15 Yanvar 2026 08:50
644
İQTİSADİYYAT
A- A+
Göygöl: artan istehsal, genişlənən abadlıq, yaddaqalan festivallar

Göygöl: artan istehsal, genişlənən abadlıq, yaddaqalan festivallar


Ötən ili müxtəlif sahələrdə nailiyyətlərlə yola salan göygöllülər indi cari ildə görüləcək işləri götür-qoy edir, üzərlərinə düşən vəzifələri müəyyənləşdirirlər. 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaqda da bu barədə ətraflı söhbət getdi. 

Rayon icra hakimiyyətinin başçısı Vüqar Novruzovun hesabat məruzəsindən məlum oldu ki, keçən il Göygöl üzrə 4857 hektarda taxıl əkilmiş, hər hektardan 30,6 sentner olmaqla 14897 ton məhsul götürülmüşdür. Bu, əvvəlki ildəkindən 4 sentner çoxdur. Cari ilin məhsulu üçün isə 6459 hektar payızlıq şum aparılmış, 5369,5 hektara taxıl toxumu səpilmişdir. 

Heyvandarlıq sahəsində də uğurlu göstərcilərə nail olunmuşdur. Öncə onu qeyd edək ki, hazırda rayon üzrə 20,4 min baş qaramal, 117,2 min baş davar heyvan var. Ötən il ət istehsalı 3018,6, süd istehsalı 23605,3 tona, yumurta istehsalı 9,7 milyon ədədə çatmışdır.

Hesabatdan o da məlum oldu ki, ötən il də rayonda abadlıq və quruculuq, yaşıllaşdırma işləri genişlənmiş, sakinlərin rahatlığının təmin olunması üçün müxtəlif infrastruktur layihələri həyata keçirilmişdir. İlk növbədə Heydər Əliyev xiyabanında cari təmir işləri aparılmış, eləcə də şəhərin mərkəzi küçələrində evlərin fasadlarında əsaslı təmir işləri görülmüş, su arxları və səkilər təmir edilmişdir. Paralel olaraq Gəncə-Kəlbəcər-Laçın avtomobil yolunun kənarında yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin fasad hissələri təmir olunmuş, yararsız dam örtükləri yenisi ilə əvəzlənmişdir. Şəhidlər xiyabanı da əsaslı təmir olunmuşdur. Yaşıllaşdırmaya da diqqət artırılmışdır. Təkcə keçən il 6 hektarda 10 mindən artıq ağac əkilmişdir. 

Keçən il rayonun bir çox yaşayış məntəqələrinin qaz xətləri də yenilənmişdir. Tədbirlər Planına uyğun olaraq, rayon mərkəzinin bəzi küçələrində, Quşqara və Çaylı kəndlərində ümumilikdə 3300 poqonometr qaz xətləri dəyişdirilmişdir. Eyni zamanda yeni tipli 11 qaz tənzimləyici qurğu quraşdırılmış, 9 qaz bağlayıcı siyirtmə yenisi ilə əvəz olunmuşdur. 

Əhalinin dayanıqlı su təminatına gəldikdə, bu məqsədlə Bənövşəli ərazisində 144 kubmetrlik sututarının tikintisinə başlanılmışdır. Obyektin cari ilin birinci rübündə yekunlaşması nəzərdə tutulur. Qızılqaya və Mollacılilli kəndlərində isə daxili su şəbəkəsinin qurulması ilə bağlı layihə-smeta sənədləri hazırlanmışdır.  

Keçən il Göygöl beynəlxalq səviyyəli idman yarışlarına evsahibliyi etməsi ilə də fərqlənmişdir. Cüdo üzrə Avropa Kuboku və III MDB Oyunları çərçivəsində sambo və cüdo yarışları Göygöl Olimpiya İdman Kompleksində keçirilmişdir. Tədbirlərdən söz düşmüşkən, 2025-ci ildə Göygöldə keçirilən bir neçə tədbir yaddaqalan olmuşdur. Avqustda Yeni Zod kəndi ərazisində keçirilən "IV Milli Yaylaq Festivalı"nda unikal elat mədəniyyəti təbliğ olunmuşdur. Bundan başqa, Keşkü kəndi ərazisində keçirilən "II Moruq Festivalı" da regionda geniş əks-səda doğurmuşdur. Belə bir əks-sədalı tədbir "Göygöl Brendi-Konyak Günü" olmuşdur. Tədbirin açılış mərasimində Almaniya, İsveç, Latviya, Avstriya və digər ölkələrin Azərbaycandakı səfirləri və bir sıra səlahiyyətli nümayəndələr iştirak etmişlər.   

Yığıncaqda o da vurğulandı ki, 2025-ci il ölkəmizdə "Konstitusiya və suverenlik İli" kimi yadda qalmışdır. Rayon icra hakimiyyəti il ərzində bununla bağlı bir çox tədbir keçirmiş, Konstitusiya dəyərlərinin təbliği, dövlət suverenliyinin möhkəmləndirilməsi və vətəndaşların hüquqi maarifləndirilməsi məqsədilə konfranslar, "dəyirmi masa"lar, seminarlar və digər tədbirlər keçirmişdir. Tədbirlərdə Ulu Öndər Heydər Əliyevin müstəqilliyimizin qorunması, milli Konstitusiyamızın qəbul olunması və dövlətçilik ənənələrinin inkişafında göstərdiyi müstəsna xidmətlərdən, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının Vətən müharibəsində qazandığı tarixi Zəfərdən ətraflı söhbət açılmışdır.

 Sonra yığıncaqda keçən il görülən işlərlə bağlı çıxışlar dinlənilmişdir. Cari ilin hədəflərini əks etdirən qərar qəbul olunduqdan sonra yığıncaq iştirakçıları Prezident İlham Əliyevə müraciət qəbul etmişlər.


Sabir ƏLİYEV,

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İntellekti yüksək olan cəmiyyət manipulyasiyaya qarşı daha dayanıqlı olur   

18:07
24 Oktyabr

YAP Mərkəzi Aparatında görüş təşkil edilib

17:58
24 Oktyabr

Ukrayna ordusu Oryolda fabrikləri və Yeysk aerodromundakı təyyarəni vurub

15:55
24 Oktyabr

Sabah Bakı və Abşeronda leysan yağacaq - XƏBƏRDARLIQ

14:54
24 Oktyabr

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

13:03
24 Oktyabr

Rusiyanın Bryansk və Belqorod vilayətlərinə hücumlar zamanı iki nəfər ölüb

12:37
24 Oktyabr

BMT qlobal əməkdaşlığın 81-ci ildönümünü qeyd edir

12:01
24 Oktyabr

DİN: Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb

11:57
24 Oktyabr

Ər-Riyad üzərində husilərə məxsus ballistik raket vurulub

11:01
24 Oktyabr

Zəngəzur Milli Parkında Qafqaz bəbiri üç balası ilə kameralara düşüb

10:46
24 Oktyabr

Diqqəti cəmləmək qabiliyyətini yaxşılaşdırmaq üçün gündə neçə addım atmaq lazımdır?

10:44
24 Oktyabr

Azərbaycan BMT-də mina təhlükəsinin əlilliyə səbəb olması ilə bağlı narahatlığını ifadə edib

10:17
24 Oktyabr

Bilmək istəyirəm

09:50
24 Oktyabr

Azərbaycanı "yaşıl gələcəy"ə aparan yol: reallıqlar, perspektivlər  

09:40
24 Oktyabr

Fərhad XƏLİLOV: "Sadəlik və gizli gözəllik - bax, budur mənim sevdiyim cəhətlər"

09:30
24 Oktyabr

Dostluğu ruhunda yaşadan adam 

09:20
24 Oktyabr

ZƏFƏR gündəliyi

09:10
24 Oktyabr

Azərbaycan-BMT tərəfdaşlığının Qarabağın dayanıqlı inkişafında rolu: Xankəndidə mühüm müzakirə

09:00
24 Oktyabr

Özbəkistan Prezidentinin investorlarla görüşündə "Akba" qızıl yatağının işlənməsi perspektivləri açıqlanıb

08:50
24 Oktyabr

Qarabağın "hava qapısı"

08:40
24 Oktyabr

Zəfərlə yenidən doğulan doğma yurd

08:30
24 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!