09 Aprel 2026 08:30
243
SİYASƏT
A- A+
Ermənistan taleyüklü seçim qarşısındadır

Ermənistan taleyüklü seçim qarşısındadır


Sülh yolu ölkəyə rifah, revanşistlərin mövqeyi isə Azərbaycanın "dəmir yumruğ"unu vəd edir 


Ermənistan daxilində parlament seçkiləri ərəfəsində kifayət qədər gərgin siyasi mühit formalaşıb. İqtidar və müxalif düşərgəsinin fəallığı maksimum həddə çatıb. Seçki kampaniyası siyasi rəqabət çərçivəsini aşaraq aşkar təhdid, təhqir və nifrət ilə müşayiət olunur. Tərəflərin təbliğat tezisləri arasında kəskin uçurum var. Baş nazir və komandasının məqsədi səsvermədə üstünlük qazanaraq mövqelərini möhkəmləndirməkdirsə, revanşist qruplar müxtəlif rıçaqlardan yararlanaraq mövcud gedişatı dəyişdirməyə, sülh prosesində əldə olunmuş nailiyyətlərə kölgə salmağa can atırlar.

Baş nazir N.Paşinyan cəmiyyətə regional barışıq və əməkdaşlıq vəd etdiyi halda, müxalif cinah münaqişə ritorikasını canlandırmaq, köhnə ideyaları təşviq etmək və qonşu dövlətlərlə gərginliyi artırmaq hesabına elektorat toplamağa çalışır. Eyni zamanda Paşinyan və komandasının yenidən mandat qazanma şansı yüksək qiymətləndirilsə də, qarşı tərəfin maliyyə resursları, kənardan aldığı dəstək və müəyyən dərəcədə ictimai dayağı baş naziri narahat etməkdədir. Bu amillər 7 iyunda keçiriləcək parlament seçkilərinin nəticələri ilə bağlı dəqiq proqnoz verməyi çətinləşdirir. Görünən odur ki, Ermənistanda siyasi rəqabət daha aqressiv müstəviyə keçib və bu tendensiya seçki gününə qədər artan xətt üzrə davam edəcək. 

Hazırda müxalif qüvvələrin məqsədi pərakəndə fəaliyyətdən çıxıb koalisiyalar ətrafında birləşməkdir. Eyni zamanda mövcud administrasiyaya qarşı ideoloji və hibrid xarakterli hücumların intensivliyi də artıb. Kampaniyaların məqsədi xalqın gözündə hakimiyyətin nüfuzunu aşağı salmaqdır. Seçki ərəfəsində Rusiya və Qərb arasında maraqların toqquşması da pik həddədir. Moskvanın niyyəti Paşinyanı devirmək və yerinə Kremlə sadiq qüvvələrin gətirilməsinə nail olmaqdır. Avropa isə hazırkı hökumətin stabilliyini qorumaqla Ermənistanı tədricən Rusiyanın təsir dairəsindən uzaqlaşdırmağa səy göstərir. Paşinyan Qərbin dəstəyi ilə Rusiyanın təsirindən uzaqlaşmaq istəsə də, ölkənin hərbi və iqtisadi asılılığı bu prosesi ağrılı edir. Ermənistanda hakimiyyət dəyişikliyi Cənubi Qafqazda mövqelərini qorumaq üçün Rusiyanın son şanslarından biridir. Qərb isə Paşinyanı "demokratiyanın qoruyucusu" kimi saxlayaraq Rusiyanın bölgədən sıxışdırılıb çıxarılmasını hədəfləyir. Beləliklə, ölkə faktiki olaraq iki böyük güc mərkəzinin nüfuz savaşı meydanına çevrilib ki, bu da dövlətçilik maraqları baxımından ciddi risklər vəd edir. 

Seçki kampaniyasının diqqətçəkən məqamlarından biri N.Paşinyanın müharibə xəbərdarlığı etməsidir. Baş nazir çıxışı zamanı açıq şəkildə bəyan edib ki, əgər Robert Köçəryan və Rusiyayönümlü qüvvələr hakimiyyətə gələrsə, payızda dəhşətli müharibə başlaya bilər: "Ermənistanda müəyyən dairələr var ki, hakimiyyətə gələcəkləri təqdirdə sülh gündəliyinə yenidən baxmağı planlaşdırırlar. Bu qüvvələrin hamısı sülhün reviziyası mövqeyindən çıxış edir ki, bu da seçkilərdən qısa müddət sonra, ən gec isə payızda müharibənin labüd olacağı anlamına gəlir". Baş nazirin sözlərinə görə, bu cür bəyanatlar ölkə üçün ağır nəticələr doğura bilər: "Onlar başqaları tərəfindən yazılmış mətnləri səsləndirirlər". Parlament sədri Alen Simonyan da bənzər fikirlər səsləndirib. Spiker deyib ki, parlament seçkilərində ölkə əhalisi sülh və mümkün müharibə arasında seçim etməli olacaq: "Bəli, müharibə partiyası var və sülh partiyası var. 2026-cı il seçkiləri sülh və mümkün müharibə haqqında olacaq". 

N.Paşinyan seçki kampaniyasını "sülh gətirən lider" obrazı üzərində qurur. Baş nazir rəqiblərini və onların seçki təbliğatını xalqa növbəti müharibə anonsunu verənlər kimi təqdim edir. Bəllidir ki, Ermənistan cəmiyyəti 44 günlük müharibənin travmasından və ağır məğlubiyyət sindromundan hələ xilas olmayıb. Bu mənada, yeni müharibə qorxusu hakimiyyətin əlində ən böyük təsir rıçağıdır. Paşinyan ictimaiyyətə sülh və regional əməkdaşlıq təklif edir, rəqibləri isə toplumu yeni fəlakətə və savaşa sürükləyir. Paşinyanın müxalifətə yönəlik "başqaları tərəfindən yazılmış mətnləri səsləndirirlər" ifadəsi birbaşa Rusiyaya və keçmiş "Qarabağ klanı"na işarədir. Baş nazir revanşistləri Ermənistanın yox, kənar güclərin maraqlarını güdən qüvvələr kimi göstərməyə çalışır. Bu, Ermənistanda getdikcə artan anti-Rusiya meyillərindən siyasi xal toplamaq cəhdidir. Hökumət başçısı aşkar xəbərdarlıq edir ki, əgər müxalifət seçkidə qalib olaraq hakimiyyətə gələcəyi təqdirdə Bakı ilə imzalanmış sənədləri və şifahi razılaşmaları inkar edərsə, bu, avtomatik olaraq status-kvonun pozulması və Azərbaycanın legitim cavab tədbirləri görməsi ilə nəticələnəcək. Yəni, müxalifətin populist vədləri reallıqda yeni itkilərə yol açacaq.

Paşinyanın çıxışı həm də daxili auditoriyaya hesablanmış xəbərdarlıq taktikası və beynəlxalq aləmə ünvanlanmış bir mesajdır. Baş nazir mesaj verir ki, onunla hətta çətin şərtlərdə olsa belə, sülh içində yaşamaq, müxalifətlə müharibə içində yox olmaqdan daha yaxşıdır. 

Əslində, Paşinyan öz xəbərdarlıqlarında haqlıdır. 1990-cı illərin ritorikası ilə hərəkət edən revanşist qüvvələrin siyasi qələbəsi Ermənistan üçün yeni və daha dağıdıcı qarşıdurma vəd edir. Müxalifət unudur ki, regionda hərbi-siyasi balans köklü şəkildə dəyişib. Azərbaycanın hərbi qüdrəti, iqtisadi üstünlüyü və strateji müttəfiqlikləri qarşısında Ermənistanın hər hansı hərbi revanş cəhdi dövlətçilik üçün intihar ssenarisidir. Bakı dəfələrlə bəyan edib ki, sülh müqaviləsinin masada olmasına baxmayaraq, istənilən revanşist meyillər və təxribat cəhdləri dərhal və yerindəcə boğulacaq. Azərbaycanın "dəmir yumruq" amili bu prosesdə ən böyük çəkindirici faktor kimi Ermənistanın daxili siyasi gündəmini diktə etməyə davam edir. 

Nəticə etibarilə, 7 iyun seçkiləri Ermənistan üçün dövlət kimi mövcudluq və ya yox olmaq arasındakı taleyüklü seçimdir. Cəmiyyət ya Paşinyanın təklif etdiyi realist sülh yolunu seçəcək, ya da revanşistlərin utopik vədləri arxasınca gedərək regional reallıqların və Azərbaycanın hərbi gücü qarşısında tam fəlakətə sürüklənəcək. Müəyyən kəsim Nikol Paşinyana dəstək versə də, əksəriyyət müxalifəti yeni və daha böyük məğlubiyyətin carçısı kimi qəbul edir. Onların fikrincə, revanşistlərin hakimiyyətə gəlməsi Ermənistan üçün fəlakətli sonun başlanğıcı deməkdir. İrəvanın bu sınaqdan hansı nəticə ilə çıxacağı erməni toplumunun acı tarixi təcrübədən nə dərəcədə dərs almasından asılı olacaq.


İsmayıl QOCAYEV, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sabah paytaxtda hava əsasən yağmursuz olacaq

12:57
09 Aprel

Fransada tələbə qəbulu 2035-ci ilə qədər 1,7 milyon nəfər azala bilər  

12:52
09 Aprel

“Paris-2024”: Yenilənmiş Olimpiya medalları Azərbaycan idmançılarına təqdim olunub  

12:40
09 Aprel

Nazir Məcnun Məmmədov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

12:36
09 Aprel

Media: Rütte ilə görüş Trampın NATO müttəfiqlərinə qarşı münasibətini yumşaltmayıb  

12:07
09 Aprel

Zelenski: Putinlə görüş ABŞ-də və ya Yaxın Şərqdə keçirilə bilər  

11:57
09 Aprel

Prezident İlham Əliyev Türkiyənin daxili işlər nazirini qəbul edib  

11:56
09 Aprel

Azərbaycan Prezidenti İlham Əliyev Litvanın Baş nazirini qəbul edib

11:46
09 Aprel

Litvanın Baş naziri Bakıda şəhidlərin xatirəsini anıb

11:34
09 Aprel

MSK nümayəndə heyəti Macarıstanda parlament seçkilərini müşahidə edəcək

11:30
09 Aprel

“Bloomberg”: Dünyanın ən varlı 500 adamı ABŞ-İran atəşkəsi fonunda 265 milyard dollar qazanıb  

11:21
09 Aprel

Dünya Bankı: Avropa və Mərkəzi Asiyada iqtisadi artım tempi yavaşlayacaq  

11:10
09 Aprel

Şimali Koreya döyüş başlığı və elektromaqnit silah sistemini sınaqdan keçirib

10:58
09 Aprel

Dünya bazarında qızıl 40 dollaradək ucuzlaşıb 

10:41
09 Aprel

İçərişəhərdə tarixi qala divarının bir hissəsində aşınma qeydə alınıb, bərpa işlərinə başlanılıb  

10:28
09 Aprel

Beynəlxalq Miqrasiya İcmalı Forumuna hazırlıq gedir

10:23
09 Aprel

Azərbaycan neftinin qiyməti 120 dollar olub

10:14
09 Aprel

Nəsimi rayonunda saxlanılan şəxslərdən 72 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

09:43
09 Aprel

Donald Tramp: ABŞ qüvvələri İranın ətrafında qalacaq  

09:43
09 Aprel

Qarabağ Universiteti “Study in Azerbaijan” beynəlxalq təhsil sərgisində təmsil olunub  

09:43
09 Aprel

ABŞ Prezidenti NATO-nun Baş katibinə müttəfiqlərdən məyus olduğunu bildirib  

09:41
09 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!