53
11 Mart

Dövlət Departamentinin rəsmisi: Cənubi Qafqazda sülhün açarlarından biri TRIPP layihəsinin yaradılması idi  

00:35
11 Mart

Çempionlar Liqası: “Qalatasaray” doğma meydanında “Liverpul”u məğlub edib

23:59
10 Mart

WUF13 çərçivəsində şəhərdə hərəkətin rahat təşkili üçün hazırlıq işləri yekunlaşır

23:48
10 Mart

Hindistanda siqh icmasına qarşı təzyiqlər beynəlxalq narahatlıq doğurur  

23:19
10 Mart

Şuşada Yel çərşənbəsi sevinci

22:37
10 Mart

ABŞ ticarət katibinin müavini: Son bir ildə ABŞ-nin Azərbaycana ixracı 54 faiz artıb

22:23
10 Mart

Premyer Liqa: Lider “Sabah” öz meydanında böyükhesablı qələbə qazanıb  

21:47
10 Mart

Volodimir Zelenski yeni “Patriot” raketlərini alacağına ümid edir  

21:09
10 Mart

Vahid Ələkbərov Rusiyanın ən varlı üç sahibkarı sırasına daxil olub

20:51
10 Mart

Zelenski: Türkiyə növbəti üçtərəfli danışıqlara ev sahibliyi etməyə hazırdır

20:47
10 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!