23 Oktyabr 2026 08:20
240
İQTİSADİYYAT
A- A+
İslam maliyyəsi: şəffaf, rəqabətədavamlı və səmərəli

İslam maliyyəsi: şəffaf, rəqabətədavamlı və səmərəli


O, ölkəmizə əlavə investisiya cəlb etmək və iqtisadiyyatı şaxələndirmək sarıdan gərəklidir


Bakıda III İslam Maliyyə Forumunun keçirilməsi Azərbaycanda alternativ maliyyələşmə mexanizmlərinin inkişafı baxımından aktual hadisədir. Belə ki, ölkənin xarici investisiyalara ehtiyacı, neftdənkənar sahənin  genişləndirilməsi, kiçik və orta biznesin maliyyə resurslarına çıxışının yaxşılaşdırılması yeni maliyyə xdmətlərinin araşdırılmasını zəruri edir. İslam maliyyəsi isə bu istiqamətdə müəyyən imkanlar yarada bilər.

İslam maliyyəsinin Azərbaycanda inkişafı ilə bağlı müzakirələrə 2024-cü ildən başlanılıb. Həmin il noyabrın 13-də Bakıda keçirilən ilk İslam Maliyyə Forumunda islam bankçılığı, maliyyə məhsulları, sahibkarlığın maliyyələşdirilməsi və bu sahənin hüquqi əsasları müzakirə olunub. Tədbirdə beynəlxalq ekspertlər Türkiyə və digər ölkələrin təcrübəsini bölüşərək Azərbaycanda islam maliyyəsinin tətbiqi imkanlarına diqqət çəkiblər. 2025-ci il oktyabrın 23-də keçirilən ikinci forumda isə diqqət daha çox islam maliyyəsi vasitəsilə investisiyaların cəlbinə, kiçik və orta biznes üçün yeni imkanlara, eləcə də Qarabağ və Şərqi Zəngəzurun bərpasında "yaşıl sərmayə"dən istifadəyə yönəlib. Türkiyənin  bankçılıq təcrübəsi də müzakirə olunub. 

Beləliklə, əvvəlki iki forumda islam maliyyəsinin imkanları və tətbiqi yolları müzakirə edilib. İndi isə diqqət bu müzakirələrin konkret nəticələrə çevrilməsinə yönəlib. Resursların Öyrənilməsi Mərkəzinin təşəbbüsü ilə təşkil olunan  3-cü forumda Azərbaycanda islam maliyyəsinin inkişaf perspektivləri, islam bankçılığı və sığortasının tətbiqi, alternativ maliyyələşmə alətləri, eləcə də bu sahədə peşəkar kadrların hazırlanması və beynəlxalq sertifikasiya məsələləri müzakirə olunub.

Forum çərçivəsində üç panel sessiyası keçirilib. Müzakirələrdə islam bankçılığı və sığortasının yeni inkişaf mərhələsi, sukuk, lizinq və mikromaliyyə məhsullarının tətbiqi imkanları, həmçinin islam maliyyəsi üzrə mütəxəssislərin hazırlanması əsas diqqət mərkəzində olub. Məlumat üçün bildirək ki, sukuk islam maliyyəsində istifadə olunan, ənənəvi istiqrazlara müəyyən mənada bənzəyən investisiya xidmətidir. Sadə dillə desək, dövlət və ya şirkət hansısa layihəni maliyyələşdirmək üçün investorlardan vəsait cəlb edir, investorlar isə müqavilənin şərtlərinə uyğun olaraq həmin layihədən və ya aktivdən gəlir əldə edirlər.

Vurğulayaq ki, dövlət qurumlarının, maliyyə institutlarının, bank sektorunun nümayəndələrinin, akademik dairələrin və beynəlxalq ekspertlərin iştirak etdiyi forum təcrübə mübadiləsi və əməkdaşlığın genişləndirilməsi üçün mühüm platforma rolunu oynayır. Əsas gözlənti isə müzakirələrin konkret təşəbbüslərə çevrilməsi və Azərbaycanda islam maliyyəsinin inkişafına real töhfə verməsidir.

İslam maliyyəsinin qlobal miqyasda sürətlə genişlənməsi bu sahəyə marağın təsadüfi olmadığını göstərir. III İslam Maliyyə Forumunda çıxış edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM)  icraçı direktoru Vüsal Qasımlı bildirib ki, 2026-cı ilin göstəricilərinə əsasən, dünyada islam maliyyəsinin həcmi 6,5 trilyon dollara çatıb. Onun sözlərinə görə, cari ildə sektor üzrə artımın 10 faizə qədər olacağı, 2030-cu ilədək isə qlobal həcmin 10 trilyon dolları ötəcəyi proqnozlaşdırılır: "Sektorun əsas istiqamətini islam bankçılığı təşkil edir. Belə ki, ümumi portfelin 70 faizdən çoxu, təxminən 4,5 trilyon dolları bu sahənin payına düşür. Bununla yanaşı, islam maliyyəsinin digər alətləri də inkişaf edir. Təkafül sığortasının həcmi artıq 1 trilyon dolları ötüb, islam fondlarının aktivləri isə 300 milyard dollardan çox qiymətləndirilir. Sukuk da qlobal islam maliyyəsi portfelində mühüm yer tutur".

Elə buradaca ortaya sual çıxır: Azərbaycanda islam maliyyəsinə  niyə ehtiyac var? Əvvəla ona görə ki, islam maliyyəsi Azərbaycana əlavə investisiyalar cəlb etmək, biznesin maliyyə imkanlarını genişləndirmək və iqtisadiyyatı şaxələndirmək baxımından gərəklidir. Digər tərəfdən sukuk kimi maliyyə xidmətləri vasitəsilə infrastruktur, enerji və digər layihələrə vəsait cəlb etmək mümkündür. Bu imkanlar işğaldan azad edilmiş ərazilərin bərpası və "yaşıl iqtisadiyyat"ın inkişafı baxımından da maraq doğurur. 

İndi islam maliyyəsi xidmətlərinin tətbiqi ilə bağlı ilk addımlar və bank sektorunda müşahidə olunan artım bu sahənin Azərbaycandakı inkişaf perspektivlərini qiymətləndirmək baxımından diqqət çəkir. Oktyabrın 1-nə bank sektorunun aktivləri ötən ilin eyni tarixi ilə müqayisədə 13 faiz artaraq 63,6 milyard manata, depozit portfeli illik 15 faiz artaraq 42,3 milyard manata, fiziki şəxslərin əmanətləri isə 20 faiz artaraq 18,4 milyard manata çatıb. Balans kapitalı illik 9 faiz artımla 7,84 milyard manat olub. İlk doqquz ayda xalis mənfəət ötən ilin eyni dövrü ilə müqayisədə 19 faiz artaraq 1,08 milyard manata yüksəlib. 

Bu faktları Azərbaycan Banklar Assosiasiyasının icraçı direktoru Yunus Abdulov III İslam Maliyyə Forumunda deyib: "Bu genişlənmə kreditləşmədə də özünü göstərib. Ümumi kredit portfeli isə 15 faiz artaraq 33,7 milyard manata çatıb. Biznes kreditlərinin artım tempi isə istehlak və ipoteka kreditlərini üstələyərək 19 faiz olub və oktyabrın 1-nə 18,5 milyard manata yüksəlib. Biznesə dəstək məqsədilə banklarımız tərəfindən son dövrlərdə alternativ alətlərin tətbiqi də bu artıma öz töhfəsini verməkdədir".

Beynəlxalq təcrübənin öyrənilməsi, ekspertlərin fikir mübadiləsi və yeni tərəfdaşlıqların qurulması şübhəsiz ki, əhəmiyyətlidir. İslam maliyyəsinin Azərbaycanda inkişafı üçün əsas hədəf, sadəcə, yeni bir maliyyə istiqamətini tanıtmaq deyil, onu şəffaf, rəqabətədavamlı və iqtisadi cəhətdən səmərəli mexanizmə çevirmək olmalıdır.


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Donald Tramp bütün ölkələri BCM-dən çıxmağa çağırıb

09:20
23 Oktyabr

ÇÖRƏK HAQQI

09:10
23 Oktyabr

"Şahdəniz"dən təzə xəbər var

09:00
23 Oktyabr

ZƏFƏR gündəliyi

08:50
23 Oktyabr

Putin Rusiyanın Ukrayna münaqişəsinə dair üçtərəfli danışıqlara hazır olduğunu bildirib  

08:46
23 Oktyabr

İtkin düşmüş şəxslər üzrə BMT çərçivəsində xüsusi mexanizmin yaradılması zəruridir

08:40
23 Oktyabr

"Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi" layihəsinin texniki-iqtisadi əsaslandırmasının nəticələri təqdim edilib

08:30
23 Oktyabr

İslam maliyyəsi: şəffaf, rəqabətədavamlı və səmərəli

08:20
23 Oktyabr

Makronun ictimai etimad göstəriciləri Fransada siyasi vəziyyətin ağırlaşdığını göstərir

08:10
23 Oktyabr

Ölkəmiz regionda sabitliyi təmin edib

08:00
23 Oktyabr

Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, “Sosial sığorta haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” və “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

01:01
23 Oktyabr

"Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa Əlavə -"Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişiklik edilməsi barədə

00:58
23 Oktyabr

E.M.Yusubovun Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi vəzifəsindən azad edilməsi haqqında

00:57
23 Oktyabr

"Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, "Sosial sığorta haqqında", "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" və "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 30 sentyabr tarixli 476-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

00:56
23 Oktyabr

Azərbaycanın Avropa siyasətində ən etibarlı tərəfdaşı   

22:30
22 Oktyabr

Media və Yayım Şurası: Azərbaycanda hicabla əlaqədar kütləvi həbslər barədə məlumatlar dezinformasiyadır  

22:09
22 Oktyabr

Türkiyə Prezidenti: Ankara ilə Ottava arasında dialoq strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilib  

20:39
22 Oktyabr

“Meta”nın gəliri artıb

20:31
22 Oktyabr

SOCAR-la İtaliyanın “Eni” şirkəti arasında əməkdaşlığın inkişafı müzakirə edilib  

19:51
22 Oktyabr

Yaponiya polisinin yarısının şəxsi məlumatları kiberhücum nəticəsində sızıb  

19:42
22 Oktyabr

İqtisadiyyat nazirinin müavini Ağdamda vətəndaşların müraciətlərini dinləyib

19:32
22 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!