21 Noyabr 2025 01:53
2510
Nazirlər Kabineti
A- A+
“İkinci Dünya müharibəsi iştirakçılarının, şəhid ailələrinin, Çernobıl AES-də qəzanın nəticələrinin köçürmə zonasında ləğv edilməsinin iştirakçılarının, eləcə də köçürülmə günü ana bətnində olan uşaqlar da daxil olmaqla, uzaqlaşdırma və köçürmə zonalarından köçürülmüş uşaqların və ya 18 yaşınadək yeniyetmələrin, habelə 1986-cı il aprelin 26-dan sonra doğulmuş və Çernobıl AES-də qəzanın nəticələrinin ləğv edilməsinin iştirakçısı olmuş, yaxud Çernobıl qəzası nəticəsində zərər çəkmiş və birbaşa radioaktiv şüalanmaya məruz qalmaq ehtimalı olmuş valideynlərin birindən olan uşaqların, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların, fövqəladə hallarda insanların xilas edilməsində və tibbi yardım göstərilməsində iştirak edərkən ziyan çəkmiş vətəndaşların sanatoriya-kurort müalicəsi ilə təmin edilməsi Qaydalarının və Hərbi qulluqçuların və onların ailə üzvlərinin (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ailələrindən başqa) sanatoriyalarda və istirahət evlərində sanatoriya-kurort müalicəsi, pansionatlarda və turist bazalarında istirahət üçün putyovkalarla (yollayışlarla) təmin olunması Qaydasının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 12 avqust tarixli 128 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

“İkinci Dünya müharibəsi iştirakçılarının, şəhid ailələrinin, Çernobıl AES-də qəzanın nəticələrinin köçürmə zonasında ləğv edilməsinin iştirakçılarının, eləcə də köçürülmə günü ana bətnində olan uşaqlar da daxil olmaqla, uzaqlaşdırma və köçürmə zonalarından köçürülmüş uşaqların və ya 18 yaşınadək yeniyetmələrin, habelə 1986-cı il aprelin 26-dan sonra doğulmuş və Çernobıl AES-də qəzanın nəticələrinin ləğv edilməsinin iştirakçısı olmuş, yaxud Çernobıl qəzası nəticəsində zərər çəkmiş və birbaşa radioaktiv şüalanmaya məruz qalmaq ehtimalı olmuş valideynlərin birindən olan uşaqların, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların, fövqəladə hallarda insanların xilas edilməsində və tibbi yardım göstərilməsində iştirak edərkən ziyan çəkmiş vətəndaşların sanatoriya-kurort müalicəsi ilə təmin edilməsi Qaydalarının və Hərbi qulluqçuların və onların ailə üzvlərinin (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ailələrindən başqa) sanatoriyalarda və istirahət evlərində sanatoriya-kurort müalicəsi, pansionatlarda və turist bazalarında istirahət üçün putyovkalarla (yollayışlarla) təmin olunması Qaydasının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 12 avqust tarixli 128 nömrəli Qərarında dəyişiklik edilməsi barədə


№ 341


Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI


Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“İkinci Dünya müharibəsi iştirakçılarının, şəhid ailələrinin, Çernobıl AES-də qəzanın nəticələrinin köçürmə zonasında ləğv edilməsinin iştirakçılarının, eləcə də köçürülmə günü ana bətnində olan uşaqlar da daxil olmaqla, uzaqlaşdırma və köçürmə zonalarından köçürülmüş uşaqların və ya 18 yaşınadək yeniyetmələrin, habelə 1986-cı il aprelin 26-dan sonra doğulmuş və Çernobıl AES-də qəzanın nəticələrinin ləğv edilməsinin iştirakçısı olmuş, yaxud Çernobıl qəzası nəticəsində zərər çəkmiş və birbaşa radioaktiv şüalanmaya məruz qalmaq ehtimalı olmuş valideynlərin birindən olan uşaqların, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların, fövqəladə hallarda insanların xilas edilməsində və tibbi yardım göstərilməsində iştirak edərkən ziyan çəkmiş vətəndaşların sanatoriya-kurort müalicəsi ilə təmin edilməsi Qaydalarının və Hərbi qulluqçuların və onların ailə üzvlərinin (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ailələrindən başqa) sanatoriyalarda və istirahət evlərində sanatoriya-kurort müalicəsi, pansionatlarda və turist bazalarında istirahət üçün putyovkalarla (yollayışlarla) təmin olunması Qaydasının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 12 avqust tarixli 128 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 8, maddə 539 (Cild I); 2024, № 9, maddə 1101) aşağıdakı dəyişikliklər edilsin:

1. Adından və 1-ci hissədən “və ya 18 yaşınadək yeniyetmələrin” sözləri çıxarılsın.

2. Həmin Qərarla təsdiq edilmiş “İkinci Dünya müharibəsi iştirakçılarının, şəhid ailələrinin, Çernobıl AES-də qəzanın nəticələrinin köçürmə zonasında ləğv edilməsinin iştirakçılarının, eləcə də köçürülmə günü ana bətnində olan uşaqlar da daxil olmaqla, uzaqlaşdırma və köçürmə zonalarından köçürülmüş uşaqların və ya 18 yaşınadək yeniyetmələrin, habelə 1986-cı il aprelin 26-dan sonra doğulmuş və Çernobıl AES-də qəzanın nəticələrinin ləğv edilməsinin iştirakçısı olmuş, yaxud Çernobıl qəzası nəticəsində zərər çəkmiş və birbaşa radioaktiv şüalanmaya məruz qalmaq ehtimalı olmuş valideynlərin birindən olan uşaqların, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların, fövqəladə hallarda insanların xilas edilməsində və tibbi yardım göstərilməsində iştirak edərkən ziyan çəkmiş vətəndaşların sanatoriya-kurort müalicəsi ilə təmin edilməsi Qaydaları” üzrə:

2.1. adından “və ya 18 yaşınadək yeniyetmələrin” sözləri çıxarılsın;

2.2. 1-ci hissədən “və ya 18 yaşınadək yeniyetmələrin” sözləri çıxarılsın və həmin hissəyə “vətəndaşların” sözündən sonra “(bundan sonra – şəxslərin)” sözləri əlavə edilsin;

2.3. 3-cü hissə üzrə:

2.3.1. 3-cü hissə yeni redaksiyada verilsin və aşağıdakı məzmunda 3-1-ci hissə əlavə edilsin:

“3. Bu Qaydalarda göstərilmiş şəxslər ildə bir dəfədən çox olmamaqla sanatoriya-kurort putyovkaları (yollayışları) ilə (işləyənlər - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin 135-ci bəndinə uyğun olaraq Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən işəgötürənlərə təqdim olunan putyovkalarla (yollayışlarla) iş yerindən, işləməyənlər - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Sosial Xidmətlər Agentliyinin (bundan sonra – Agentlik) yerli qurumları və “DOST” mərkəzləri tərəfindən) növbəlilik əsasında təmin olunurlar (tibb müəssisələrinin göndərişi ilə ölkə hüdudları daxilində, gediş-gəliş xərcləri daxil olmaqla).

3-1. Sanatoriya-kurort putyovkası (yollayışı) almaq üçün növbəyə götürülmüş 18 yaşınadək uşaqlar müşayiətçi ilə birlikdə sanatoriya-kurort putyovkası (yollayışı) ilə təmin olunurlar. Müşayiətçi sanatoriya-kurort putyovkası (yollayışı) ilə uşağın sanatoriya-kurort putyovkası (yollayışı) ilə təmin olunduğu aidiyyəti üzrə bu Qaydaların 3-cü hissəsində göstərilən qurum tərəfindən təmin olunur. Bu halda müşayiətçi qismində uşağın valideynləri, digər qanuni nümayəndələri (qəyyumları, övladlığa götürənləri, himayəçiləri) və valideynin icazəsi ilə etibarnamə verilmiş digər şəxslər müəyyən oluna bilərlər. Uşağın valideyninin, digər qanuni nümayəndələrinin və valideynin icazəsi ilə etibarnamə verilmiş digər şəxslərin Agentliyin yerli qurumlarına və “DOST” mərkəzlərinə yazılı və ya elektron müraciəti əsasında müşayiətçinin sanatoriya-kurort putyovkası (yollayışı) ilə təmin olunduğu müddət ərzində bir dəfədən çox olmayaraq dəyişdirilməsinə yol verilir.”;

2.4. 5-7-ci hissələr ləğv edilsin;

2.5. 9-cu hissə üzrə:

2.5.1. 9-cu hissə yeni redaksiyada verilsin və aşağıdakı məzmunda 9-1 - 9-3-cü hissələr əlavə edilsin:

“9. Sanatoriya-kurort putyovkası (yollayışı) almaq hüququ olan şəxslər ərizələrini və sanatoriya-kurort kartasını bu Qaydaların 3-cü hissəsinə uyğun olaraq aidiyyəti üzrə sanatoriya-kurort putyovkası (yollayışı) ilə təmin olunduqları quruma təqdim edirlər. Ərizə və sanatoriya-kurort kartası təqdim edildikdən sonra sanatoriya-kurort putyovkası (yollayışı) almaq hüququ olan və işləməyən şəxs 1 (bir) iş günü müddətində Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra – MEİS) “Sanatoriya-kurort” altsistemində növbəyə götürülür və bu barədə şəxsin, uşaqlara münasibətdə isə müşayiətçinin əlaqə vasitələrindən birinə 2 (iki) iş günü müddətində qısa məlumat göndərilir, eləcə də şəxsin Nazirliyin “e-sosial” internet portalındakı şəxsi kabinetində ətraflı məlumat əks olunur. İşləyən şəxslərə münasibətdə isə sanatoriya-kurort putyovkası (yollayışı) almağa dair məsələlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin 141-ci bəndinə uyğun təmin edilir.

9-1. Növbə çatdıqda sanatoriya-kurort müəssisəsi və sanatoriya-kurort putyovkasının (yollayışının) vaxtı barədə işləməyən şəxsin, uşaqlara münasibətdə isə müşayiətçinin əlaqə vasitələrindən birinə sanatoriya-kurort müəssisəsinə getmə vaxtından ən azı 7 (yeddi) iş günü əvvəl Agentliyin yerli qurumu və ya “DOST” mərkəzi tərəfindən məlumat göndərilir və həmin şəxslər ən azı 3 (üç) iş günü əvvəl sanatoriya-kurort putyovkası (yollayışı) ilə təmin olunurlar. Şəxs, uşaqlara münasibətdə isə müşayiətçi məlumatı aldıqdan sonra 3 (üç) iş günü müddətində sanatoriya-kurort müəssisəsinə gedib-getməyəcəyi barədə yazılı, şifahi və ya elektron formada Agentliyin yerli qurumunu və ya “DOST” mərkəzini məlumatlandırmalıdır.

9-2. Sanatoriya-kurort putyovkası (yollayışı) ilə təmin olunması təsdiq edildikdən sonra həmin təqvim ili ərzində 2 (iki) dəfədən çox olmayaraq sanatoriya-kurort müəssisəsinə getməyəcəyi barədə Agentliyin yerli qurumunu və ya müvafiq “DOST” mərkəzini bu Qaydaların 9-1-ci hissəsində nəzərdə tutulan müddətdə məlumatlandırmadıqda və (və ya) təklif olunan sanatoriya-kurort putyovkasından (yollayışından) imtina etdikdə şəxs növbədən çıxarılır və işləməyən şəxsin, uşaqlara münasibətdə isə müşayiətçinin əlaqə vasitələrindən birinə bu barədə məlumat göndərilir.

9-3. Bu Qaydaların 9-2-ci hissəsinə əsasən növbədən çıxarılmış şəxs növbədən çıxarıldığı gündən 5 (beş) iş günü sonra yenidən növbəyə götürülmək üçün Agentliyin yerli qurumuna və ya “DOST” mərkəzinə müraciət edə bilər.”;

2.6. 10-cu və 12-ci hissələr yeni redaksiyada verilsin və aşağıdakı məzmunda 13-cü hissə əlavə edilsin:

“10. Sanatoriya-kurort putyovkası (yollayışı) almaq hüququ olan şəxsin sanatoriya-kurort müəssisəsinə qəbul olunduğu və həmin müəssisədən buraxıldığı tarix, habelə aparılmış müalicələrin nəticələri barədə məlumatları və “Geri qayıtma” talonu sanatoriya-kurort müəssisəsi tərəfindən 30 (otuz) gün müddətində aidiyyəti quruma təhvil verilməlidir. Agentliyin yerli qurumuna və “DOST” mərkəzlərinə təhvil verilmiş məlumatlar və “Geri qayıtma” talonunun 3 (üç) iş günü müddətində MEİS-in “Sanatoriya-kurort” altsistemi vasitəsilə qeydiyyatı aparılır və onun putyovkanın (yollayışın) istifadəsini təsdiq edən sənəd kimi saxlanılması təmin edilir.”

12. Sanatoriya-kurort putyovkalarının (yollayışlarının) uçotunun aparılması, onlara dair hesabatların təqdim edilməsi, habelə mühasibat uçotu sənədlərinin saxlanması qanunvericiliklə müəyyən edilmiş qaydada təmin edilir.”.

“13. Bu Qaydaların tətbiqi zamanı yaranan mübahisələr inzibati və ya məhkəmə qaydasında həll edilir.”.

2.7. 11-ci hissəyə “putyovkası” sözündən sonra “(yollayışı)” sözü əlavə edilsin.

3. Həmin Qərarla təsdiq edilmiş “Hərbi qulluqçuların və onların ailə üzvlərinin (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ailələrindən başqa) sanatoriyalarda və istirahət evlərində sanatoriya-kurort müalicəsi, pansionatlarda və turist bazalarında istirahət üçün putyovkalarla (yollayışlarla) təmin olunması Qaydası” üzrə:

3.1. 2-ci, 4-7-ci hissələrə ismin müvafiq hallarında “putyovka” sözündən sonra ismin müvafiq hallarında “(yollayış)” sözü əlavə edilsin;

3.2. 3-cü hissəyə “həyata keçirilir” sözlərindən sonra “və putyovkalarla (yollayışlarla) sonuncu xidmət keçdikləri orqan tərəfindən təmin olunurlar” sözləri əlavə edilsin;

3.3. 8-ci hissə aşağıdakı redaksiyada verilsin:

“8. “Putyovkaların (yollayışların) uçotunun aparılması, onlara dair hesabatların təqdim edilməsi, habelə mühasibat uçotu sənədlərinin saxlanılması qanunvericiliklə müəyyən olunmuş qaydada təmin edilir.”.


Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri


Bakı şəhəri, “ 19 ” “ noyabr ” 2025-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Şuşada Ekoloji məsələlər üzrə İşçi qrupun iclası keçirilir  

12:16
05 Dekabr

Baş nazir Əli Əsədov Bakıda keçirilən TDT-yə üzv dövlətlərin əmək, məşğulluq və sosial müdafiə nazirlərinin birinci iclasının iştirakçıları ilə görüşüb  

12:15
05 Dekabr

“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” və “Mədəniyyət haqqında” qanunlarda dəyişiklik edilir  

12:14
05 Dekabr

Bakıda TDT-yə üzv ölkələrin əmək, məşğulluq və sosial müdafiə nazirlərinin birinci iclası keçirilir  

12:12
05 Dekabr

Türkiyədə mərc oyunlarına görə çoxlu sayda futbolçu və bir neçə klub rəhbəri saxlanılıb  

12:11
05 Dekabr

On bir ayda 87,3 mindən çox uşağın anadan olmasına görə proaktiv qaydada birdəfəlik müavinət ödənilib  

12:10
05 Dekabr

Heydər Əliyev Beynəlxalq Aeroportunda genişmiqyaslı təlim keçirilib  

12:08
05 Dekabr

Əziz Ələkbərov: Sülhün ilk addımı kimi Qərbi Azərbaycandakı mədəni irsin bərpasının gündəmə gətirilməsi vacibdir  

12:06
05 Dekabr

Cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb

12:04
05 Dekabr

Türkiyənin 33 vilayətində terrorizmdə şübhəli bilinən 230-dan çox şəxs saxlanılıb  

12:03
05 Dekabr

“ASAN xidmət”ə növbəti beynəlxalq etimad

11:53
05 Dekabr

Əhməd İsmayılov: Azərbaycan və Gürcüstan mediası arasında tarixən sıx bağlılıq olub  

11:42
05 Dekabr

Fövqəladə Hallar Nazirliyi yanğın təhlükəsizliyi ilə əlaqədar əhaliyə müraciət edib  

11:41
05 Dekabr

Beynəlxalq konfransda azərbaycanlıların qayıdış hüququnun hüquqi və mənəvi əsasları təhlil edilib  

11:40
05 Dekabr

Azərbaycan nefti cüzi ucuzlaşıb

11:39
05 Dekabr

Bakıda Azərbaycan-Gürcüstan Media Forumu keçirilir

11:07
05 Dekabr

Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterlidir - FAKTİKİ HAVA

11:01
05 Dekabr

Dünya bazarında qızıl 14 dollar bahalaşıb

10:47
05 Dekabr

AFFA prezidenti DÇ-2026-nın püşkatma mərasimində iştirak edəcək  

10:23
05 Dekabr

Gəncədə ahıllar tibbi müayinədən keçirilmişlər  

10:12
05 Dekabr

ADAU-da görkəmli alim Validə Tutayuqun 110 illiyi qeyd edilib  

10:11
05 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!