20 Fevral 2026 14:33
1736
Səhiyyə
A- A+
Bir peyvəndlə bütün öskürək, soyuqdəymə və qrip növlərindən qorunmaq mümkün ola bilər - tədqiqat

Bir peyvəndlə bütün öskürək, soyuqdəymə və qrip növlərindən qorunmaq mümkün ola bilər - tədqiqat

ABŞ-də fəaliyyət göstərən Stanford Universitetinin alimləri iddia edirlər ki, burun spreyi formasında tətbiq edilən universal peyvənd bütün növ öskürək, soyuqdəymə və qrip viruslarına qarşı qoruma təmin edə bilər.

AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, hətta bu peyvəndin bakterial ağciyər infeksiyalarının qarşısını almaq və allergiya simptomlarını azaltmaq potensialı da olduğu bildirilir. Tədqiqat qrupu peyvəndi hələlik heyvanlar üzərində sınaqdan keçirib. İnsanlar üzərində klinik sınaqlar isə qarşıdakı mərhələdə aparılmalıdır.

Alimlərin sözlərinə görə, bu yanaşma son 200 ildən artıq müddətdə tətbiq edilən ənənəvi peyvənd üsulundan kəskin fərqlənir. Sahə üzrə digər mütəxəssislər araşdırmanı çox həyəcanverici adlandıraraq, erkən mərhələdə olmasına baxmayaraq, bunun böyük irəliləyiş ola biləcəyini qeyd ediblər.

Mövcud peyvəndlər orqanizmi konkret bir infeksiyaya qarşı mübarizəyə hazırlayır. Məsələn, qızılca peyvəndi yalnız qızılcaya, suçiçəyi peyvəndi isə yalnız suçiçəyinə qarşı qoruma yaradır.

Peyvəndləmə prinsipi XVIII əsrin sonlarında Eduard Cenner tərəfindən tətbiq edilən üsula əsaslanır və bu günədək eyni konsepsiya davam etdirilir.

“Science” jurnalında dərc olunan yeni araşdırmada isə fərqli yanaşma təqdim edilir. Bu üsul immun sistemini konkret patogenə qarşı öyrətmək əvəzinə, immun hüceyrələrinin bir-biri ilə necə əlaqə qurduğunu təqlid edir. Burun spreyi formasında tətbiq edilən peyvənd ağciyərlərdə yerləşən makrofaqlar adlanan ağ qan hüceyrələrini daim hazır vəziyyətdə saxlayır. Beləliklə, hansı infeksiya orqanizmə daxil olmağa cəhd etsə, immun hüceyrələri dərhal reaksiya verə bilir.

Heyvanlar üzərində aparılan təcrübələr göstərib ki, bu yüksək hazırlıq virusların ağciyərlərdən keçərək orqanizmə yayılmasını 1000 dəfəyədək azaldıb. Effektin təxminən üç ay davam etdiyi bildirilib. Alimlər qeyd edirlər ki, əgər insanlarda da oxşar nəticələr əldə olunarsa, bu yanaşma mövsümi respirator xəstəliklərlə mübarizədə inqilabi dəyişiklik yarada bilər. Bununla belə, peyvəndin təhlükəsizliyi və effektivliyi ilə bağlı yekun nəticələr yalnız genişmiqyaslı klinik sınaqlardan sonra məlum olacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Fransada ənənəvi çörək istehlakı azalır

21:33
20 Aprel

D vitamini niyə vacibdir?

21:24
20 Aprel

Bəzi insanlar rəngləri “eşidir”, sözləri “dadır”

21:13
20 Aprel

Yeni Zelandiyanın paytaxtında fövqəladə vəziyyət

21:03
20 Aprel

BƏƏ-də məktəblərdə yeni təhlükəsizlik qaydaları tətbiq olunur

20:52
20 Aprel

“Threads” yenilənir

20:46
20 Aprel

Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti ölkəmizdə səfərdədir  

20:41
20 Aprel

Tramp danışıqlarda irəliləyiş əldə ediləcəyi təqdirdə İran liderləri ilə görüşməyə hazır olduğunu bildirib

20:40
20 Aprel

İnsanabənzər robot rekord qırıb

20:36
20 Aprel

Kanada ABŞ-dən iqtisadi asılılığını azaltmaq istəyir

20:23
20 Aprel

“iPhone 18” bu rənglərdə ola bilər

20:17
20 Aprel

Dünya yeni bir başlanğıca ehtiyac duyur

20:11
20 Aprel

Neft qiymətləri artdı

20:04
20 Aprel

"Qida borusu və mədə xərçəngi" mövzusunda beynəlxalq elmi-praktiki konfrans

20:02
20 Aprel

Rumen Radevin koalisiyası Bolqarıstan seçkilərində qalib olub

19:58
20 Aprel

Azərbaycanın Suriya ilə təbii qaz ticarəti 53,9 milyon dolları ötüb

19:46
20 Aprel

Bakıda İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantılarına hazırlıq sessiyası keçirilib

19:39
20 Aprel

Gürcüstan-Azərbaycan arasındakı ticarət dövriyyəsi birinci rübdə 322,2 milyon dollar olub  

19:31
20 Aprel

Rusiyanın Berlindəki səfiri Almaniya Xarici İşlər Nazirliyinə çağırılıb

19:26
20 Aprel

Azərbaycanda xalça istehsalı və ixracı əhəmiyyətli dərəcədə artıb

19:23
20 Aprel

İran Prezidenti: Müharibə heç kimə fayda vermir

19:16
20 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!