İlham Əliyevin qlobal liderliyinin daha bir nümunəsi
Ərəb dünyası Azərbaycan Prezidentini ən etibarlı tərəfdaş və sadiq dost kimi qəbul edir
Azərbaycanın uğurlu xarici siyasətinin nəticəsi olaraq ölkəmizin müsəlman dünyası, o cümlədən ərəb dövlətləri ilə əlaqələri son dövrlərdə daha da inkişaf edib, münasibətlərin dinamikası yeni mərhələyə qədəm qoyub. Xüsusilə qeyd edilməlidir ki, ərəb dünyası Azərbaycanın inkişafını, eləcə də beynəlxalq münasibətlər sistemindəki rolunu və nüfuzunu yüksək qiymətləndirir. Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin dəvəti ilə Prezident İlham Əliyevin yanvarın 16-da Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimində iştirakı da bu ölkənin timsalında ərəb dünyasının ölkəmizə və onun rəhbərinə olan yüksək ehtiramının göstəricisidir.
Münasibətlərin inkişafını şərtləndirən amillər
Ortaq mədəni-mənəvi dəyərlər, tarixən mövcud olmuş əlaqələr müasir dövrdə Azərbaycanla ərəb dünyası arasında münasibətlərin daha da inkişafını şərtləndirən amillərdir. Bu gün ölkəmizin Səudiyyə Ərəbistanı, İraq, Qətər, İordaniya, Misir və digər ərəb dövlətləri arasında geniş siyasi münasibətləri, müxtəlif sahələrdə yüksək qarşılıqlı əməkdaşlıq əlaqələri var. Təsadüfi deyil ki, bu dövlətlər Azərbaycanı beynəlxalq məsələlərdə daim dəstəkləyiblər.
Səudiyyə Ərəbistanı isə Ermənistanla diplomatik münasibətlər qurmayıb və bunun da yeganə səbəbi Azərbaycan torpaqlarının işğalı idi.
Ümumiyyətlə, ərəb ölkələri daim Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə dəstəklərini ifadə ediblər.
Ötən il noyabrın 1-də Prezident İlham Əliyevin Əlcəzairdə keçirilən Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında Fəxri qonaq statusunda iştirakı da respublikamızla ərəb dünyası arasındakı daha da yüksələn səmimi münasibətlərin göstəricisi idi. Zirvə toplantısına dəvətə görə Əlcəzair Prezidentinə və Ərəb Dövlətləri Liqasının baş katibinə təşəkkürünü bildirən Prezident İlham Əliyev dəvətin dostluq və qardaşlıq əlaməti olduğunu bildirmişdi.
Xatırladaq ki, Azərbaycanla ərəb dövlətlərinin birliyi olan Ərəb Dövlətləri Liqası arasında da əməkdaşlıq əlaqələri mövcuddur.
Ölkəmiz müşahidəçi statusunda təşkilatın üzvüdür. Hazırda liqa yeddi ölkə ilə, o cümlədən Azərbaycanla imzalanmış Anlaşma memorandumu əsasında əməkdaşlıq edir. Anlaşma memorandumu 2005-ci ildə imzalanıb. 2014-cü ildə isə Ər-Riyadda Ərəb Dövlətləri Liqası, Orta Asiya və Azərbaycan Respublikası arasında Əməkdaşlıq memorandumu imzalanıb. Onu da qeyd edək ki, Ərəb Dövlətləri Liqasının üzvləri həmçinin Azərbaycanın hazırda sədrlik etdiyi Qoşulmama Hərəkatında təmsil olunurlar. Azərbaycan bu təşkilat çərçivəsində də ərəb dövlətləri ilə geniş əməkdaşlıq imkanlarına malikdir.
Dostluğun və qardaşlığın nümunəsi
Prezident İlham Əliyevin işgüzar səfərdə olduğu Birləşmiş Ərəb Əmirlikləri Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. Bu ölkə 1991-ci il dekabrın 26-da Azərbaycanın müstəqilliyini tanıyıb. 1992-ci ildən isə iki dövlət arasında diplomatik münasibətlər qurulub. Ötən əsrin 90-cı illərinin ortalarından ticari-iqtisadi və digər sahələrdə əməkdaşlıq genişlənməyə başlayıb.
Son səfər zamanı Prezident İlham Əliyevlə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan arasında görüşdə Azərbaycanla BƏƏ-nin siyasi, iqtisadi, təhlükəsizlik və digər sahələrdə sıx əməkdaşlıq həyata keçirdikləri bildirildi, bu əlaqələrin daha da genişləndirilməsinin vacibliyi vurğulandı. Dövlət başçıları tərəfindən müəyyənləşdirilmiş siyasi xəttə uyğun olaraq, iki ölkənin müxtəlif səviyyələrdə nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin önəmi qeyd edildi.
Onu da xatırladaq ki, keçən ay Fransanın BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı qəbul etdirməyə çalışdığı sənədin əleyhinə çıxanlardan biri də BƏƏ-dir. Hər zaman Azərbaycanın haqlı mövqeyini müdafiə edən bu ölkə BMT TŞ-dəki müzakirələrdə də ölkəmizə dəstək göstərib. BƏƏ-nin bu mövqeyi, eləcə də Prezident Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı nailiyyətlər və qələbələr münasibətilə təbriklərini çatdırması ondan xəbər verir ki, bu ölkə Azərbaycanın Vətən müharibəsindəki qələbəsini və yaratdığı yeni reallıqları dəstəkləyir.
Prezidentlərin görüşündə bu məsələyə də toxunulub və dövlətimizin başçısı BMT TŞ-də Cənubi Qafqaz regionuna aid müzakirələrdə BƏƏ-nin Azərbaycana göstərdiyi dəstəyi yüksək qiymətləndirib, bunu dostluğun və qardaşlığın nümunəsi kimi dəyərləndirib.
Yüksək nüfuzun təcəssümü
Prezident İlham Əliyevin dəvət olunduğu Əbu-Dabi Dayanıqlılıq Həftəsi planetimizin gələcəyində payı olan dövlət və hökumət başçılarını, siyasətçiləri, sənaye liderlərini, sərmayəçiləri, iş adamlarını və gəncləri aktual məsələlərin müzakirəsi üçün bir araya gətirir. Budəfəki Dayanıqlılıq Həftəsində dünyanın 150 ölkəsindən 30 minədək nümayəndə iştirak edir.
Prezident İlham Əliyevin bu mötəbər beynəlxalq tədbirə dəvət olunması sürətlə inkişaf edərək mühüm beynəlxalq layihələrin təşəbbüskarına çevrilən ölkəmizin dünya miqyasında artan nüfuzunun göstəricisidir. Zəngin neft-qaz potensialı ilə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan Azərbaycan Prezident İlham Əliyevin uğurlu enerji siyasəti nəticəsində bu sahədə imkanlarını daha da şaxələndirir. Hazırda enerji sahəsində ölkəmizin prioritetlərindən biri bərpaolunan enerji ilə bağlı yeni layihələrin həyata keçirilməsidir. Artıq bu sahədə Azərbaycanla BƏƏ arasında real əməkdaşlıq mövcuddur. Belə ki, ötən il təməli qoyulmuş "Qaradağ" Günəş-Elektrik Stansiyasını bu ölkənin "Masdar" şirkəti inşa edir.
Eyni zamanda İlham Əliyevin bu tədbirdə iştirakı Azərbaycanla BƏƏ arasındakı yüksək siyasi münasibətlərin göstəricisidir. Bu səfər, eləcə də BMT TŞ-dəki birmənalı dəstək göstərir ki, Azərbaycanla BƏƏ yaxın tərəfdaş və dost dövlətlərdir.
Xüsusilə qeyd etməliyik ki, Azərbaycan Prezidentinin Əbu-Dabi Dayanıqlılıq Həftəsinə dəvət alması İlham Əliyevin yüksək nüfuzunun təcəssümüdür. Bu dəvət İlham Əliyevin qlobal liderliyinin daha bir nümunəsidir və görünən həm də odur ki, ərəb dünyası Azərbaycan Prezidentini ən etibarlı tərəfdaş və sadiq dost kimi qəbul edir.
Rəşad CƏFƏRLİ,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Mərkəzi Bank: Bugünkü hərracda tələb 96,3 milyon dollar təşkil edib
28 Mart
BP və ADNOC İsrailin qaz şirkətinin səhmlərinin 50 faizini almaq üçün 4 milyard dollar təklif edib ...
28 Mart
Energetika naziri “Berlin Enerji Keçidi Dialoqu” konfransı çərçivəsində bir sıra ikitərəfli görüşlər...
28 Mart
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə BMTİP arasında əməkdaşlıq məsələləri müzakirə olunub ...
28 Mart
DTX-də Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının 104 illiyi təntənəli şəkildə qeyd edilib...
28 Mart
Paytaxt havasında dispers toz hissəciklərinin miqdarı normadan 1.8 dəfə yuxarı olub
28 Mart
Azərbaycan Ordusunda kibertəhlükəsizlik təlimi keçirilir
28 Mart
Formula 1 yarışlarında sərbəst yürüşlərin müddəti azaldıla bilər
28 Mart
Azərbaycan Triatlon Federasiyasının prezidenti istefa verib
28 Mart
İqtisadiyyat nazirinin vətəndaş qəbulunun vaxtı dəyişdirilib
28 Mart
DİQQƏT ÇƏKƏNLƏR
Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü keçirilib Azərbayc...16 Mart 2023

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşü olub YE...14 Mart 2023

Hikmət Hacıyev: Qarabağda yaşayan erməni sakinlərin fərdi hüquq və təhlükəsizliyi məsələsi sırf Azər...12 Mart 2023

“Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu işə başlayıb Prezident İlham ...09 Mart 2023

Azərbaycan və Latviya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB08 Mart 2023
jpg-1678287833.jpg)
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!