14 Aprel 2026 08:35
448
SİYASƏT
A- A+
Hərbdən sülhə

Hərbdən sülhə


Yaxud ədaləti bərpa etməyin Azərbaycan nümunəsi


Bu gün dünya xəritəsinə baxanda hər tərəfdə münaqişələrin, müharibələrin getdiyini görürük. Böyük dövlətlərin illərlə bitirə bilmədiyi, çıxılmaz vəziyyətə düşdüyü müharibələr qlobal sabitliyi sarsıdır. Rusiya və Ukrayna arasında artıq dördüncü ilinə girən qanlı döyüşlər, infrastrukturun məhvi və iqtisadi böhran hələ də davam edir. 

Yaxın Şərqdə isə bir neçə saata bitəcəyi proqnozlaşdırılan gərginlik hələ də qeyri-müəyyənlik içərisindədir. Bir sözlə, heç kim qlobal sülhə nə zaman nail olunacağını, alovlanan müharibələrin necə bitəcəyini bilmir. Bütün bu qeyri-müəyyənliklərin fonunda Azərbaycanın 44 günlük Vətən müharibəsi və cəmi 23 saat çəkən antiterror tədbirləri dünya hərb tarixinə nadir nümunə kimi yazıldı. Prezident İlham Əliyevin bu ilin yanvarında Qarabağdan bəyan etdiyi kimi, son onilliklərdə dünyada bu cür tam, qəti və mütləq qələbə qazanan ikinci bir ölkə olmayıb: "Son 80 il ərzində Azərbaycan kimi tam və mütləq Qələbə qazanan ikinci ölkə olmayıb. Müharibələr olub, münaqişələr olub, bu gün də davam edir. Amma heç biri tam və mütləq Qələbə ilə nəticələnməyib. Ancaq biz böyük xalq olaraq buna nail olduq, özü də cəmi 44 gün ərzində. Ondan sonra da bir gün ərzində".

 

Ədalətin bərpası


Azərbaycanın mütləq qələbəsini təmin edən və onu digərlərindən fərqləndirən əsas faktorlardan biri sürət və dəqiqlik idi. Onilliklər boyu Cənubi Qafqazda həll olunmayan problem cəmi 44 günə yoluna qoyuldu. Bu gün dünyada beynəlxalq hüququn heçə sayılması, çox halda onun ayaqlar altına atılması təəssüfləndirici gerçəklikdir. 1993-cü ildə Beynəlxalq Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin onilliklər boyu kağız parçasından fərqli olmaması da buna nümunədir. Müstəqilliyini yenicə qazandığı, bütün sahələrdə böhran yaşadığı bir dövrdə respublikamız işğal faktı ilə üz-üzə qaldı, on minlərlə şəhid verdi, bir milyondan çox qaçqın və məcburi köçkün axınına məruz qaldı. Həmçinin beynəlxalq ədalətsizliklə üzləşdi. ABŞ-də ədalətsiz 907-ci düzəlişin qəbulu, ATƏT-in Minsk qrupunun yarıtmaz fəaliyyəti, ölkəmizə işğalla barışması üçün edilən təzyiqlər də elə bunların tərkib hissəsi idi. Ancaq 2003-cü ildən etibarən Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanın hərtərəfli inkişafına hesablanmış strategiya həyata keçirdi. Bu milli strategiya həm ölkəmizin bugünkü qalibiyyətlərini təmin etdi, həm də xarici düşmənlərimizə layiqli dərslərini verdi. 

Bəli, Azərbaycanın kimsənin torpağında gözü yox idi, sadəcə, özünə məxsus olanı, beynəlxalq hüququn da tanıdığı ərazilərini geri aldı.

Çıxışlarının birində Prezident İlham Əliyev bu məqama belə toxunub: "Əgər sülh yolu ilə həll üçün bütün ümid itir, ancaq həqiqət və ədalət, beynəlxalq hüquq sizin tərəfinizdədirsə, sülhə nail olmaq üçün gücdən istifadə etmək zəruridir. Məhz belə də oldu. Biz əvvəlcə güc tətbiq etməklə, daha sonra isə siyasi yollarla Ermənistanla sülhə nail olduq. Bu da müasir tarixdə, - müasir dedikdə son onillikləri nəzərdə tuturam, - nadir bir təcrübədir - ölkə özü güc tətbiq edərək suverenliyini və ərazi bütövlüyünü bərpa etdi".


Etibarlı sülh


Qarabağ zəfəri rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı, Prezident İlham Əliyevin bütün xarici təzyiqlərə rəğmən prinsipial mövqeyindən bir addım belə geri çəkilməməsi sayəsində qazanıldı. Dövlətimizin rəhbəri beynəlxalq ədalətsizliklərə qarşı milli maraqlarımızı qətiyyətlə qorudu.

Azərbaycanın qələbəsi Cənubi Qafqazda onilliklərdir davam edən münaqişəyə son qoydu. 8 avqust Vaşinqton sammiti və sülh prosesi istiqamətində atılan addımlar, həmçinin Zəngəzur dəhlizi (TRIPP) kimi təşəbbüslər bölgədə yeni reallıqlar formalaşdırır.

Bütün bunlarla Azərbaycan müharibədən sonra məğlub tərəfə nifrət yox, sülh müqaviləsi təklif edən nadir ölkə kimi tarixə düşdü. Ölkəmizin bu sülhməramlı liderliyi beynəlxalq aləmdə də yüksək qiymətləndirilir. Əbu-Dabidə Prezident İlham Əliyevin "Zayed İnsan Qardaşlığı Mükafatı" ilə təltif edilməsi də bunun əyani sübutudur. Həmin mükafat regionda onilliklər boyu davam edən münaqişəyə və humanitar əzablara son qoyan "Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş"in paraflanmasına görə verilib. Mükafatlandırma mərasimində Prezident İlham Əliyev çıxışı zamanı qeyd etdi ki, Azərbaycanın nümunəsi hələ də müharibə vəziyyətində olanlar üçün bir yol xəritəsi olmalıdır: "...Hesab edirəm ki, bizim nümunəmiz öyrənilməli və hələ də müharibə vəziyyətində olanlar üçün yol xəritəsi kimi istifadə edilməlidir. Bizim nümunəmiz göstərir ki, uzunmüddətli münaqişəyə, əzablara və qarşılıqlı etimadsızlığa baxmayaraq, sülh mümkündür".

İndi ən əsas məsələ Ermənistanla bu qələbəni hüquqi sənədə çevirməkdir. İrəvanın ev tapşırığı da bəllidir. Ermənistan öz konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarını ləğv etməlidir. Bu baş verən kimi regionda yeni və firavan dövr başlayacaq.

Bu gün dünyanın nəqliyyat və logistika mərkəzi kimi tanınan Azərbaycan eyni zamanda  sabitlik adası kimi ön plana çıxır. 

Müstəqil və balanslaşdırılmış siyasəti ilə kənar güclərin planlarını alt-üst edən ölkəmiz uzaqgörən qərarlarla xarici risklərdən qorunur. Azərbaycandan təbii qaz alan ölkələrin sayının artması etibarlı tərəfdaşlığın bariz göstəricisidir. 

Bu gün Ukraynaya, İrana, ümumiyyətlə, ehtiyacı olan dost və qonşu ölkələrə göndərilən yardımlar dövlətimizin humanitar siyasətini ortaya qoyur. 

Göründüyü kimi, Azərbaycanın təcrübəsi bütün dünyaya göstərdi ki, düzgün yürüdülən siyasət sayəsində həm ədaləti təmin edərək müharibəyə son qoymaq, həm də sülhü başlatmaq olar. 


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

WUF13-də media şəhər dayanıqlılığı və mənzil siyasətində əsas ictimai kommunikasiya vasitəsi kimi dəyərləndirilib  

16:53
20 May

Avropa Sosial Xidmətlər Konfransında ölkəmizdə aparılan sosial islahatlar diqqətə çatdırılıb

16:41
20 May

Perunun İctimai Siyasət və Diplomatiya İnstitutunun direktoru: Media təşviq etmək və stimullaşdırmaq üçün vacib aktordur  

16:30
20 May

Kənd təsərrüfati nazirinin müavini Kürdəmirdə vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

16:28
20 May

Baş prokuror Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib  

16:26
20 May

Panel müzakirə: “Mədəni irsin və inklüziv şəhər regenerasiyasının yenidən düşünülməsi”-YENİLƏNİB  

16:23
20 May

BMT qlobal iqtisadi artım proqnozunu aşağı saldı

16:21
20 May

Şirvanda “Dövlət qulluqçularının etik davranış qaydaları”ndan söz açılıb  

16:19
20 May

WUF13 çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi yüksəksəviyyəli dialoqda iştirak edib

16:15
20 May

Respublika üzrə may ayının pensiya ödənişləri yekunlaşdırılıb

16:13
20 May

Dünyada 1,1 milyarddan çox insan qeyri-formal yaşayış məskənlərində yaşayır

16:05
20 May

WUF13-ün milli koordinatoru: "Bakı Şəhərsalma mükafatı” həll yollarının miqyasının genişləndirilməsinə xidmət edəcək   

16:04
20 May

Masallıda turizm mövsümünün açılışı ilə əlaqədar görüş keçirilib  

16:03
20 May

Pakistanlı nazir: İqlim böhranının yaratdığı kütləvi miqrasiya ciddi sosial problemlərə səbəb olur

16:01
20 May

Magistraturaya qəbul imtahan nəticələri açıqlanıb

16:01
20 May

Azərbaycan Prezidenti müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı Sərəncam imzalayıb  

15:56
20 May

Rusiya-Azərbaycan sərhədində ticarət dövriyyəsi 14 faiz artıb

15:55
20 May

Britaniyalı memar: “Bakı Şəhərsalma Mükafatı”nın münsiflər heyətinə dəvət olunmaqdan şərəf duyuram  

15:46
20 May

Tom de Qruv: Açıq və müqayisə edilə bilən məlumatlar fəlakət risklərinin idarə olunmasında əsas rol oynayır  

15:42
20 May

Platforma direktoru: Məqsədimiz yeni binalarda karbon emissiyasını azaltmaqdır

15:37
20 May

Bakı-Tbilisi-Bakı qatarları ilə gedişhaqqı açıqlanıb

15:33
20 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!