18 İyul 2025 13:37
565
CƏMİYYƏT
A- A+
Hesablama Palatasının sədri: Regional və beynəlxalq əməkdaşlıq istiqamətində səylərimizi davam etdirəcəyik

Hesablama Palatasının sədri: Regional və beynəlxalq əməkdaşlıq istiqamətində səylərimizi davam etdirəcəyik

Ali Audit Orqanları Asiya Təşkilatının (ASOSAI) və Ali Audit Orqanları Ərəb Təşkilatının (ARABOSAI) eyni platformada qarşılıqlı əməkdaşlıq ruhunda bir araya gəlməsi regional əməkdaşlığın gücləndirilməsi, o cümlədən ali audit orqanları arasında təcrübə mübadiləsinin genişləndirilməsi baxımından olduqca əhəmiyyətlidir.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədov ASOSAI və ARABOSAI-nın Bakıda keçirilən birgə toplantısındakı çıxışı zamanı deyib.

O bildirib ki, toplantının gündəliyində yer alan əsas mövzular – “Süni intellekt texnologiyalarının inkişafı və rəqəmsal keçid”, eləcə də, “İqlim dəyişikliyinə qarşı mübarizə” zamanın tələblərinə cavab verən aktual və strateji əhəmiyyət daşıyan məsələlərdir: “Həmin sahələrdə effektiv nəticə əldə etmək üçün ilk növbədə maliyyə intizamının gücləndirilməsi və rəqəmsal texnologiyalardan istifadənin genişləndirilməsi zəruridir. Bu kontekstdə ali audit orqanlarının rolu getdikcə artır. Məhz bu cür toplantılar üzv ölkələrin həmin çağırışlara qarşı ortaq mövqe formalaşdırmasına və qabaqcıl yanaşmaların bölüşülməsinə şərait yaradır”.

Vüqar Gülməmmədov diqqətə çatdırıb ki, rəqəmsal transformasiya və süni intellekt texnologiyalarının inkişafı yalnız özəl sektor üçün deyil, dövlət idarəçiliyi və ictimai xidmətlər sahəsində də ciddi dəyişikliklərə yol açmaqdadır. “Süni intellektin audit proseslərinə inteqrasiyası istər böyük verilənlərin təhlili, istərsə də qabaqlayıcı nəzarət sistemlərinin qurulması baxımından auditin effektivliyini xeyli artıracaq. Eyni dərəcədə vacib olan ikinci mövzu - iqlim dəyişiklikləri və onunla bağlı risklər artıq təkcə ekoloji deyil, sosial və iqtisadi sabitliyə təsir göstərən qlobal çağırış kimi qəbul olunur. Bu risklərə qarşı həyata keçirilən tədbirlərin maliyyələşdirilməsi ciddi resurs tələb edir. Həmin vəsaitlərin məqsədyönlü, şəffaf və nəticəyönümlü istifadəsi üçün isə ali audit orqanlarının nəzarət funksiyaları həlledici əhəmiyyət kəsb edir”, - deyə o vurğulayıb.

Hesablama Palatasının sədri qeyd edib ki, Azərbaycan bu sahədə də beynəlxalq təşəbbüslərə fəal dəstək verir. Ölkəmizin ötən il COP29-a ev sahibliyi etməsi həm milli, həm də qlobal səviyyədə ətraf mühitin qorunması və iqlim dəyişikliklərinə qarşı birgə mübarizə əzmimizin göstəricisidir: "Həmin reallıqlar fonunda regional və beynəlxalq əməkdaşlığın gücləndirilməsi, təcrübə mübadiləsinin sistemli şəkildə aparılması xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan bu gün burada ASOSAI və ARABOSAI arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi, birgə təşəbbüslərin irəli sürülməsi və strateji hədəflərin müəyyənləşdirilməsi üçün real addımlar atacağımıza inanıram. Əminəm ki, bu toplantı həm mövcud əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə, həm də yeni tərəfdaşlıqların formalaşmasına dəyərli töhfə verəcək. Hesablama Palatası olaraq, hər zaman regional və beynəlxalq əməkdaşlığa açıq olduğumuzu və həmin istiqamətdə səylərimizi davam etdirəcəyimizi bir daha bəyan edirik".

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

2025: göygöllülər üçün abadlıq, quruculuq və festivallar ili

09:35
13 Dekabr

Goranboylular Ulu Öndərə ehtiramlarını elliklə ifadə etdilər

09:30
13 Dekabr

"Sən elə bir zirvəsən!"

09:25
13 Dekabr

ABŞ-dən tarixi qərar

09:20
13 Dekabr

D-8: Regionla əməkdaşlıq üçün gənclərin işgüzar platforması

09:15
13 Dekabr

Dövlət siyasətinin təntənəsi

09:10
13 Dekabr

Azərbaycanın qlobal humanitar diplomatiyasının növbəti uğurları

09:05
13 Dekabr

Qərbi Avropa Cənubi Qafqazda nə itirib

09:00
13 Dekabr

Azərbaycan-Slovakiya əməkdaşlığı

08:55
13 Dekabr

Cənubi Qafqazda barış və etimad quruculuğu dövrü

08:50
13 Dekabr

Ulu Öndər xalqımızın qəlbində əbədi yaşayacaq

08:45
13 Dekabr

Milli maraqları qətiyyətlə təmin edən çoxvektorlu xarici siyasət kursu

08:40
13 Dekabr

Müasir Azərbaycan dövlətçiliyinin memarı

08:35
13 Dekabr

Xalqımıza misilsiz xidmət nümunəsi

08:30
13 Dekabr

Heydər Əliyev Fondu Ümummilli Liderin ideyalarını fəaliyyətində rəhbər tutur

08:25
13 Dekabr

Azərbaycan-Slovakiya münasibətləri yüksələn xətlə inkişaf edir

08:20
13 Dekabr

Gəncəlilər və samuxlular Ulu Öndərin anım gününü qeyd ediblər

08:15
13 Dekabr

Zəfər ordusunun təməl müəllifi

08:10
13 Dekabr

Müstəqil Azərbaycan Ulu Öndərin, azad Qarabağ isə İlham Əliyevin əsəridir

08:05
13 Dekabr

Milli-mənəvi dəyərlərə sadiqlik örnəyi

08:00
13 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:24
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!