27 Fevral 2026 09:35
1685
Səhiyyə
A- A+
Unutqanlığı gecikdirmək mümkündür

Unutqanlığı gecikdirmək mümkündür


Son illərdə aparılan elmi araşdırmalar göstərir ki, həyat tərzi seçimləri beyin sağlamlığına düşündüyümüzdən daha böyük təsir göstərir. Fiziki aktivlik, zehni məşqlər, qidalanma vərdişləri və ümumi sağlamlıq davranışları demensiya və Altsheymer xəstəliyi riskinin azalmasına kömək edə bilər. Yeni tədqiqatlar xüsusilə gündəlik hərəkət miqdarı ilə beyin funksiyaları arasında güclü əlaqə olduğunu ortaya qoyur.

Harvard Universitetinin mütəxəssisləri tərəfindən aparılan və 14 il davam edən genişmiqyaslı araşdırma gündəlik addım sayının idrak geriləməsinə təsirini öyrənib. Tədqiqat 50-90 yaş arası 294 nəfəri əhatə edib. İştirakçıların beyinlərində Altsheymer xəstəliyi ilə əlaqəli amiloid və tau zülalları aşkar edilsə də, onlarda demensiya əlamətləri hələ müşahidə olunmayıb. İştirakçılar fiziki aktivliklərini addımölçən cihazlarla izləyib, müntəzəm beyin müayinələrindən keçib və hər il koqnitiv testlərdə iştirak ediblər.

Nəticələr göstərib ki, daha yüksək fiziki aktivlik beyində zərərli zülal yığıntılarının təsirini zəiflədir və düşünmə-yaddaş bacarıqlarının azalmasını yavaşladır. Xüsusilə tau zülalının yığılma sürətində azalma müşahidə olunub. Gündə 3000-5000 addım atan insanlarda belə müsbət təsir görünüb, 5000-7500 addım aralığında isə daha böyük fayda əldə edilib. Bu nəticələr göstərir ki, intensiv idman etmədən belə gündəlik aktivliyin artırılması beyin sağlamlığını qorumağa kömək edə bilər.

Tədqiqatçı Tara Spires-Jones qeyd edib ki, gündə 5000 addımdan çox hərəkət etmək xəstəliklə əlaqəli beyin patologiyasını və idrak zəifləməsini ləngidə bilər. Onun sözlərinə görə, hətta erkən Altsheymer patologiyası olan şəxslər 3000 addımdan artıq aktivlikdən fayda görə bilərlər. Mütəxəssis vurğulayıb ki, fiziki fəaliyyət beyin sağlamlığı üçün vacib olsa da, demensiyanın qarşısını almağa tam zəmanət vermir. Nevroloq Çarlz Marşall isə bildirib ki, aktiv insanların digər sağlam həyat tərzi üstünlükləri də nəticələrə təsir edir. Buna baxmayaraq, o, orta səviyyəli fiziki aktivliyin Altsheymer xəstəliyinin erkən mərhələlərinin irəliləməsini zəiflətdiyinə dair güclü dəlillərin mövcud olduğunu vurğulayır.

Mütəxəssislər bildirirlər ki, bu gün doğulan hər üç nəfərdən birinin demensiya ilə qarşılaşacağı ehtimal edilir. Bununla belə mövcud tədqiqatlar riskin azaldıla biləcəyini göstərir. Ürək üçün faydalı olan davranışların beyin sağlamlığı üçün də əhəmiyyətli olması bu nəticələrlə bir daha təsdiqlənir.

Fiziki hərəkətlilik demensiyanın qarşısının alınmasında mühüm rol oynasa da, tədqiqatlar göstərir ki, koqnitiv təlimlər də beyin sağlamlığının qorunmasına kömək edə bilər. 1998-1999-cu illərdə başlayan "Advanced Cognitive Training for Independent and Vital Elderly (ACTIVE)" adlı tədqiqatda 2800-dən çox iştirakçı yaddaş, düşüncə və ya emal sürəti üzrə təlim qruplarına bölünüb. İştirakçılar beş-altı həftə ərzində hər biri 60-75 dəqiqə davam edən seanslarda iştirak ediblər. Bəzi iştirakçılar sonrakı aylarda əlavə möhkəmləndirmə məşqləri də alıblar. 20 illik müşahidənin nəticələri göstərib ki, emal sürəti təlimi alan qrupda demensiya diaqnozu təxminən 25 faiz daha az olub. Yaddaş və düşüncə təlimləri isə uzunmüddətli dövrdə oxşar təsir göstərməyib.

Tədqiqatın aparıcı müəllifi, "Johns Hopkins University School of Medicine Alzheymer" tədqiqat mərkəzinin direktoru Merilin Albert bu nəticələri "dərmansız müdaxilənin uzunmüddətli təsirinin diqqətəlayiq sübutu" kimi qiymətləndirib. Alimlər hesab edirlər ki, sürət təliminin effektivliyi onun adaptiv xarakteri ilə bağlıdır: tapşırıqlar iştirakçının performansına uyğun çətinləşdirilir və ya sadələşdirilir. Bu üsul "gizli öyrənmə" mexanizminə əsaslanır və bacarıqların avtomatlaşmasına kömək edir.

Beyin sağlamlığının qorunmasında qidalanmanın rolu da getdikcə daha çox diqqət çəkir. Tədqiqatçılar müəyyən pəhriz modellərinin Altsheymer xəstəliyinə qarşı qoruyucu təsir göstərə biləcəyini təsdiqləyən ümidverici nəticələr əldə ediblər. Onların araşdırmasında Aralıq dənizi pəhrizi elementləri ilə birləşdirilmiş ketogenik qidalanma rejiminin bağırsaq mikrobiotası və beyin sağlamlığı üzərində təsiri öyrənilib. Ketogenik pəhriz yüksək yağlı və proteinli, aşağı karbohidratlı qidalanma modelidir. Karbohidrat qəbulunun azalması nəticəsində bədən enerji üçün ketonlardan istifadə etməyə başlayır. Lif və antioksidantlarla zəngin Aralıq dənizi üslubu ilə birləşdirildikdə isə bu pəhriz meyvə, tərəvəz, balıq və zeytun yağı kimi qidalara üstünlük verir.

Araşdırmada iştirak edən şəxslərin bir qismi yüngül yaddaş problemləri yaşayıb, digərləri isə idrak baxımından sağlam olub. Nəticələr göstərdi ki, bu pəhriz bağırsaq bakteriyalarında dəyişikliklər yaradaraq beyin siqnallarının tənzimlənməsində rol oynayan mexanizmlərə təsir göstərir. Mütəxəssislər bildirirlər ki, düzgün qidalanma, müntəzəm fiziki aktivlik və ürək-damar sağlamlığının qorunması koqnitiv geriləmənin qarşısının alınmasında əsas rol oynayır. Yüksək qan təzyiqi, diabet və B12 vitamini çatışmazlığı kimi risk faktorlarının idarə olunması da beyin sağlamlığı üçün vacibdir.

Demensiya yalnız unutqanlıq deyil, o, insanın gündəlik fəaliyyətlərini yerinə yetirmə qabiliyyətini zəiflədən və müstəqil həyatını çətinləşdirən kompleks idrak pozuntusudur. Bu səbəbdən xəstəliyin başlanmasının hətta bir neçə il gecikdirilməsi belə ictimai səhiyyə və səhiyyə xərcləri baxımından böyük əhəmiyyət daşıyır.

Mövcud elmi sübutlar göstərir ki, beyin sağlamlığını qorumaq üçün möcüzəvi tək bir üsul yoxdur. Lakin gündəlik hərəkəti artırmaq, zehni aktivliyi stimullaşdırmaq, sağlam qidalanmaq və xroniki xəstəlikləri nəzarətdə saxlamaq demensiya riskini azaltmağa və yaşlandıqca idrak funksiyalarını qorumağa kömək edir. Sadə görünən addımlar - hər gün bir qədər daha çox yerimək, beyni məşq etdirmək və sağlam həyat tərzi seçmək uzunmüddətli perspektivdə beyin sağlamlığının qorunmasında həlledici rol oynaya bilər.

 

Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Fransada ənənəvi çörək istehlakı azalır

21:33
20 Aprel

D vitamini niyə vacibdir?

21:24
20 Aprel

Bəzi insanlar rəngləri “eşidir”, sözləri “dadır”

21:13
20 Aprel

Yeni Zelandiyanın paytaxtında fövqəladə vəziyyət

21:03
20 Aprel

BƏƏ-də məktəblərdə yeni təhlükəsizlik qaydaları tətbiq olunur

20:52
20 Aprel

“Threads” yenilənir

20:46
20 Aprel

Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti ölkəmizdə səfərdədir  

20:41
20 Aprel

Tramp danışıqlarda irəliləyiş əldə ediləcəyi təqdirdə İran liderləri ilə görüşməyə hazır olduğunu bildirib

20:40
20 Aprel

İnsanabənzər robot rekord qırıb

20:36
20 Aprel

Kanada ABŞ-dən iqtisadi asılılığını azaltmaq istəyir

20:23
20 Aprel

“iPhone 18” bu rənglərdə ola bilər

20:17
20 Aprel

Dünya yeni bir başlanğıca ehtiyac duyur

20:11
20 Aprel

Neft qiymətləri artdı

20:04
20 Aprel

"Qida borusu və mədə xərçəngi" mövzusunda beynəlxalq elmi-praktiki konfrans

20:02
20 Aprel

Rumen Radevin koalisiyası Bolqarıstan seçkilərində qalib olub

19:58
20 Aprel

Azərbaycanın Suriya ilə təbii qaz ticarəti 53,9 milyon dolları ötüb

19:46
20 Aprel

Bakıda İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantılarına hazırlıq sessiyası keçirilib

19:39
20 Aprel

Gürcüstan-Azərbaycan arasındakı ticarət dövriyyəsi birinci rübdə 322,2 milyon dollar olub  

19:31
20 Aprel

Rusiyanın Berlindəki səfiri Almaniya Xarici İşlər Nazirliyinə çağırılıb

19:26
20 Aprel

Azərbaycanda xalça istehsalı və ixracı əhəmiyyətli dərəcədə artıb

19:23
20 Aprel

İran Prezidenti: Müharibə heç kimə fayda vermir

19:16
20 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!