31 Oktyabr 2026 08:30
741
Mədəniyyət
A- A+
Heydər Əliyev prospekti - paytaxtın müasir memarlıq azmanlarının ünvanı

Heydər Əliyev prospekti - paytaxtın müasir memarlıq azmanlarının ünvanı


Paytaxt Bakı həm Şərq və Qərb memarlığının unikal vəhdətini özündə birləşdirən, hər daşında bir tarix yaşadan, həm də sürətlə modernləşən şəhərdir. Bu modernləşmənin, dövlətçilik qüdrətinin və iqtisadi intibahın ən parlaq, ən gözəl görünüşü isə şübhəsiz ki, Heydər Əliyev prospektidir. 

Hava limanından şəhərin mərkəzinə doğru uzanan bu nəhəng prospekt yalnız nəqliyyat arteriyası deyil, həm də ölkənin müasir şəhərsalma konsepsiyasının və memarlıq ambisiyalarının əsas məkanıdır. Dövlət başçısının sərəncamı ilə ölkəmizdə 2026-cı ilin "Şəhərsalma və Memarlıq İli" elan edilməsi paytaxtın vizual simasına, xüsusilə də bu prospektdə ucalan göydələn komplekslərinə diqqəti yenidən cəlb etdi. Bu kontekstdə Heydər Əliyev prospekti Azərbaycanın "yaşıl və ağıllı şəhər" hədəflərini reallığa çevirən böyük bir memarlıq platforması kimi çıxış edir. Prospekt həm də hava limanından gələndə paytaxtın giriş qapısı sayılır. Bir sıra dövlət qurumlarının, nazirliklərin, böyük şirkətlərin inzibati binaları, həmçinin təkrarsız memarlıq abidəsi olan Heydər Əliyev Mərkəzi bu prospektdə yerləşir.

2004-cü il aprelin 14-də sərəncamla prospektə Ulu Öndər Heydər Əliyevin adı verilmişdir. 2007-ci ildən bəri prospekt dəfələrlə genişləndirilmiş, bir çox qəzalı yaşayış binaları sökülmüş, işləməyən sənaye obyektləri ləğv edilmişdir. Prospektin eni əvvəllər 32, sonra 45, bəzi yerlərdə isə 55 metrə qədər (10 zolaq) genişləndirilmişdir. Prospekt boyunca bir neçə yerdə yaşıllıqlar salınmışdır. Prospektin "Koroğlu" metrostansiyası yaxınlığındakı istirahət parkında quraşdırılan və 30 dekabr 2011-ci ildə istifadəyə verilən Musiqili alov fəvvarəsi prospektə bir ayrı görkəm verir. 

El arasında "Bağırov" adı ilə tanınan körpü Heydər Əliyev prospektində yerləşir. 1950-ci illərin əvvəlində tikilmiş körpünün Mircəfər Bağırovun avtomobillə aeroporta gedərkən uzun müddət yoldan keçən qatarı gözləyərək əsəbləşməsindən sonra onun göstərişi ilə tikildiyi ehtimal olunur.

2010-cu illərdə bu geniş magistralda Bakının simvollarından birinə çevrilən Heydər Əliyev Mərkəzi kimi böyük ictimai bina, həmçinin şəhərin ən hündür tikililərindən olan SOCAR Tower, Azersu Office Tower, Atletlər kəndi, Milli Gimnastika Arenası və başqa binalar ucaldılıb. Prospekt boyunca hərəkət etdikdə, sanki gələcəyin şəhərinə səyahət edirsən. Burada yerləşən hər bir inzibati bina sadəcə iş mərkəzi deyil, həm də mühəndislik möcüzəsi və konseptual sənət əsəridir.

Heydər Əliyev Mərkəzi 2007-ci ildə tikilmiş, 2012-ci ildə açılışı olmuş, Zaha Hadid tərəfindən inşa edilmiş neo-futuristik mədəniyyət mərkəzidir. London Dizayn Muzeyinin "İlin dizaynı" mükafatına layiq görülmüşdür. 2005-ci ildə açılan "Excelsior" Azərbaycanın ilk beşulduzlu hotelidir. Azərbaycan Dövlət Rəssamlıq Akademiyası isə  2000-ci ildə yaradılmışdır. Azərbaycanda ilk incəsənət ali təhsil müəssisəsidir. Stalin arxitekturasına aid yeddimərtəbəli yaşayış binasının ("Saat qülləsi") memarı E.İsmayılovdur. 

SOCAR Tower - Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) baş ofisi kimi fəaliyyət göstərən, Bakının ən müasir və əzəmətli memarlıq nümunələrindən biridir. Təməli 2010-cu ilin oktyabr ayında qoyulub, 2016-cı ildə istifadəyə verilib. 40 yerüstü və 2 yeraltı mərtəbədən ibarətdir. Ümumi sahəsi 100 min m2-dən çoxdur. 2200-dən çox işçinin çalışdığı bina Cənubi Koreyanın "Heerim Architects & Planners Co. Ltd" şirkəti tərəfindən "Külək-alov" konsepsiyası əsasında dizayn edilib. Layihənin baş podratçısı Türkiyənin "TEKFEN İnşaat" şirkəti olub. Konstruksiya 9 bal gücündə zəlzələyə və saatda 190 kilometr sürətə malik küləklərə davamlı şəkildə inşa edilib. Binanın memarlıq və mühəndislik həlləri müxtəlif beynəlxalq qurumlar, o cümlədən Amerika Mühəndislik Şirkətləri Şurası tərəfindən nüfuzlu mükafatlara layiq görülüb.

Azersu Tower: Su ehtiyatlarının idarə olunmasını simvolizə edən, nəhəng su damcısı formasındakı bu bina futuristik dizaynı ilə şəhərsalma mühitində tamamilə fərqli bir memarlıq cizgisi yaradır.

SOFAZ Tower - Dövlət Neft Fondunun baş ofisi müasir texnologiyalarla milli ornamentlərin və daxili interyerdə Azərbaycan xalçaçılıq məktəbinin elementlərini birləşdirən "yaşıl bina" (Green Building) standartlarına uyğun inşa edilmişdir. Prezident İlham Əliyev onun bünövrəsinin qoyulması mərasimində iştirak etmişdir. 20 dekabr 2011-ci ildə N.V.Besix S. A. şirkət-inşaatçısı ilə tikintiyə dair ikitərəfli müqavilə imzalanmışdır. Bundan sonra SOFAZ Tower binasının tikintisinin aktiv mərhələsinə start verilmişdir. Binanın tikinti və dizayn işləri 5 il ərzində yekunlaşmışdır. 

Baku Tower - prospektin ən hündür nöqtələrindən birini fəth edən, təxminən 249 metr hündürlüyə malik bu nəhəng konstruksiya şəhərin istənilən yerindən görünən müasir kompozisiyadır. Baku Tower eləcə də Qafqazın ən hündür göydələnlərindən (binalarından) biridir. 52 mərtəbəli biznes mərkəzi 9 bal gücündə zəlzələlərə davamlıdır. Konstruksiyada ABŞ-nin "CoreBrace" şirkətinin istehsalı olan xüsusi BRB (Buckling Restrained Brace) sərtləşdirici və zəlzələyə/küləyə qarşı qoruma sistemləri tətbiq olunub. Təxminən 69 800 kvadratmetr qapalı sahəyə malikdir.

2026-cı il "Şəhərsalma və Memarlıq İli" kontekstindən baxdıqda, Heydər Əliyev prospektindəki bu qlobal memarlıq ansamblı Bakının yalnız regional deyil, həm də beynəlxalq miqyasda aparıcı meqapolisə çevrilmək hədəflərini tam əks etdirir. Estetik görünüş, funksionallıq və ekoloji davamlılığın bu cür sintezi Azərbaycan memarlığının sabahından xəbər verir.

* * *

Son onilliklər respublikamızda həyata keçirilən genişmiqyaslı şəhərsalma və memarlıq layihələri Prezident İlham Əliyevin liderliyi ilə tarixinin ən qüdrətli mərhələsini yaşayan ölkəmizin əsas göstəricilərindən birinə çevrilib. Paytaxt Bakının və digər iri şəhərlərimizin müasir urbanistik məkana transformasiyası, regionlarda infrastrukturun müasirləşdirilməsi, işğaldan azad olunmuş ərazilərimizdə "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyalarının tətbiqi bu siyasətin mühüm istiqamətlərindəndir.

Şəhərlər canlı orqanizmdir, onların da ruhu, yaddaşı və siması var. Qloballaşmanın şəhərləri yeknəsəkləşdirdiyi, tarixi kimliyi sıradan çıxardığı müasir dövrdə milli memarlıq ənənələrini qoruyaraq mütərəqqi dünya standartlarını tətbiq etmək hər bir dövlətin ən çətin və strateji sınaqlarından biridir. Azərbaycanda bu sınağın uğurlu formulu şəhərsalma fəaliyyətində də öz dolğun ifadəsini tapır.

Müasir dövrdə şəhərlər dövlətlərin inkişaf səviyyəsini, idarəetmə mədəniyyətini və gələcəyə baxışını əks etdirən əsas göstəricilərdən birinə çevrilib. Azərbaycanda həyata keçirilən layihələr göstərir ki, ölkəmizdə şəhərsalma siyasəti sistemli və uzunmüddətli strateji baxış əsasında həyata keçirilir.


İradə ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub  

22:47
31 Oktyabr

Rusiya FTX Moskvada terror aktı hazırlığı barədə məlumat alıb

22:44
31 Oktyabr

Türkiyə və Ukrayna prezidentləri regionun təhlükəsizliyinin əhəmiyyətini vurğulayıblar  

22:43
31 Oktyabr

Zelenski: Ərdoğanla görüşdə Qara dənizdə təhlükəsiz naviqasiya və “Taxıl Dəhlizi” müzakirə olunub  

21:09
31 Oktyabr

Azərbaycan Premyer Liqası: "Qəbələ" – "Qarabağ" görüşü qolsuz heç-heçə ilə yekunlaşıb  

20:07
31 Oktyabr

“Berliner Zeitung”: Azərbaycanın dini tolerantlıq modeli İslam dünyası üçün ümid işığıdır  

19:57
31 Oktyabr

İran müharibə ehtimalını istisna etmir

18:57
31 Oktyabr

Ukrayna Prezidenti İstanbulda səfərdədir

18:32
31 Oktyabr

Ukrayna Rostov vilayətində raket yanacağı istehsal edən müəssisəni vurub  

18:01
31 Oktyabr

Azərbaycan Feridun Sinirlioğlunun BMT Baş katibliyinə namizədliyini alqışlayır

17:03
31 Oktyabr

Milli kimliyimizin və mənəvi bütövlüyümüzün təcəssümü

16:59
31 Oktyabr

Yeganə Abbasova: Bu günə qədər 85 meyit donordan orqan köçürülüb

16:41
31 Oktyabr

Azərbaycanda “Apple” istifadəçilərinin hesabları kütləvi şəkildə ələ keçirilir

16:40
31 Oktyabr

Fransada ötən il 927 evsiz insan həyatını itirib, onlardan 20-si uşaqdır

16:39
31 Oktyabr

Zelenski Kiyevdə və Dneprdə enerji böhranından danışıb

15:25
31 Oktyabr

İnfantino: Bakıda keçirilən U-15 dünya çempionatı və festivalı FIFA-nın son 120 ildə həyata keçirdiyi ən uğurlu layihədir

15:24
31 Oktyabr

Yaxın vaxtlarda Moskva-Bakı marşrutu üzrə kruiz gəmisinin istifadəyə verilməsi planlaşdırılır

15:23
31 Oktyabr

Hazırda Azərbaycanda 1500-dən çox xəstə orqan gözləyir

15:16
31 Oktyabr

Kiyevdə əhaliyə ağır elektrik kəsintiləri qrafiki tətbiq edilir

15:14
31 Oktyabr

Əhliman Əmiraslanov: Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur

14:35
31 Oktyabr

Noyabrın 1-də gözlənilən hava şəraiti açıqlanıb

14:33
31 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!