26 Mart 2025 14:57
949
SİYASƏT
A- A+
İcma: ABŞ-ın Dini Azadlıq Komissiyası adlı dövlət qurumunun hesabatı Azərbaycana qarşı qeyri-obyektiv və əsassız iddialarla doludur

İcma: ABŞ-ın Dini Azadlıq Komissiyası adlı dövlət qurumunun hesabatı Azərbaycana qarşı qeyri-obyektiv və əsassız iddialarla doludur


“Amerika Birləşmiş Ştatlarının Dini Azadlıq Komissiyası adlı dövlət qurumu bu günlərdə dünyada dini azadlıqların vəziyyətinə dair növbəti illik hesabatı dərc edib. Artıq bir neçə ildir Azərbaycana qərəzini açıq şəkildə nümayiş etdirən Komissiyanın builki hesabatı da Azərbaycana qarşı qeyri-obyektiv və əsassız iddialarla doludur. Əvvəlki illərdə olduğu kimi, bu il də hesabatın müəllifləri öz iddialarını “Ümumerməni Xeyriyyə İttifaqı”, “Araqats Fondu” kimi ekstremist təşkilatlar tərəfindən maliyyələşdirilən radikal erməni millətçilərinin (L.Xaçaturyan, H.Qulyan, S.Bokçeriyan) hazırladığı uydurma məruzələrlə və bədnam, anti-Azərbaycan fəaliyyəti ilə seçilən və radikal erməni diasporu üzvlərinin əlində alət olan “Freedom House” təşkilatının sənədləri ilə əsaslandırır”.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda yer alıb.

Bəyanatda vurğulanıb ki, ABŞ Konqresi tərəfindən təsis edilmiş bu komissiyanın qərəzini sübut edən digər mühüm məqam bu qurumun dünyada dini azadlığın əsas qənimi olan Ermənistanı ümumiyyətlə izləməməsidir. Komissiyanın təbirincə, Ermənistan öz ərazisindən və vaxtilə işğal etdiyi Azərbaycan ərazilərindən bir milyondan çox azərbaycanlının başqa dini etiqada mənsub olduqları üçün total etnik təmizləməyə məruz qoymaqla, orada 300-dən artıq məscidi və yüzlərlə qəbiristanlığı dağıtmaqla dini azadlığı tam “təmin edib”.

Sənəddə daha sonra deyilir: “Mədəni və dini irsin vəziyyəti ilə bağlı Azərbaycana hansısa beynəlxalq müşahidəçilər göndərilməsi tələbini irəli sürən Komissiyaya xatırlatmaq istərdik ki, belə bir missiyanın Azərbaycana deyil, Ermənistana göndərilməsi zəruridir. Komissiya Ermənistan hökumətinin bu ölkədəki Azərbaycan mədəni və dini irsi ilə bağlı UNESCO missiyasının Ermənistana göndərilməsinə imkan verməməsi məsələsi ilə məşğul olması daha düz olardı.

Hesabatda “dağlıq qarabağ” kimi ifadələrdən işlədilməklə Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmətsizlik nümayiş etdirilib.

Biz Komissiyanın irqçi, regionda sülh və barışığa mane olan bu addımlarını qınayır və ABŞ tərəfini qurumun nümayiş etdirdiyi qeyri-obyektiv və ikili standartlara əsaslanan fəaliyyəti barədə ölçü götürməyə çağırırıq”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sudan Respublikasının Suveren Keçid Şurasının Sədri Abdel Fattah Al-Burhan Abdelrahman Al-Burhandan  

11:07
11 Mart

BMT-nin hesabatı: Süni intellekt uşaqlara qarşı kiberhücumları daha da artırır

10:49
11 Mart

Dünya birjalarında neft bahalaşıb 

10:41
11 Mart

Dünya bazarında qızıl və gümüş ucuzlaşıb

10:38
11 Mart

Azərbaycan nefti 12 faizdən çox ucuzlaşıb

10:31
11 Mart

Zabuxda torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün müraciətlər martın 16-dək davam edəcək  

10:26
11 Mart

Gəncədə “qara bazar”da qiyməti 1 milyon 600 min manat olan 27 kq heroin aşkarlanıb

10:17
11 Mart

ABŞ-Azərbaycan Ticarət Palatası 30 yaşını qeyd edir-YENİLƏNİB

10:11
11 Mart

Qırmızı Bazar qəsəbəsinə köçən sakin: İşğaldan azad edilmiş ərazilərdə işləyirəm 

10:08
11 Mart

Xocavənd və Xocalı rayonlarına növbəti köç karvanları yola salınıb

10:02
11 Mart

Ərdoğan Zelenskiyə: İran ətrafındakı vəziyyət Ukrayna üzrə sülh səylərinə mane olmamalıdır

10:01
11 Mart

Nazir müavini: 200-dən çox ABŞ şirkəti Azərbaycanda uğurla fəaliyyət göstərir

09:52
11 Mart

Timor-Leste Prezidenti Azərbaycana səfərə gəlib

09:51
11 Mart

UEFA Çempionlar Liqası: “Bavariya” səfərdə böyükhesablı qələbə qazanıb

09:50
11 Mart

Rövşən Nəcəf: SOCAR ABŞ-dəki layihələrə çıxış və pay əldə etməkdə çox maraqlıdır

09:50
11 Mart

Avropada insan alveri qurbanlarının sayı artır

09:25
11 Mart

Yaz allergiyası

09:20
11 Mart

Ədəbiyyatımızda Novruzun tərənnümü

09:15
11 Mart

Yel çərşənbəsi - təbiətin görünməz ruhu

09:10
11 Mart

Tovuzlu əkinçilərin çörəyi "ikinci çörək"dən çıxır

09:05
11 Mart

Pambıqçıların işi qurtaran deyil

09:00
11 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!