26 İyun 2025 09:30
2571
CƏMİYYƏT
A- A+
İdman infrastrukturu regionlarda da inkişaf edir

İdman infrastrukturu regionlarda da inkişaf edir


Prezidentin Qərb bölgəsinə səfəri Azərbaycanın III MDB Oyunlarına ən yüksək səviyyədə hazırlıq gördüyünü təsdiqlədi


Regionlarının inkişafı ölkədə həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Bölgələrin inkişafı sahəsində uğurla reallaşdırılan dövlət proqramları ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, sosial infrastrukturun keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, iş yerlərinin açılmasına, nəticədə əhalinin məşğulluğunun artırılmasına təkan verib.

Bölgələrin sosial-iqtisadi inkişafını xüsusi diqqət mərkəzində saxlayan və bu istiqamətdə kompleks tədbirlər həyata keçirən Prezident İlham Əliyevin verdiyi tapşırıqların icrasına mütəmadi olaraq şəxsən nəzarət etməsi bir daha təsdiq edir ki, regionların inkişafı dövlət başçısının fəaliyyətinin prioritetini təşkil edir.

Ümumiyyətlə, regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarında əksini tapmış vacib istiqamət insan amilinə xidmət etməklə yeni sosial-infrastruktur obyektlərinin - təhsil, mədəniyyət, səhiyyə, rabitə, aqrar və idman müəssisələrinin tikintisi, yeni yolların çəkilişi və əsaslı bərpasını nəzərdə tutur. Prezident İlham Əliyev hər il bu proqramların hansı formada icrası ilə yerində maraqlanır, regionlara səfər edərək görülən işlərlə maraqlanır. Həmçinin Prezident müxtəlif sosial-xidmət obyektlərinin, istehsal müəssisələrinin açılışında iştirak edir, ictimaiyyət qarşısında çıxış edir, əhalini maraqlandıran suallara aydınlıq gətirir.  

İyunun 23-24-də Yevlax, Göranboy, Mingəçevir şəhərlərinə səfər edən dövlət başçısı hər zaman olduğu kimi, yeni obyektlərin açılışlarını etdi, istifadəyə verilmiş müəssisələrlə tanış oldu. 

Ümumiyyətlə, regionların sosial-iqtisadi inkişafı dövlət proqramları bölgələrin  davamlı inkişafını təmin etmək, sosial rifahı yüksəltmək və iqtisadiyyatın qeyri-neft sektorunu gücləndirmək məqsədilə hazırlanmış strateji sənədlər idi. Sənədlərin əsas məqsədləri regionlarda dayanıqlı iqtisadi artımın təmin edilməsi, yeni iş yerlərinin yaradılması, infrastrukturun (yollar, su, qaz, enerji təchizatı və s.) yaxşılaşdırılması, kənd təsərrüfatı və sənaye potensialının artırılması, kiçik və orta sahibkarlığın inkişafı, sosial xidmətlərin əlçatanlığının və keyfiyyətinin artırılması, ekoloji vəziyyətin yaxşılaşdırılması olmuşdur. 

Məlumdur ki, bu ilin 28 sentyabr - 8 oktyabr tarixlərində Azərbaycan növbəti dəfə beynəlxalq idman yarışına evsahibliyi edəcək. MDB-nin "idman paytaxtı" elan edilən Gəncədə, eləcə də Mingəçevir, Qəbələ, Şəki, Göygöl, Yevlax, Xankəndi şəhərlərində III MDB Oyunları keçiriləcək. 12 meydançada 23 idman növü üzrə keçiriləcək yarışlarda 7 ölkədən təxminən 1700 idmançı iştirak edəcək. Bu, yalnız idman bayramı deyil, həm də regionların inkişafı, gənclərin yetişdirilməsi və idman diplomatiyasının güclənməsi baxımından strateji hadisə olacaq.

Prezidentin Qərb bölgəsinə səfəri çərçivəsində iyunun 23-də Yevlax Olimpiya İdman Kompleksində görülmüş işlərlə tanışlıq da bir daha təsdiq etdi ki, Azərbaycan III MDB Oyunlarına yüksək səviyyədə hazırlıq görür. Kompleksə gəlincə, tikintisinə 2024-cü ilin yanvarında başlanılan obyektin əsas binasında yerləşən universal idman zalı 1100 tamaşaçı tutumuna malikdir. Burada basketbol, voleybol, həndbol, minifutbol, badminton, gimnastika, cüdo, güləş, taekvondo, boks, karate və idmanın digər növləri üzrə məşqlərin və yarışların keçirilməsi nəzərdə tutulur. Kompleksdə 1300 tamaşaçı tutumuna malik tribunası olan, standartlara cavab verən futbol meydançası, həmçinin iki minifutbol meydançası yaradılacaq. Müstəqil Dövlətlər Birliyi ölkələrinin III Oyunları zamanı boks idman növü üzrə yarışlar da Yevlax Olimpiya İdman Kompleksində təşkil ediləcək.

Əlbəttə ki, Azərbaycanın bu sahədəki təcrübəsi bütün dünyaya bəllidir. Azərbaycan o ölkədir ki, Avropa Oyunlarının standartlarını müəyyənləşdirib. İslam Həmrəyliyi Oyunlarının ünvanı olub, "Formula-1" Azərbaycan Qran-Pri yarışlarına yüksək səviyyədə evsahibliyi edib. Yəni idman sahəsində yarışların keçirilməsində çox böyük təcrübəsi olan Azərbaycan ortaya nümunələr qoyur. 

Məhz bu fomatlı idman yarışlarını yüksək səviyyədə keçirməsi, idmançılarımızın beynəlxalq yarışlarda ölkəmizi uğurla təmsil etmələri, fəxri kürsüdə dayanaraq bayrağımızı başları üzərində dalğalandırmaları Azərbaycanı dünyada idman ölkəsi kimi tanıdıb. Bu uğurlar təkcə idmançıların şəxsi zəhməti ilə deyil, həm də dövlətin idmana göstərdiyi diqqət və qayğı nəticəsində mümkün olub. Müasir idman infrastrukturu, beynəlxalq yarışlarda qazanılan medallar və Azərbaycanda keçirilən nüfuzlu turnirlər bu fikri bir daha təsdiqləyir.

Əminliklə deyə bilərik ki, böyük təcrübəyə malik ölkə kimi Azərbaycan III MDB Oyunlarına da ən yüksək səviyyədə evsahibliyi edəcək, yurdumuza təşrif buyuracaq 

7 minə yaxın beynəlxalq idman içtimaiyyətinin nümayəndəsi Azərbaycanın təşkilatçılıq qabiliyyətinə heyran qalacaq, əhsən deyəcək. Dünya bir daha Azərbaycanın güclü idman potensialına malik olan bir ölkə olduğuna şahidlik edəcək.


Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Zamanın vicdanı olmaq Bəxtiyarlıqdır

08:20
15 Avqust

Prezident İlham Əliyevin müsahibəsində səsləndirdiyi fikirlər beynəlxalq medianın diqqət mərkəzindədir

08:15
15 Avqust

Dövlətin ziyalıya qayğısı dünənə, bu günə və sabaha verilən qiymətdir

08:10
15 Avqust

Xankəndinin Böyük qayıdış səhifəsi

08:05
15 Avqust

Cənubi Qafqazda davamlı sülh

08:00
15 Avqust

"Seleksiya nailiyyətləri haqqında", "Dövlət rüsumu haqqında", "Lisenziyalar və icazələr haqqında" və "Texniki tənzimləmə haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

00:51
15 Avqust

"Seleksiya nailiyyətləri haqqında", "Dövlət rüsumu haqqında", "Lisenziyalar və icazələr haqqında" və "Texniki tənzimləmə haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 456-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

00:49
15 Avqust

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında xarici ticarətin daha da liberallaşdırılması haqqında" 1997-ci il 24 iyun tarixli 609 nömrəli və "Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə" 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında

00:47
15 Avqust

"Büdcə sistemi haqqında", "Sığorta fəaliyyəti haqqında" və "Hesablama Palatası haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

00:45
15 Avqust

"Büdcə sistemi haqqında", "Sığorta fəaliyyəti haqqında" və "Hesablama Palatası haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 10 iyul tarixli 440-VIIQD nömrəli Qanununun tətbiqi və "Hesablama Palatası haqqında" Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1199-VQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5 sentyabr tarixli 259 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

00:43
15 Avqust

"Dövlət auditi" informasiya sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında 

00:41
15 Avqust

"Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Belarus Respublikasının Milli Statistika Komitəsi arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nun təsdiq edilməsi barədə

00:39
15 Avqust

"Dövlət auditi" informasiya sistemi haqqında Əsasnamə

00:37
15 Avqust

Quba rayonunda zəlzələ baş verib

21:24
14 Avqust

Azərbaycan ilə Gürcüstan arasında müdafiə sahəsində əməkdaşlıq müzakirə olunub

21:22
14 Avqust

Qaradağda palçıq vulkanlarının mühafizəsi və təbliğinə həsr olunmuş tədbir keçirilib

21:15
14 Avqust

İğdırda Ermənistanın köhnəlmiş AES-i ilə bağlı məsələyə diqqət çəkdiyinə görə Prezident İlham Əliyevə təşəkkür edirlər

18:47
14 Avqust

“Qarabağ” - “Tvente” oyunu norveçli hakimlərə tapşırılıb

18:05
14 Avqust

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

18:00
14 Avqust

Xırdalan-Sumqayıt xətti üzrə sərnişin qatarlarının hərəkəti bərpa olunur

17:55
14 Avqust

Yeddi ayda 207 mindən çox mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb

17:50
14 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!