11 Mart 2026 01:03
161
Qanunlar
A- A+
Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında

Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında


Azərbaycan Respublikasının Konstitusiya Qanunu


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 156-cı maddəsini rəhbər tutaraq qərara alır:

Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 1, maddələr 11-12 (Cild I) aşağıdakı dəyişikliklər təsdiq edilsin:

1. Preambula üzrə:

1.1. birinci və ikinci abzaslar ləğv edilsin;

1.2. üçüncü və dördüncü abzaslar aşağıdakı redaksiyada verilsin:

"Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir.

Naxçıvan Muxtar Respublikasının bu Konstitusiyasının əsasını "Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında" 1991-ci il 30 avqust tarixli Bəyannamədə və "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" 1991-ci il 18 oktyabr tarixli Konstitusiya Aktında təsbit edilmiş prinsiplər və Azərbaycan Respublikasının 1995-ci il 12 noyabrda ümumxalq səsverməsində - referendumda qəbul edilən Konstitusiyası təşkil edir.".

2.  1-ci maddənin II hissəsindən ", 16 mart 1921-ci il tarixli Moskva və 13 oktyabr 1921-ci il tarixli Qars beynəlxalq müqavilələri" sözləri çıxarılsın.

3. Aşağıdakı məzmunda 3-1-ci maddə əlavə edilsin:

"Maddə 3-1. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi

I. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi Naxçıvan Muxtar Respublikasının ərazisində Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş vəzifələri yerinə yetirən icra orqanıdır.

II. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən və birbaşa Azərbaycan Respublikasının Prezidentinə tabe olan Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi rəhbərlik edir.

III. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi səlahiyyətləri həyata keçirir.".

4. 5-ci maddə ləğv edilsin. 

5. 10-cu maddə aşağıdakı redaksiyada verilsin:


"Maddə 10. Naxçıvan Muxtar Respublikasının dövlət rəmzləri

Naxçıvan Muxtar Respublikasının dövlət rəmzləri Azərbaycan Respublikasının Dövlət Bayrağı, Azərbaycan Respublikasının Dövlət Gerbi və Azərbaycan Respublikasının Dövlət Himnidir.".

6. 13-cü maddənin mətni I hissə hesab edilsin və həmin maddəyə aşağıdakı məzmunda II hissə əlavə edilsin:

"II. Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkiləri Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin təklifləri əsasında Azərbaycan Respublikasının Prezidenti təyin edir.".

7. 14-cü maddənin I hissəsinə aşağıdakı məzmunda ikinci və üçüncü cümlələr əlavə edilsin:

"Müharibə şəraitində hərbi əməliyyatların aparılması Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilərin keçirilməsini mümkün etmədikdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin çağırışının səlahiyyət müddəti hərbi əməliyyatların sonunadək uzadılır. Bu barədə qərar Naxçıvan Muxtar Respublikasında seçkilərin hazırlanmasını və keçirilməsini təmin edən dövlət orqanının müraciətinə əsasən Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi tərəfindən qəbul edilir.".

8.  18-ci maddə üzrə:     

8.1. I hissə üzrə:

8.1.1. birinci abzasda "sessiyaya" sözü "yaz və payız sessiyalarına" sözləri ilə əvəz edilsin;

8.1.2. ikinci abzasa aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

"Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilərdən sonra martın 10-dək onun 31 deputatının səlahiyyətləri təsdiq edilməzsə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ilk iclasının keçirilmə vaxtını Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi müəyyən edir.";

8.2. II hissə aşağıdakı redaksiyada verilsin:

"II. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbədənkənar sessiyalarını Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisinin və ya Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 16 deputatının tələbi əsasında çağırır.";

8.3. IV hissənin ikinci cümləsində "Naxçıvan Muxtar Respublikası Ali vəzifəli şəxsinin" sözləri "Azərbaycan Respublikası Prezidentinin, yaxud Azərbaycan Respublikası Milli Məclisinin" sözləri ilə əvəz edilsin. 

9. 24-cü maddə üzrə:

9.1. I hissə üzrə:

9.1.1.  3-cü bənd ləğv edilsin;

9.1.2.  9-cu bəndə "mədəniyyət" sözündən sonra ", habelə Naxçıvan Muxtar Respublikasının fəxri adları" sözləri əlavə edilsin;

9.2. II hissə aşağıdakı redaksiyada verilsin:

"II. Bu maddənin I hissəsinin 1-ci və 2-ci bəndlərində göstərilən məsələlərə dair qanunlar 31 səs çoxluğu ilə, qalan məsələlərə dair qanunlar isə 23 səs çoxluğu ilə qəbul edilir.".

10. 25-ci maddənin I hissəsi üzrə:

10.1. aşağıdakı məzmunda 1-1-ci və 6-1-ci bəndlər əlavə edilsin:

"1-1) Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 31 deputatın tələbi ilə buraxılması;";

"6-1) Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin Azərbaycan Respublikası Prezidentinin razılığı ilə istefası;";

10.2. 7-ci bənd ləğv edilsin; 

10.3. 8-ci bənd aşağıdakı redaksiyada verilsin: 

"8) Naxçıvan Muxtar Respublikasında seçkilərin hazırlanmasını və keçirilməsini təmin edən dövlət orqanının üzvlərinin təyin edilməsi;";

10.4. aşağıdakı məzmunda 8-1-ci bənd əlavə edilsin:

"8-1) Naxçıvan Muxtar Respublikası məhkəmələrinin hakimləri sırasından Azərbaycan Respublikasında məhkəmə hakimiyyətinin özünüidarə funksiyalarını həyata keçirən orqanın üzvlüyünə namizəd təklif edilməsi;";

10.5. 9-cu bənd ləğv edilsin.

11. Aşağıdakı məzmunda 28-1-ci maddə əlavə edilsin:


"Maddə 28-1. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin buraxılması

I. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 31 deputatın tələbi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən və ya bu Konstitusiyanın 24-cü və 25-ci maddələrində, 26-cı maddəsinin II-V hissələrində və 27-ci maddəsində göstərilən vəzifələrini aradan qaldırıla bilməyən səbəblər üzündən icra etmədikdə Azərbaycan Respublikasının Prezidenti tərəfindən buraxılır.

II. Növbədənkənar seçkilərdə seçilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin çağırışının səlahiyyət müddəti beş ildən az ola bilər. Bu halda Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə növbəti seçkilər növbədənkənar seçkilərdə seçilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin çağırışının səlahiyyət müddətinin beşinci ilinin noyabr ayının birinci bazar günü keçirilir.".

12. 29-cu maddənin II hissəsi aşağıdakı redaksiyada verilsin:

"II. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ali təhsilli hər bir deputatı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilə bilər.".

13. 32-ci maddənin I hissəsi üzrə:

13.1. aşağıdakı məzmunda 1-1-ci, 2-1-ci, 2-2-ci və 4-1-4-3-cü bəndlər əlavə edilsin:

"1-1) Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilərin təyin edilməsi üçün Azərbaycan Respublikasının Prezidentinə təkliflər verir;";

"2-1) Naxçıvan Muxtar Respublikasının dövlət və ictimai siyasi həyatının mühüm məsələləri barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinə məlumat verir;

2-2) Naxçıvan Muxtar Respublikasını xarici dövlətlərlə və beynəlxalq təşkilatlarla, habelə başqa fiziki və hüquqi şəxslərlə münasibətdə təmsil edir;";

"4-1) Naxçıvan Muxtar Respublikasında yerli icra hakimiyyətləri başçılarının vəzifəyə təyin edilməsinə dair Azərbaycan Respublikasının Prezidentinə təqdimat verir;

4-2) Naxçıvan Muxtar Respublikasının dövlət orqanlarında qulluq (xidmət) keçən şəxslərə ixtisas dərəcələrinin və ali xüsusi rütbələrin verilməsinə dair Azərbaycan Respublikasının Prezidentinə təkliflər verir;

4-3) Naxçıvan Muxtar Respublikasının dövlət təltifləri ilə təltif edir, Azərbaycan Respublikasının dövlət təltifləri ilə təltif edilmə haqqında Azərbaycan Respublikasının Prezidentinə təkliflər verir;";

13.2. 5-ci bənd ləğv edilsin;

13.3. 6-cı bənddə "qərar" sözü "sərəncam" sözü ilə əvəz edilsin.

14. 33-cü maddədə "qərarlar" sözü "sərəncamlar" sözü ilə əvəz edilsin.

15. 34-cü maddə üzrə:

15.1. III hissədə "tabedir və onun qarşısında müntəzəm" sözləri "özünün fəaliyyəti barədə" sözləri ilə əvəz edilsin;

15.2. aşağıdakı məzmunda IV hissə əlavə edilsin:

"IV. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti iş qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyənləşdirir.".

16. 39-cu maddənin I hissəsi üzrə: 

16.1. altıncı və yeddinci abzaslar müvafiq olaraq yeddinci və səkkizinci abzaslar hesab edilsin və həmin hissəyə aşağıdakı məzmunda altıncı abzas əlavə edilsin:

"muxtar respublikanın dövlət büdcəsində icra hakimiyyəti üçün nəzərdə tutulmuş xərclər çərçivəsində Azərbaycan Respublikasının Prezidentinin razılığı ilə mərkəzi icra hakimiyyəti orqanlarını yaradır və ləğv edir;";

16.2. səkkizinci abzas aşağıdakı redaksiyada verilsin:

"bu Konstitusiyaya uyğun olaraq Naxçıvan Muxtar Respublikasında icra hakimiyyətini həyata keçirməsindən irəli gələn məsələləri, həmçinin Azərbaycan Respublikası Prezidentinin onun səlahiyyətlərinə aid etdiyi digər məsələləri həll edir.".

17. 44-cü maddə üzrə:

17.1. II hissə üzrə:

17.1.1. birinci abzasın ikinci cümləsindən ", Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsinin" və ", Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin sədrinin" sözləri çıxarılsın;

17.1.2.  1-ci bənddən "Naxçıvan Muxtar Respublikası ali vəzifəli şəxsinin fərman və sərəncamlarının," sözləri çıxarılsın və həmin bənddə ikinci halda "qərarlarının" sözü "sərəncamlarının" sözü ilə əvəz edilsin;

17.1.3.  2-ci bənddən "Naxçıvan Muxtar Respublikası ali vəzifəli şəxsinin fərman və sərəncamlarının," sözləri çıxarılsın, həmin bənddə ikinci halda "qərarlarının" sözü "sərəncamlarının" sözü ilə, ikinci halda "sərəncamlarının," sözü "qərarlarının və" sözləri ilə əvəz edilsin və həmin bəndin sonunda nöqtəli vergül işarəsi nöqtə işarəsi ilə əvəz edilsin;

17.1.4.  3-cü bənd ləğv edilsin;

17.2. III hissədə "1-3-cü" sözləri "1-ci və 2-ci" sözləri ilə əvəz edilsin;

17.3. VI hissədən "Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin Azərbaycan Respublikasının Prezidentinə verilmiş təklifi və" sözləri çıxarılsın.

18. 45-ci maddənin II hissəsindən "Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin təklifi ilə" sözləri çıxarılsın.

19.  46-cı maddə üzrə:

19.1. III hissədən "Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin təklifi əsasında" sözləri çıxarılsın və həmin hissəyə "təyin" sözündən sonra "və vəzifədən azad" sözləri əlavə edilsin;

19.2. IV hissədən "Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin Azərbaycan Respublikası Prezidentinə verilmiş təklifi və" sözləri çıxarılsın və həmin hissəyə "təyin və" sözlərindən sonra "vəzifədən" sözü əlavə edilsin.

20. 48-ci maddənin III hissəsi üzrə:

20.1. 3-cü bənd ləğv edilsin;

20.2. 5-ci bəndə "normativ" sözündən sonra "hüquqi" sözü əlavə edilsin. 

21. 49-cu maddə üzrə:

21.1. II hissədə "icra hakimiyyəti" sözləri "qanunvericilik, icra" sözləri ilə əvəz edilsin;

21.2. III hissə ləğv edilsin;

21.3. IV hissənin birinci cümləsində "fərman və sərəncamlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarına, Naxçıvan Muxtar Respublikası ali vəzifəli şəxsinin fərman və sərəncamlarına" sözləri "fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına" sözləri ilə əvəz edilsin;

21.4. V hissəyə hər iki halda "orqanlarının" sözündən sonra "normativ hüquqi" sözləri əlavə edilsin və həmin hissədə "fərman və sərəncamlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarına, Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsinin fərman və sərəncamlarına, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarlarına və sərəncamlarına," sözləri "fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarlarına və" sözləri ilə əvəz edilsin.

22. 50-ci maddə üzrə: 

22.1. II hissədə "təklif" sözü "qanun" sözü ilə əvəz edilsin;

22.2. III hissədə "Konstitusiya qanunları" sözləri "qanunlar" sözü ilə əvəz edilsin və həmin hissədən "təklif, qanunlar üçün nəzərdə tutulmuş qaydada," sözləri çıxarılsın.


İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 2 fevral 2026-cı il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında

01:03
11 Mart

"Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 2026-cı il 2 fevral tarixli 340-VIIKQD nömrəli Konstitusiya Qanununun tətbiqi barədə

01:02
11 Mart

"Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə

01:01
11 Mart

Azərbaycan Respublikasının Əmək Məcəlləsində, "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" və "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

01:01
11 Mart

"Azərbaycan Respublikasının Əmək Məcəlləsində, "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" və "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 27 fevral tarixli 367-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

01:00
11 Mart

Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında

00:59
11 Mart

 “Nüvə və digər kütləvi qırğın silahının mümkün tətbiqi təhlükəsi ilə əlaqədar həyata keçiriləcək profilaktika və təhlükəsizlik tədbirləri barədə əhalinin maarifləndirilməsi və məlumatlandırılması Qaydası”nın təsdiq edilməsi haqqında

00:58
11 Mart

“Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 18 iyul tarixli 120 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

00:57
11 Mart

“Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə növləri”nin təsdiq edilməsi haqqında

00:55
11 Mart

“Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 18 iyul tarixli 120 nömrəli Qərarında dəyişiklik edilməsi barədə 

00:54
11 Mart

“Gəncə şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nın təsdiq edilməsi haqqında

00:53
11 Mart

Dövlət Departamentinin rəsmisi: Cənubi Qafqazda sülhün açarlarından biri TRIPP layihəsinin yaradılması idi  

00:35
11 Mart

Çempionlar Liqası: “Qalatasaray” doğma meydanında “Liverpul”u məğlub edib

23:59
10 Mart

WUF13 çərçivəsində şəhərdə hərəkətin rahat təşkili üçün hazırlıq işləri yekunlaşır

23:48
10 Mart

Hindistanda siqh icmasına qarşı təzyiqlər beynəlxalq narahatlıq doğurur  

23:19
10 Mart

Şuşada Yel çərşənbəsi sevinci

22:37
10 Mart

ABŞ ticarət katibinin müavini: Son bir ildə ABŞ-nin Azərbaycana ixracı 54 faiz artıb

22:23
10 Mart

Premyer Liqa: Lider “Sabah” öz meydanında böyükhesablı qələbə qazanıb  

21:47
10 Mart

Volodimir Zelenski yeni “Patriot” raketlərini alacağına ümid edir  

21:09
10 Mart

Vahid Ələkbərov Rusiyanın ən varlı üç sahibkarı sırasına daxil olub

20:51
10 Mart

Zelenski: Türkiyə növbəti üçtərəfli danışıqlara ev sahibliyi etməyə hazırdır

20:47
10 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!