10 Mart 2026 23:19
147
SİYASƏT
A- A+
Hindistanda siqh icmasına qarşı təzyiqlər beynəlxalq narahatlıq doğurur  

Hindistanda siqh icmasına qarşı təzyiqlər beynəlxalq narahatlıq doğurur  


Son illərdə Hindistan hökumətinin siqh icmasına qarşı təzyiq və təqibləri daha da geniş vüsət alıb və beynəlxalq narahatlıq doğurur. Müxtəlif insan hüquqları təşkilatlarının hesabatları göstərir ki, Hindistan hökumətinin siqh fəallarına və diaspor nümayəndələrinə qarşı təqiblərinin coğrafiyası genişlənir və transmilli xarakter alır. Bu məsələ əvvəllər daha çox ABŞ və Kanada kontekstində müzakirə olunurdu, lakin faktlar göstərir ki, oxşar təzyiqlər siqh diasporunun fəal olduğu Avstraliya, Böyük Britaniya və Almaniyada da müşahidə edilir. Bu, siqh fəallarına qarşı aparılan siyasətin sərhəd tanımadığını göstərir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Bakı Təşəbbüs Qrupunun (BTQ) bəyanatında əksini tapıb.

Bildirilib ki, Hindistan hökuməti tərəfindən həyata keçirilən repressiyalar nəticəsində 2023-cü ildə Kanada ərazisində siqh fəalı Hardeep Singh Nijjar öldürülüb.

Daha sonra ABŞ-də eyni ildə Hindistan vətəndaşı Nikhil Guptanın siqh fəalı Gurpatvant Singh Pannuna qarşı sui-qəsd planı ABŞ xüsusi xidmət orqanları tərəfindən aşkar edilərək ictimaiyyətə açıqlanıb. Hər iki hadisədə Hindistan hökumətinin əlaqəsi irəli sürülüb.

"Transmilli repressiya yalnız fiziki təhdid və zorakılıqla məhdudlaşmır. Repressiya metodları arasında diaspor fəallarının izlənməsi, hədəfli dezinformasiya kampaniyaları, siyasi və diplomatik təzyiq vasitələri, miqrasiya məhdudiyyətləri, reputasiya hücumları və kiberhücumlar yer alır. Bu üsulların məqsədi siqh fəallarını susdurmaq, onların beynəlxalq platformalarda fəaliyyətini məhdudlaşdırmaq və diaspor daxilində qorxu mühiti yaratmaqdır.

Vətəndaş cəmiyyəti təşəbbüsləri də bu məsələnin beynəlxalq səviyyədə diqqət mərkəzində qalmasında mühüm rol oynayır. Bakı Təşəbbüs Qrupu beynəlxalq hüquq çərçivəsində siqhlərin ədalətli mübarizəsinə dəstək vermək məqsədilə yanvarın 16-da Bakıda “Hindistanda siqhlərə və digər milli azlıqlara qarşı irqçilik və zorakılıq: mövcud reallıqlar” adlı beynəlxalq konfrans təşkil edib. Tədbirdə Hindistanda siqhlərə və digər dini azlıqlara qarşı mövcud diskriminasiya və zorakılıq halları müzakirə olunub, beynəlxalq hüquq norma və prinsipləri çərçivəsində mübarizənin davam edəcəyi bildirilmiş və birgə bəyanatlarla yekunlaşıb.

Tədbirdən sonra BTQ-nin rəqəmsal sistemləri kiberhücumlara məruz qalıb. Eyni zamanda, “Sikh Federation Canada” sədri Bual Moninder Singh tədbirdən sonra özünə və ailəsinə qarşı ölüm təhdidləri alıb. Bu hadisələr göstərir ki, siqh məsələsini beynəlxalq platformalarda gündəmə gətirən qurumlar və şəxslər hədəfə çevrilir.

Qlobal diaspor şəbəkələri və rəqəmsal texnologiyalar fonunda bu cür repressiya mexanizmləri müxtəlif ölkələrdə paralel şəkildə həyata keçirilir. Buna görə də məsələ yalnız bir dövlətin daxili siyasəti deyil, transmilli repressiya və insan hüquqlarının qorunması ilə bağlı beynəlxalq problem kimi qiymətləndirilməlidir.

Bütün bu təhdidləri ciddi nəzərə alan dünyadakı məşhur siqh təşkilatları birgə addımlar atılması istiqamətində müzakirələr aparırlar. Hindistan hökuməti tərəfindən həyata keçirilən təqiblərin dünya ictimaiyyətinə çatdırılması və qınanması ilkin prioritetlərdəndir. Eyni zamanda, kiberhücumlara qarşı dayanıqlı müdafiə imkanlarının gücləndirilməsi aktual məsələyə çevrilib.

Qlobal düzəndə qeyri-sabitliyin artması və münaqişələrin çoxalması Hindistan hökumətinin əl-qolunu daha da açmışdır. Dünya ictimaiyyətinin diqqətinin daha çox müharibə və münaqişələrə yönəlməsindən istifadə edən Hindistan hökuməti müxtəlif ölkələrdə siqh fəallarına qarşı daha sərt təqiblər həyata keçirməkdədir",- deyə bəyanatda vurğulanıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında

01:03
11 Mart

"Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 2026-cı il 2 fevral tarixli 340-VIIKQD nömrəli Konstitusiya Qanununun tətbiqi barədə

01:02
11 Mart

"Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə

01:01
11 Mart

Azərbaycan Respublikasının Əmək Məcəlləsində, "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" və "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

01:01
11 Mart

"Azərbaycan Respublikasının Əmək Məcəlləsində, "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" və "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 27 fevral tarixli 367-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

01:00
11 Mart

Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında

00:59
11 Mart

 “Nüvə və digər kütləvi qırğın silahının mümkün tətbiqi təhlükəsi ilə əlaqədar həyata keçiriləcək profilaktika və təhlükəsizlik tədbirləri barədə əhalinin maarifləndirilməsi və məlumatlandırılması Qaydası”nın təsdiq edilməsi haqqında

00:58
11 Mart

“Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 18 iyul tarixli 120 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

00:57
11 Mart

“Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə növləri”nin təsdiq edilməsi haqqında

00:55
11 Mart

“Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 18 iyul tarixli 120 nömrəli Qərarında dəyişiklik edilməsi barədə 

00:54
11 Mart

“Gəncə şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nın təsdiq edilməsi haqqında

00:53
11 Mart

Dövlət Departamentinin rəsmisi: Cənubi Qafqazda sülhün açarlarından biri TRIPP layihəsinin yaradılması idi  

00:35
11 Mart

Çempionlar Liqası: “Qalatasaray” doğma meydanında “Liverpul”u məğlub edib

23:59
10 Mart

WUF13 çərçivəsində şəhərdə hərəkətin rahat təşkili üçün hazırlıq işləri yekunlaşır

23:48
10 Mart

Hindistanda siqh icmasına qarşı təzyiqlər beynəlxalq narahatlıq doğurur  

23:19
10 Mart

Şuşada Yel çərşənbəsi sevinci

22:37
10 Mart

ABŞ ticarət katibinin müavini: Son bir ildə ABŞ-nin Azərbaycana ixracı 54 faiz artıb

22:23
10 Mart

Premyer Liqa: Lider “Sabah” öz meydanında böyükhesablı qələbə qazanıb  

21:47
10 Mart

Volodimir Zelenski yeni “Patriot” raketlərini alacağına ümid edir  

21:09
10 Mart

Vahid Ələkbərov Rusiyanın ən varlı üç sahibkarı sırasına daxil olub

20:51
10 Mart

Zelenski: Türkiyə növbəti üçtərəfli danışıqlara ev sahibliyi etməyə hazırdır

20:47
10 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!