16 İyul 2025 08:00
1445
SİYASƏT
A- A+
İlham Əliyevin sülh gündəliyinə qlobal dəstək

İlham Əliyevin sülh gündəliyinə qlobal dəstək


Beynəlxalq birlik tezliklə tərəflər arasında barış sazişinin imzalanacağına inanır 


İyulun 10-da Azərbaycan və Ermənistan liderlərinin Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilən vasitəçisiz görüşündə müzakirə edilən məsələlər, əldə olunan  razılaşmalar onu deməyə əsas verir ki, tərəflər barışa yaxındırlar. 

Əbu-Dabidə konstruktiv keçən görüşdə sülh gündəliyinin mühüm istiqamətləri - sərhədlərin delimitasiyası, Zəngəzur dəhlizinin açılması və inkişafı, sülh sazişinin paraflanması ilə bağlı çox ciddi və məzmunlu müzakirələr aparılıb.

Azərbaycanı maraqlandıran əsas məsələ sülh müqaviləsinin imzalanması və regionda sabitliyin bərqərar olmasıdır. Bunun üçün Azərbaycan tərəfi bir neçə şərt irəli sürüb. Ermənistan konstitusiyasında dəyişiklər edilməsi, Avropa İttifaqının vizual kəşfiyyatçılarının sərhəddə apardığı müşahidələrin dayandırılması, ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı birgə müraciət əsas şərtlərdir. Hər üç məsələyə Ermənistan aydınlıq gətirməli və problemlər öz həllini tapmalıdır.

İki ölkə arasında aparılan vasitəçisiz danışıqlar göstərdi ki, üçüncü tərəfin iştirakına heç bir lüzum yoxdur. Elə danışıqlardan sonra verilən açıqlamalar, səslənən fikirlər də bunu bir daha təsdiqlədi. 

Azərbaycanla Ermənistan arasında sülh danışıqları beynəlxalq birlik tərəfindən də birmənalı dəstək aldı. Öncə  Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş Prezident İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən son görüşü bölgədə dayanıqlı sülhə gedən yolda ciddi irəliləyiş kimi dəyərləndirdi. Baş katib dedi ki, Əbu-Dabi görüşü iki ölkə arasında sülh müqaviləsi üzrə əldə olunan razılığın möhkəmləndirilməsi istiqamətində atılmış mühüm addımdır. 

Sülh danışıqları ilə bağlı İlham Əliyevin atdığı addımları hər zaman dəstəkləyən ABŞ-dən də verilən reaksiya birmənalı oldu. ABŞ Prezidenti Donald Tramp NATO Baş katibi Mark Rutte ilə Ağ Evdəki görüşündə Azərbaycanla Ermənistan arasında baş tutan danışıqlar barədə açıqlama verərək deyib ki, danışıqlar uğurlu nəticə verəcək. ABŞ Administrasiyasının dünyadakı bir çox münaqişəni həll etdiyini vurğulayan Prezident Tramp deyib ki, ABŞ Ermənistanla Azərbaycan arasında münaqişənin həlli üçün səylər göstərib və bu, yaxşı nəticəyə gətirib çıxaracaq.

Sülh danışıqlarına Avropa İttifaqından da dəstək gəlib: "Biz Ermənistanın Cənubi Qafqazda sabitliyi təmin etmək səylərini, xüsusən də Azərbaycanla sülh danışıqlarında iştirakını və Türkiyə ilə münasibətlərin normallaşması istiqamətində atdığı addımları yüksək qiymətləndiririk". Bunu Avropa İttifaqı Şurasının prezidenti Antonio Kosta deyib. 

Maraqlıdır ki, dünənə qədər Azərbaycanı ittiham edən, ölkəmizin guya Qarabağda etnik təmizləmə siyasəti həyata keçirdiyi iddiasından əl çəkməyən Fransadan da sülh danışıqlarına müsbət reaksiya verilib. Fransa Prezidenti Emmanuel Makron bəyan edib ki, Bakı və İrəvan arasında sülh sazişinin tezliklə imzalanması regionun bütün ölkələri üçün yeni bir səhifə aça bilər. O, bu barədə Parisdə Ermənistanın baş naziri Nikol Paşinyanla görüşünün nəticələrinə dair "X" sosial şəbəkəsindəki hesabında yazıb.

Makronun sözlərinə görə, görüş zamanı o, Ermənistanın Azərbaycanla sülhə nail olmaq səylərinə dəstəyini ifadə edib.

Xatırladaq ki, İkinci Qarabağ müharibəsindən sonra tərəflər arasında sülh müqaviləsinin imzalanması üçün bir çox beynəlxalq təşkilat və bəzi dövlətlər vasitəçilik missiyasını üzərlərinə götürsələr də, uğurlu nəticələr olmadı. Baş verən proseslər göstərdi ki, sülh sazişi ilə bağlı danışıqlar yalnız iki dövlət arasında aparılmalıdır. Yəni vasitəçiyə ehtiyac yoxdur. Hələ 2022-ci ildə Praqada keçirilmiş Avropa Siyasi Birliyinin sammiti çərçivəsində dövlət başçıları arasında keçirilən görüşdə Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağı Azərbaycanın suveren ərazisi kimi tanıdığını bəyan etmişdir. Bu bəyanat uzun illər Ermənistanı dəstəkləyən, onu silahlandıran tərəflər üçün gözlənilməz addım olsa da, tərəfləri sülhə bir qədər də yaxınlaşdırdı. Bundan sonra Azərbaycan sülh müqaviləsinin şərtlərini hazırlayaraq İrəvana təqdim etdi. Bu müddətədək Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin 17 maddəsindən 15-i razılaşdırıldı. Yəni sülh müqaviləsinin qısa zaman kəsiyində imzalanması mümkündür. Bunun üçün ilk növbədə Ermənistan konstitusiyasında Azərbaycana qarşı olan ərazi iddialarını ləğv etməli, Hayastanda referendum keçirilməli və qonşu ölkələrə ərazi iddialarının olmadığını rəsmi sənədlə təsdiq etməli, ATƏT-in keçmiş Minsk qrupunun ləğvi ilə bağlı birgə müraciət ünvanlamalıdır.  

Rəsmi Bakı sülhdə maraqlı olmaqla yanaşı, prosesin qalıcı olmasına xüsusi diqqət edir. Ermənistanın mövcud konstitusiyası isə yekun sülhün önündə başlıca maneədir. Konstitusiyanın bəzi maddələrində başda Azərbaycan olmaqla ətraf ölkələrə qarşı ərazi iddiaları əks olunub. Bakı gələcəkdə Ermənistanın hüquqi bəhanələri ilə sülh müqaviləsini pozmasını, üzərinə götürdüyü öhdəliklərdən yayınmasını istəmir.

Prezident İlham Əliyev bəyan edib ki, Sovet İttifaqının süqutundan sonra ilk dəfədir Cənubi Qafqazda sülhə nail olmaq imkanı yaranıb. Bu mümkündür - Azərbaycan və Ermənistan arasında sülh danışıqları çərçivəsində baş verən hadisələr, sülh müqaviləsinin bəndlərinin təqribən 80 faizinin razılaşdırılması bunu deməyə əsas verir. 

Azərbaycan ümid edir ki, sülh danışıqlarının başlanmasına dair ölkəmizin təşəbbüsü sülh sazişinin imzalanması ilə nəticələnəcək. Bu isə təkcə Cənubi Qafqaz deyil, dünyanın bütün regionları üçün əhəmiyyətli olacaq. Bu, 30 il ərzində münaqişədə olmuş iki ölkənin birgə çalışaraq sülhə nail olmasının nümunəsi ola bilər. 


Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

2025: göygöllülər üçün abadlıq, quruculuq və festivallar ili

09:35
13 Dekabr

Goranboylular Ulu Öndərə ehtiramlarını elliklə ifadə etdilər

09:30
13 Dekabr

"Sən elə bir zirvəsən!"

09:25
13 Dekabr

ABŞ-dən tarixi qərar

09:20
13 Dekabr

D-8: Regionla əməkdaşlıq üçün gənclərin işgüzar platforması

09:15
13 Dekabr

Dövlət siyasətinin təntənəsi

09:10
13 Dekabr

Azərbaycanın qlobal humanitar diplomatiyasının növbəti uğurları

09:05
13 Dekabr

Qərbi Avropa Cənubi Qafqazda nə itirib

09:00
13 Dekabr

Azərbaycan-Slovakiya əməkdaşlığı

08:55
13 Dekabr

Cənubi Qafqazda barış və etimad quruculuğu dövrü

08:50
13 Dekabr

Ulu Öndər xalqımızın qəlbində əbədi yaşayacaq

08:45
13 Dekabr

Milli maraqları qətiyyətlə təmin edən çoxvektorlu xarici siyasət kursu

08:40
13 Dekabr

Müasir Azərbaycan dövlətçiliyinin memarı

08:35
13 Dekabr

Xalqımıza misilsiz xidmət nümunəsi

08:30
13 Dekabr

Heydər Əliyev Fondu Ümummilli Liderin ideyalarını fəaliyyətində rəhbər tutur

08:25
13 Dekabr

Azərbaycan-Slovakiya münasibətləri yüksələn xətlə inkişaf edir

08:20
13 Dekabr

Gəncəlilər və samuxlular Ulu Öndərin anım gününü qeyd ediblər

08:15
13 Dekabr

Zəfər ordusunun təməl müəllifi

08:10
13 Dekabr

Müstəqil Azərbaycan Ulu Öndərin, azad Qarabağ isə İlham Əliyevin əsəridir

08:05
13 Dekabr

Milli-mənəvi dəyərlərə sadiqlik örnəyi

08:00
13 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:24
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!