14 Aprel 2026 08:55
177
İQTİSADİYYAT
A- A+
Naxçıvanda həyata keçirilən strateji enerji siyasəti

Naxçıvanda həyata keçirilən strateji enerji siyasəti


Üstünlük "yaşıl enerji"yə verilir


Naxçıvan Muxtar Respublikası enerji təminatı baxımından Azərbaycan üçün xüsusi əhəmiyyətə malikdir. Sərhəd bölgəsi, üstəlik də məhdud təbii resurslara malik olması regionun enerji təhlükəsizliyini strateji bir məsələ kimi ön plana çıxarır. Muxtar respublikanın enerji strukturu yerli istehsal imkanlarına və idxal vasitələrinə əsaslanır. Bu sistem regionun iqtisadi inkişafı, sənaye fəaliyyəti və əhalinin həyat səviyyəsi üçün böyük əhəmiyyət daşıyır. Beləliklə, Naxçıvanda enerji sistemi yalnız texniki infrastruktur deyil, həm də sosial-iqtisadi davamlılığın əsas dayaqlarından biridir.

Azərbaycanın əsas enerji mərkəzlərindən uzaqda yerləşən və uzun illər məhdud enerji imkanları ilə yaşayan Naxçıvan üçün enerji təhlükəsizliyinin təmin edilməsi hər zaman əsas vəzifə olub. Bu səbəbdən muxtar respublikanın dayanıqlı və etibarlı elektrik enerjisi ilə təminatı dövlət səviyyəsində strateji prioritet kimi müəyyən edilib. Keçmişdə Naxçıvanın enerji təminatı regional bazarlardan asılı idi və elektrik enerjisi əsasən mövcud yerli potensiala əsaslanırdı. Region elektrik enerjisi çatışmazlığı ilə üzləşsə də, məhdud istehsal imkanları tələbatı qismən ödəyə bilirdi. 

Müstəqilliyin ilk illərində Naxçıvan  əhalisi iqtisadi, nəqliyyat  və enerji blokadası şəraitində yaşamağa məcbur olmuşdu.  Regionun dayanıqlı inkişafı və enerji təminatı ciddi sınaqlarla üz-üzə dayanmışdı. 1990-cı illərin əvvəllərində Ermənistan tərəfindən Cənubi Qafqazın vahid enerji sisteminə çıxış xətlərinin kəsilməsi nəticəsində muxtar respublikada müəyyən bir dövr ərzində enerji böhranı yaranmışdı. Bu vəziyyət regionun iqtisadi inkişafına ciddi təsir göstərmiş, elektrik enerjisinin məhdud təminatı gündəlik həyat və sənaye fəaliyyətini çətinləşdirmişdi.

Tarixi çətinliklər göstərdi ki, Naxçıvanın enerji sektorunda köklü islahatlar və müasir infrastrukturun yaradılması qaçılmazdır. Hazırda  bu istiqamətdə  atılan addımlar  dövlət səviyyəsində həyata keçirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin bütün regionlarında olduğu kimi, Naxçıvanda da elektroenergetika sahəsində əhəmiyyətli islahatlar və genişmiqyaslı infrastruktur layihələri həyata keçirilir. Bu təşəbbüslər muxtar respublikanın enerji təhlükəsizliyini təmin etməklə yanaşı, alternativ və bərpaolunan enerji potensialının səmərəli istifadəsini, həmçinin enerji sektorunun rəqəmsal idarəetmə sistemləri vasitəsilə modernləşdirilməsini hədəfləyir. Həyata keçirilən enerji siyasəti yalnız struktur və idarəetmə sahəsini müasirləşdirməkdən  ibarət deyil, eyni zamanda strateji planlaşdırma və ekoloji davamlılıq baxımından da yeni mərhələyə qədəm qoyub. Dövlət başçısının 5 iyun 2023-cü il tarixli fərmanı ilə təsdiq olunmuş "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı" regionda elektrik enerjisi infrastrukturunun yenilənməsi və "yaşıl enerji" potensialının reallaşdırılması üçün hüquqi və iqtisadi əsaslar yaratmışdır. 

Məhz bu strateji hədəflərə uyğun olaraq,   hazırda "Azərenerji" ASC Naxçıvan Muxtar Respublikasında enerji infrastrukturunu köklü şəkildə yeniləyir və rəqəmsal, intellektual idarəetməyə əsaslanan müasir enerji sistemi qurur. Layihə çərçivəsində regionun enerji təminatında həlledici rol oynayan 110 kilovoltluq "Naxçıvan", 154 kilovoltluq "Babək" və "Çeşməbasar" yarımstansiyaları tamamilə yenidən inşa edilir və işlər artıq yekun mərhələyə yaxınlaşıb. Xüsusilə "Naxçıvan" yarımstansiyası regionda ilk qapalı tipli yarımstansiya kimi qurulur ki, bu da təhlükəsizlik və operativ idarəetməni əhəmiyyətli dərəcədə yüksəldəcək.  Bundan başqa, enerji sisteminin rəqəmsallaşdırılması istiqamətində mühüm addımlar atılır. "Azərenerji" ASC tərəfindən Regional Rəqəmsal İdarəetmə Mərkəzinin tikintisi davam etdirilir və planlaşdırılır ki, mövcud stansiya və yarımstansiyalar vahid SCADA şəbəkəsinə inteqrasiya olunsun. Bu yeniliklər enerji şəbəkəsinin məsafədən operativ və tam rəqəmsal idarə olunmasını təmin edəcək, fasilələrin qarşısını almağa və enerji paylanmasını daha səmərəli idarə etməyə imkan verəcək. Belə bir sistem sayəsində regionda enerji təchizatının etibarlılığı artacaq, qəza və texniki nasazlıqların aşkarlanaraq,  aradan qaldırılması sürətlənəcək. Həmçinin rəqəmsallaşdırma enerji istehsalının və paylanmasının optimallaşdırılmasına, eləcə də  "yaşıl enerji" mənbələrinin daha səmərəli istifadəsinə şərait yaradacaq.

Qeyd edək ki, ötürücü şəbəkə də mərhələli şəkildə yenilənir. Ötən əsrin 50-ci illərindən qalan 110 kilovoltluq hava xətləri müasir və etibarlı ötürmə xətləri ilə əvəz edilir. İlkin mərhələdə ümumi uzunluğu 69 kilometr olan "Culfa", "Ordubad-1" və "Ordubad-2" elektrik verilişi xətləri ikidövrəli sistemlə yenidən qurulub. Bundan əlavə, yaşayış ərazilərindən keçən bəzi hava xətlərinin 5,2 kilometrlik hissəsi müasir şəhər infrastrukturuna uyğun olaraq yeraltı kabel xətləri ilə əvəz olunur ki, bu da təhlükəsizliyi artırmaqla yanaşı, şəhər estetikasına uyğun enerjidə müasir yeniliklər  təqdim edir.

Regionun  ölkənin əsas enerji sistemi ilə birləşdirilməsi və Azərbaycan-Türkiyə-Avropa enerji dəhlizinin formalaşdırılması istiqamətində  görülən işlər də sürətlə davam etdirilir. Bu çərçivədə Cəbrayıldan başlayaraq  ikidövrəli və 1000 meqavat yükötürmə qabiliyyətinə malik 330 kilovoltluq yüksəkgərginlikli ötürmə xətti inşa olunur. Layihənin növbəti mərhələsində Zəngəzur dəhlizini (TRIPP) keçməklə 44 kilometrlik əlavə ötürmə xətti qurulacaq.  Bütün bu tədbirlər, yəni müasir yarımstansiyaların tikintisi, rəqəmsal idarəetmə sistemlərinin tətbiqi, ötürücü şəbəkənin yenilənməsi və beynəlxalq enerji dəhlizinə inteqrasiya sayəsində Naxçıvanın beynəlxalq enerji dəhlizində strateji mövqeyi daha da güclənəcək, regionun enerji təhlükəsizliyi  müasir səviyyəyə qaldırılacaq.

Naxçıvan getdikcə öz enerji tələbatını qarşılayan bir region olaraq,  həm də enerji ixrac edə biləcək istehsalçıya çevrilir. Muxtar respublikanın  İğdır üzərindən Türkiyə enerji sisteminə inteqrasiyası texniki və siyasi baxımdan tam mümkün hesab olunur. Bu addım Azərbaycan-Türkiyə enerji əməkdaşlığını dərinləşdirəcək, iqtisadi müstəqilliyi  gücləndirəcək və regionun strateji rolunu bir qədər də  artıracaq.


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“The New York Times”: İran nüvə proqramından imtina etməyə hazır idi  

11:17
14 Aprel

Pakistanlı ekspert: Azərbaycan Cənubi Qafqazda təhlükəsizliyin təminatçısı kimi mühüm rol oynayır  

11:15
14 Aprel

Xəzər dənizində növbəti zəlzələ olub – YENİLƏNİB

11:14
14 Aprel

Azərbaycandan Ermənistana dizel yanacağı və gübrədaşıyan növbəti qatar yola salınıb

11:10
14 Aprel

Orta Dəhlizlə konteyner daşımalarının həcmində 34 faizlik artım

11:02
14 Aprel

Azərbaycanda qadın sahibkarların payı 3 faizdən 23 faizə yüksəlib  

10:53
14 Aprel

Akademik Zərifə Əliyevanın oftalmologiyanın inkişafına verdiyi töhfələr hər zaman öz aktuallığını saxlayır  

10:50
14 Aprel

Dünya bazarında qızıl 16 dollar bahalaşıb

10:49
14 Aprel

Dünya birjalarında neft ucuzlaşıb

10:39
14 Aprel

Nazir Məcnun Məmmədovun Zəngilanda keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişdirilib

10:33
14 Aprel

Bahar Muradova: Qadın sahibkarların regional inkişaf proseslərində iştirakı əhəmiyyətlidir  

10:31
14 Aprel

Akademik Zərifə Əliyeva həyatını elmə və xeyirxahlığa həsr etmişdi

10:25
14 Aprel

Azərbaycan nefti 125 dollardan baha satılır

10:06
14 Aprel

Bakıda AQEM məkanında qadınların rolunun gücləndirilməsinə həsr olunmuş beynəlxalq konfrans keçirilir  

10:05
14 Aprel

Süni intellekt 800-ə yaxın peşəni təhdid edir

09:50
14 Aprel

Vens: İranda məqsədlərimizə çatdığımız bir mərhələdəyik

09:46
14 Aprel

Aktyorluq üçün doğulmuşdu

09:45
14 Aprel

Ümumdünya Səhiyyə Təşkilatı COVID-19-un yeni “Cicada” ştamını izləyir

09:44
14 Aprel

Ən nəzakətli ölkələrin reytinqi açıqlanıb: Yaponiya liderdir  

09:42
14 Aprel

Kiçik səhnədən böyük sənətə

09:40
14 Aprel

Müəllimlər müəllimi

09:35
14 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!