06 Mart 2026 08:25
2818
SİYASƏT
A- A+
Sabitlik və qarşılıqlı əməkdaşlıq ünvanı

Sabitlik və qarşılıqlı əməkdaşlıq ünvanı


Azərbaycanın bu gün sərgilədiyi inkişaf modeli sübut edir ki, milli maraqlara söykənən daxili sabitlik, həm iqtisadi inkişafın, həm də qlobal etimadın ən etibarlı təminatıdır. Hazırkı dünya nizamında dövlətlərin gücü təkcə onların iqtisadi potensialı, hərbi qüdrəti ilə deyil, həm də daxili sabitliyi qorumaq və sülh yaratmaq bacarığı ilə ölçülür. Bu gün geosiyasi kataklizmlərin, müharibələrin və daxili iğtişaşların girdabında boğulan bir çox coğrafiyanın fonunda Azərbaycan  sürətlə inkişaf edən, təhlükəsiz və etibarlı dövlət olaraq diqqət çəkir. 

Prezident İlham Əliyevin VII çağırış Milli Məclisin ilk iclasındakı tarixi çıxışı zamanı bəyan etdiyi fikirlər də ölkəmizin bu strateji kursunu dolğunluğu ilə əks etdirir: "Azərbaycanda təhlükəsizlik, əmin-amanlıq uzun illərdir təmin edilir, sabitlik bütün dünya üçün nümunə ola bilər. Hər kəs bilir ki, əgər sabitlik olmasa, heç bir ölkə inkişaf edə bilməz. Bu gün sabitliyi pozulan ölkələrin vəziyyətini və aqibətini hər kəs yaxşı görür. Bu, təhlükəsizliyin, inkişafın, xarici sərmayənin cəlb edilməsi üçün başlıca şərtdir. Bizim təhlükəsizliklə bağlı bütün digər tədbirlər lazımi səviyyədə təmin edilir. Azərbaycan güclü dövlətdir və ildən-ilə bizim gücümüz artmaqdadır".


Etibarlı tərəfdaşlıq 


Prezidentin bu bəyanatı Azərbaycanın milli gücünü, dünya nizamında tutduğu nümunəvi yerini və rolunu bir daha gözlər önünə sərir. Bu gün Cənubi Qafqazda hökm sürən de-fakto sülh şəraiti məhz Qarabağda qazanılan möhtəşəm Zəfərin məntiqi nəticəsidir. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini təmin etməklə həm də regionda yeni əməkdaşlıq və inkişaf erasının təməlini qoydu. Üç onillik ərzində münaqişədən, müharibədən əziyyət çəkən bölgə indi yenidən dirçəlir və gələcək rifaha doğru əmin addımlar atır.   Azərbaycanın yürütdüyü balanslı və milli maraqlara söykənən xarici siyasət onu beynəlxalq arenada güvənilən tərəfdaş statusuna yüksəldib. Təsadüfi deyil ki, ölkəmiz bu gün Şərqlə Qərbin, Şimalla Cənubun kəsişməsində yerləşən ən etibarlı logistik mərkəz adını daşıyır. Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta dəhliz) mərkəzi hissəsi olan Azərbaycanın bu qlobal tədarük zəncirinin bərpasındakı rolu diqqət mərkəzindədir. Vaşinqton Sammitində Zəngəzur dəhlizinin (TRIPP -The Trump route for international peace and prosperity) açılması ilə bağlı əldə olunan razılaşma regionun iqtisadi gələcəyinə mühüm töhfədir və kommunikasiyaların bərpası ümumi rifaha xidmət edir. 

Enerji təhlükəsizliyi məsələsində isə Azərbaycan artıq Avropanın enerji xəritəsini yenidən formalaşdıran aktor kimi çıxış edir. Hazırda Avropa İttifaqının 10 üzv dövlətinin ölkəmizdən qaz alması rəsmi Bakının qlobal enerji arxitekturasındakı rolunu göstərir. Lakin Azərbaycanı cəlbedici edən təkcə onun təbii və bərpaolunan sərvətləri, mühüm geostrateji mövqeyi deyil, həm də malik olduğu sarsılmaz sabitlik mühitidir. İnvestorlar üçün "təhlükəsiz ada" funksiyasını yerinə yetirən ölkəmiz, ABŞ-dən Çinə qədər dünya nəhəngləri ilə strateji əməkdaşlıq qurmağa nail olub. Ötən il Prezident İlham Əliyevin Çinə dövlət səfəri zamanı Hərtərəfli strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanması böyük uğurdur. Eləcə də bu il fevralın 10-da Bakıda "Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası"nın imzalanması çoxşaxəli və balanslı diplomatiyanın mühüm nəticəsidir.

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın təşəbbüsü ilə təşkil edilmiş Sülh Şurasında təsisçi üzv kimi ölkəmizin iştirakı isə Azərbaycanın artıq sadəcə regional deyil, qlobal sülh platformalarında söz sahibi olduğunun təzahürüdür.

Sülhü yalnız sözdə deyil, konkret addımları, diplomatik təşəbbüsləri və tərəfdaşlıq layihələri ilə əyani şəkildə dəstəkləyən Bakı daim dialoq və əməkdaşlığı prioritet hesab edir, siyasi iradə və məsuliyyətli siyasətlə barışın mümkün olduğunu ortaya qoyur. 


Quru sərhədlərin strateji mühafizəsi


Dünyada və xüsusilə yaxın regionda baş verən gərgin geosiyasi proseslər, silahlı münaqişələr və müharibələr dövlətləri öz təhlükəsizlik mexanizmlərinə yenidən baxmağa vadar edir. Bu kontekstdə Azərbaycanın quru sərhədlərini bağlı saxlaması qərarının, sadəcə texniki deyil, tamamilə uzaqgörən dövlət strategiyası olduğu bir daha öz təsdiqini tapır.  

Prezident İlham Əliyev VII çağırış Milli Məclisdəki çıxışında bu məsələnin həyati əhəmiyyətini belə ifadə edib: "Bizim quru sərhədlərimiz hələ də bağlıdır, yəni vətəndaşların gəliş-gedişləri üçün. Başa düşürük ki, bu, müəyyən çətinliklər yaradır. Ancaq bugünkü geosiyasi vəziyyət də hamının gözü qarşısındadır, daxili təhlükəsizliyi təmin etmək üçün bu, yeganə düzgün addımdır". 

Dövlətimizin başçısı onu da vurğulayıb ki, daxili təhlükəsizlik ilə bağlı bütün lazımi tədbirlər görülür: "Mən tam əminliklə deyə bilərəm ki, son illər ərzində quru sərhədlərimizin bağlı olması bizi çox böyük fəlakətlərdən xilas etdi. Hətta bu gün - sərhədlər bağlı olan vaxtda təhlükəli hərəkətlər olur və bu hərəkətlərin qarşısı alınır. Ona görə sərhədlərimizin qorunması bizi xarici risklərdən qoruyacaq, daxili risklər Azərbaycanda yoxdur". 

Bu yanaşma göstərir ki, dövlət üçün ən ali dəyər vətəndaşın can təhlükəsizliyi və ölkənin daxili asayişidir. Regional qeyri-müəyyənliklərin artdığı bir dövrdə sərhədlərin bu formatda qorunması kənar təhdidlərin ölkə daxilinə sızmasının qarşısında ən güclü səddir.

 Azərbaycanın bu gün əldə etdiyi uğurların fundamental sütunu daxili sabitlik və milli birlikdir. Sabitlik olmayan yerdə nə nəhəng infrastruktur layihələri, nə də geniş iqtisadi islahatlar uğur qazana bilər. Ölkəmiz sübut etdi ki, hətta ən mürəkkəb geosiyasi şəraitdə belə milli maraqları hər şeydən üstün tutaraq, müstəqil siyasət yürütmək və xalqın təhlükəsizliyini qlobal risklərdən qorumaq mümkündür.

Bu gün Azərbaycan təkcə öz hüdudları daxilində deyil, həm də geniş coğrafiyada sabitlik adası kimi tanınır. Təkcə Bakıda deyil, respublikamızın əksər bölgələrində keçirilən mötəbər beynəlxalq tədbirlər, qlobal böhranların həlli üçün təklif olunan dialoq platformaları dövlətimizin artan gücünü və yüksək nüfuzunu göstərir. Güclü Azərbaycanın həm də regional təhlükəsizlikdə vacib rol oynaması təkzibolunmaz reallıqdır. 

Prezident İlham Əliyevin rəhbərliyi ilə yürüdülən bu uzaqgörən kurs, ölkəmizi gələcək onilliklərin mümkün böhranlarından qorumaqla yanaşı, onu müasir dünya nizamının ən stabil və qüdrətli dövlətlərindən biri kimi möhkəmləndirir. 


Yasəmən MUSAYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Aprel: neysandan leysana, bərəkətdən fəlakətə

08:25
30 Aprel

Maliyyə icarəsi fəaliyyətinin təkmil hüquqi əsasları yaradılır

08:20
30 Aprel

Beynəlxalq birliyin Azərbaycana yeni baxışı

08:15
30 Aprel

Azərbaycan-Çexiya əlaqələri çoxvektorlu səciyyə daşıyır

08:10
30 Aprel

Qəbələ bu dəfə yüksəksəviyyəli görüşlərin ünvanı kimi dünya gündəmində oldu

08:05
30 Aprel

Bakı qlobal geosiyasətin ehtiramla qəbul olunan aktorudur 

08:00
30 Aprel

Azərbaycan Respublikasının Əmək Məcəlləsində və "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

02:28
30 Aprel

"Azərbaycan Respublikasının Əmək Məcəlləsində və "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 10 aprel tarixli 383-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında 

02:27
30 Aprel

"Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) arasında BTİ Regional Akselerasiya Mərkəzinin yaradılması ilə bağlı Əməkdaşlıq Sazişi"nin təsdiq edilməsi haqqında

02:25
30 Aprel

"Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının 2022-ci il 30 dekabr tarixli 781-VIQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 31 yanvar tarixli 2007 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında 

02:24
30 Aprel

“Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, Azərbaycan Respublikasının Rəqabət Məcəlləsində, “Sosial sığorta haqqında”, “Polis haqqında”, “Tibbi sığorta haqqında”, “Notariat haqqında”, “İcra məmurları haqqında”, “İcra haqqında”, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında”, “İnzibati icraat haqqında”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Nağdsız hesablaşmalar haqqında” və “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 14 iyul tarixli 249-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

02:23
30 Aprel

"BANK RESPUBLİKA" ASC SƏHMDARLARININ NƏZƏRİNƏ!

02:22
30 Aprel

Ukrayna dronları Rusiyanın bir neçə “Mi-28” və “Mi-17” helikopterlərinə zərbə endirib  

23:55
29 Aprel

Tramp Putinlə telefon danışığının detallarını açıqlayıb

23:18
29 Aprel

Putin Trampa II Dünya müharibəsində Qələbənin ildönümü ilə bağlı atəşkəsə hazır olduğunu deyib  

21:57
29 Aprel

Vladimir Putinlə Donald Tramp arasında telefon danışığı baş tutub  

21:56
29 Aprel

Azərbaycan və Uruqvay arasında siyasi məsləhətləşmələr aparılıb

21:45
29 Aprel

Ukrayna Rusiya ilə yeni əsir mübadilələrinə hazırlaşır

21:29
29 Aprel

Danimarka şirkəti ilə “Yaşıl Enerji Dəhlizi” layihəsi çərçivəsində külək enerjisinin ixracı nəzərdən keçirilib  

21:03
29 Aprel

Amerikalı ekspert: Qarabağda texnoloji şəhər mühiti üçün unikal imkan var  

20:52
29 Aprel

Mir Cəlal Paşayevin doğum gününə həsr olunmuş ədəbi-bədii tədbir təşkil olunub  

20:48
29 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!