09 Aprel 2026 08:05
235
SİYASƏT
A- A+
Azərbaycanın xarici siyasətinin Gürcüstan və Ermənistan istiqamətləri:yeni reallıqlar  

Azərbaycanın xarici siyasətinin Gürcüstan və Ermənistan istiqamətləri:yeni reallıqlar  


Hazırda Azərbaycan Cənubi Qafqazın regional müəyyənedici qüvvəsidir. Politoloji anlamda regional müəyyənedici qüvvə elə bir dövlət olur ki, iqtisadi, hərbi və siyasi potensialına görə, qonşu ölkələri əhəmiyyətli dərəcədə qabaqlayır və özünün yerləşdiyi coğrafi makroregion hüdudlarında beynəlxalq münasibətlər sisteminə ciddi təsir göstərə bilir. Deməli, regional müəyyənedici qüvvə potensial, təsir və oynadığı rol kimi faktorların sinxronlaşdırılması əsasında yerləşdiyi geosiyasi və coğrafi-iqtisadi məkanda aparıcı gücdür. Onun potensialı qonşulardan üstün olan iqtisadi imkanları və güclü ordusu ilə bağlıdır.

Yuxarıda vurğulananlar Azərbaycanın Cənubi Qafqazın müəyyənedici gücə malik olduğunu təsdiq edir. Bu proses 2020-ci ildəki 44 günlük Vətən müharibəsindən sonra öz hərbi və hüquqi təsbiti və təsdiqini tapmışdır. Bunun fonunda Azərbaycanın tədricən bütün meyarlar üzrə regionda müəyyənedici güc olması qəbul edilmişdir. Prosesin siyasi, geosiyasi, hüquqi və hərbi aspektlərini özündə ehtiva edən mərhələsi məlum 8 avqust Vaşinqton razılaşmasından sonra başlamışdır.

Azərbaycanın regional müəyyənedici güc kimi xarakteristikasını Prezident İlham Əliyev belə müəyyən etmişdir: "Regional təhlükəsizlik Azərbaycan üçün hər zaman birnömrəli məsələ olub. Çünki mən Bakıda bir çox forumlardakı çıxışlarımda qeyd etmişəm ki, işğal dövründə bizim üçün sülh və suverenliyimizin bərpası hər zaman gündəliyimizin əsas prioriteti olub. Xoşbəxtlikdən, biz artıq sülh şəraitində yaşayırıq, hələlik cəmi yeddi aydır. Bu, bir daha göstərir ki, sülh və ədalət uğrunda güclü siyasi iradə, cəsarət və sadiqlik nümayiş etdirmək kifayətdir ki, məqsədə nail olunsun. Bizə gəldikdə, suverenliyimizin və ərazi bütövlüyümüzün bərpası illər, təqribən 30 il çəkdi. Bunu BMT Nizamnaməsi, onun 51-ci maddəsində nəzərdə tutulmuş özünümüdafiə hüququ çərçivəsində həyata keçirdik... Biz işğal olunmuş əraziləri güc vasitəsilə azad etdik və sülhə siyasi yollarla nail olduq".

Əlbəttə, öncə milli miqyasda, sonra isə regional səviyyədə sülh və təhlükəsizliyin qalıcı təmini Azərbaycanın iqtisadi, hərbi və siyasi potensialının sinerjisi sayəsində mümkün olmuşdur.


Beynəlxalq münasibətlərə təsir


Azərbaycan özünün iqtisadi və hərbi potensialına görə, beynəlxalq münasibətlər sisteminə təsir göstərə bilir ki, bu imkan da regional müəyyənedici qüvvə olmağın əsas şərtlərindən biridir. Lakin klassik regional müəyyənedici qüvvələrdən (onlar özlərini "fövqəldövlət" də adlandırırlar) fərqli olaraq, Bakı heç vaxt Cənubi Qafqazda hegemonluğa can atmayıb və indi də atmır. Bu məqam Prezident İlham Əliyevin yuxarıda vurğuladığımız "biz sülhə nail olduq və artıq sülh şəraitində yaşayırıq" tezisinin semantikasından birbaşa irəli gəlir. Məsələnin bu tərəfi Azərbaycanın regiondakı qonşularına yönəlmiş siyasətində mühüm yer tutur. Məhz həmin siyasətin başlıca meyarları ölkəmizin beynəlxalq münasibətlərə təsirini xarakerizə edir və ona konkret məzmun verir. Bu məqam üzərində bir qədər geniş dayanmağa çalışaq.


Qarşılıqlı əlaqələrin siyasi məntiqi


Ekspertlər Cənubi Qafqazda "regional geosiyasətdə keyfiyyət yeniləşməsinin əlaməti"ndən bəhs edir, onun təzahürü olaraq "münaqişə paradiqmasından qarşılıqlı əlaqələr məntiqinə keçid"i göstərirlər. Doğrudan da, Cənubi Qafqaz üçün "münaqişə paradiqmasından qarşılıqlı asılılıq məntiqinə keçid" geosiyasi aspektdə keyfiyyət dəyişikliyidir. Maraqlıdır ki, mütəxəssislər bunu "strateji üfüq" kontekstində "yeni regional reallıq" kimi xarakterizə edir, onun arxitektoru kimi isə Azərbaycanı ünvan göstərirlər. Bu, düşündürücü və əsaslı qənaətdir. Azərbaycan regionun müəyyənedici qüvvəsi kimi Cənubi Qafqazda yeni geosiyasi reallıqları yaradan və onun yeniləşmə xüsusiyyətlərini formalaşdıran dövlətdir. Yeni regional reallığın arxitekturasında sosial, siyasi, geosiyasi, mədəni, təhlükəsizlik aspektləri bir-biri ilə qarşılıqlı münasibətlərdədir. Belə bir çoxaspektli prosesdə Azərbaycanın Gürcüstan və Ermənistan siyasətinin sinxronlaşması mühüm faktordur. 

Bu prosesdə Gürcüstan daha çox ənənəvi "diplomatik məsləhətləşmələr məkanı" statusundan "infrastruktur inteqratoru və iqtisadi vasitəçi" statusuna transfer edirsə, Ermənistan "münaqişə paradiqması"ndan "qarşılıqlı asılılıq məntiqi"nə keçid edən region dövlətidir.

Bu tarixi keçidin regional miqyasda arxitektoru Azərbaycandır. Gürcüstanın iqtisadi aspekti olmayan diplomatik məsləhətləşmələr məkanından konkret iqtisadi məzmunu olan infrastruktur inteqratoru statusuna yüksəlməsi Azərbaycanın həyata keçirdiyi layihələr və onlarda Tbilisinin iştirakının xarakterini müəyyən etməsi sayəsində mümkün olmuşdur.

Bununla yanaşı, Azərbaycanın uzun müddət apardığı gərgin mübarizə nəticəsində rəsmi İrəvan anlamışdır ki, münaqişə paradiqması onu uçuruma aparır. 44 günlük Vətən müharibəsində Azərbaycanın əldə etdiyi möhtəşəm Zəfərin fonunda isə Ermənistan qarşılıqlı asılılığın siyasi məntiqinə vara bilmişdir.

Bu iki xəttin qarşılıqlı təsirləri nəticəsində yeni regional reallığın geosiyasi konfiqurasiyası formalaşmağa başlamışdır. Ekspertlər bu prosesin maraqlı iyerarxik geosiyasi əhəmiyyətlilik "arxitekturası"ndan bəhs edirlər. Bu, bizcə, ümumiyyətlə, Avrasiyada yeni hadisədir və diqqətəlayiq məzmun daşıyır. Onun bir neçə geosiyasi əlamətini ayrıca vurğulamağa ehtiyac vardır.


Regional status-kvo


Gürcüstan və Ermənistanın geosiyasi rolunun yeniləşməsi regional miqyasda prinsipial hadisədir. Gürcüstan "infrastruktur inteqratoru və iqtisadi vasitəçi", Ermənistan isə "münaqişə paradiqması"ndan "qarşılıqlı asılılıq məntiqi"nə keçid edən ölkə kimi regional miqyasda bir geosiyasi xüsusiyyətin dəyişməsinə şərait yaratmışlar. Xarici böyük qüvvələr artıq Cənubi Qafqaza "daimi münaqişələr məkanı" kimi baxa bilmirlər. Azərbaycanın qonşu region ölkələri istiqamətindəki siyasəti bu imkanı xarici qüvvələrin əlindən almışdır. Tbilisinin infrastruktur sferasında birləşdirici funksiya yerinə yetirməyə başlaması ilə İrəvanın qarşılıqlı asılılığı dərk etməsi sintez halında Azərbaycanın regional geosiyasi viziyonunu reallaşdıra bilməsi üfüqünü genişləndirmişdir.

Bu xüsusda region davamlı olaraq "münaqişədən barışa" keçid məntiqindən sülh, əməkdaşlıq platformaları, qarşılıqlı məsuliyyət mexanizmlərinin işə salınması və sairə kimi yeni məntiqi faktorlarla xarakterizə olunan vəziyyətə transformasiya edir.

Məhz bu xüsusiyyət qlobal geosiyasi aktorların region siyasətində strateji xarakterli dəyişikliklər etmişdir. Onlar təzyiq və təsir rıçaqları kimi münaqişələrdən istifadə xəttindən imtina etməyə məcbur qalırlar. Regionda institusional yeniləşmələr ön sıraya çıxır. Bu kontekstdə iqtisadi layihələr, nəqliyyat diversifikasiyası və enerji dəhlizlərinin təhlükəsizliyi kimi faktorlar aparıcı rol oynamağa başlayır.

Bütün bunlar yekun halında regionun idarəolunan sülh şəraitinə keçidini təmin edir. Bu şərait gərginliyin artması riskini minimum edir. Belə bir keçid "dialoqun dərinləşməsi və davamlılığını tələb edir, yoxlama mexanizmlərini daxil edir, beynəlxalq təminatçıları sərmayə qoyuluşuna cəlb edir".


Postmünaqişə mərhələsində idarəetmə formulu


Gürcüstan və Ermənistanın regional geosiyasi proseslər kontekstində vurğulanan dəyişmələri başqa bir faktoru da diqqət mərkəzinə gətirir. Rəsmi Bakının postmünaqişə mərhələsində sabitliyin təmin edilməsi istiqamətində atdığı addımların Tbilisi və İrəvanın geosiyasi statusuna təsiri maraq doğurur. Məsələn, "Azərbaycanla Ermənistan arasında ticari-iqtisadi yaxınlaşma taktiki gedişdirmi?" sualı getdikcə daha aktual xarakter alır. Bu suala cavab axtarışı Cənubi Qafqazda yeni subregional iqtisadi rejimin formalaşıb-formalaşmadığını aydınlaşdırmaqdan başlanmalıdır. Söhbət təhlükəsizlik arxitekturasının, logistikanın və regionun xarici siyasət mövqelərinin transformasiyasının baş verib-vermədiyini müəyyən etməkdən gedir.

Burada ekspertlər postmünaqişə mərhələsində Azərbaycanın Bakı-Tbilisi-Qars dəmiryol layihəsinin geosiyasi roluna xüsusi diqqət yetirirlər. Uzun müddətdir ki, gündəmdə olan bu dəmiryolu layihəsi birbaşa Azərbaycanla Gürcüstanı əhatə edir. Dolayısı ilə Ermənistanın burada rolu ola bilər. Hazırkı proseslər göstərir ki, doğrudan da, Ermənistan Bakı-Tbilisi-Qars dəmiryolu layihəsindən kifayət qədər yararlana bilər. Artıq bu kontekstdə Azərbaycandan Gürcüstana, oradan da Ermənistana yük daşımaları başlamışdır. Bütün bunlara görə də, gürcüstanlı ekspert Vladimir Sxvedianinin Bakı-Tbilisi-Qars dəmiryolu proqramının reallaşmasını obrazlı şəkildə "Cənubi Qafqaz geosiyasətin relslərində" kimi ifadə etməsi yalnız ritorika deyil.

Bunlar onu göstərir ki, Azərbaycan postmünaqişə mərhələsində regional idarəetmədə iqtisadi faktoru önə çəkmişdir. Bu faktor birbaşa geosiyasi dinamikaya təsir edir. Burada Azərbaycanla yanaşı, Gürcüstan və Ermənistanın da maraqları tam nəzərə alınır. Həmin yanaşma ümumən regionda geosiyasi mənzərənin dayanıqlığını təmin edir. Buradan regionun gələcəyi üçün böyük əhəmiyyət kəsb edən bir əməkdaşlıq formatının meydana gəlməsi haqqında qənaətə gəlmək olar.


Yeni regional platforma


Hazırkı dəyişən şərtlər daxilində ekspertlər üçün belə bir sual olduqca aktualdır: Azərbaycanın təşəbbüsü və atdığı konkret geosiyasi və iqtisadi addımlar fonunda Cənubi Qafqazda Azərbaycan-Gürcüstan-Ermənistan əməkdaşlıq platforması yarana bilərmi? Burada önəmli olan bir neçə məqamı öncədən vurğulamaq lazımdır. Birincisi, Azərbaycan Prezidentinin ikitərəfli, üçtərəfli, dördtərəfli regionlararası əməkdaşlıq platformalarının fəal təşəbbüskarı olduğu hər kəsə məlumdur. Bir sıra tədqiqatlarda Azərbaycanın dövlət başçısının üçtərəfli əməkdaşlıq platformalarını "Əliyev geosiyasi üçbucaqları" kimi adlandırmaqla bağlı fikirlər də irəli sürülmüşdür. Bu tezisin əsasında Azərbaycan Prezidentinin "...ölkənin coğrafi determinantları ilə müasir geosiyasi reallığın başlıca cəhətlərini" ustalıqla uyğunlaşdıra bilməsi məharəti dayanır. Azərbaycan liderinin fəaliyyətinin bu istiqaməti faydalı təcrübə nümunəsi kimi aktiv şəkildə geosiyasi və siyasi-nəzəri müstəvidə araşdırılmalıdır. Belə tədqiqatlar, heç şübhəsiz, çox faydalı elmi və politoloji nəticələrin əldə olunmasına imkan verəcəkdir.

İkincisi, Azərbaycanın xarici siyasətində regional infrastrukturun yaradılması xüsusi yer tutur. Cənubi Qafqaz kontekstində bu, Azərbaycan, Gürcüstan və Ermənistanın birgə iştirakını və yeni infrastruktur nümunələrinin yaradılmasını nəzərdə tutur. Azərbaycan Prezidenti bu barədə öz mövqeyini və nəzərdə tutduğu layihələri ifadə etmişdir. "Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması" mövzusunda keçirilən XIII Qlobal Bakı Forumundakı çıxışında Azərbaycan lideri demişdir: "Hazırda isə Ermənistanla sülh əldə edildikdən sonra Orta dəhlizin yeni istiqaməti üzərində yaxından işləyirik, bu istiqamət Ermənistan ərazisindən keçəcək. Ermənistan isə bu gün belə olmadığı halda, müstəqil tarixində ilk dəfə tranzit ölkəsi olacaq. Bu isə bizə Azərbaycanın iki hissəsini - əsas hissəsi və Naxçıvan Muxtar Respublikasını davamlı nəqliyyat, enerji, optik kabel və elektrik xətləri, həmçinin potensial olaraq boru kəmərləri vasitəsilə birləşdirməyə imkan verəcək. Beləliklə, bu, bizim üçün, yəni ümumilikdə hamı üçün qarşılıqlı uduşlu vəziyyət yaradacaq.

Bu yeni fürsətdən, həqiqətən, yararlanmaq olar, çünki biz Azərbaycanın iki hissəsini nəqliyyat infrastrukturu ilə birləşdirəcəyik. Artıq qeyd etdiyim kimi, yeni istiqamət yaradacağıq, bu isə bir çox ölkə üçün faydalı olacaq".

Vurğulanan layihənin reallaşması sayəsində Cənubi Qafqazda çoxtərkibli əməkdaşlıq şəbəkəsi yaranmış olur: Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-Gürcüstan-Ermənistan və Azərbaycan-Ermənistan-Türkiyə istiqamətləri vahid əməkdaşlıq platformasında yeni infrastruktur yaradacaq.

Azərbaycanın Cənubi Qafqazda iqtisadi sahədə həyata keçirdiyi əməkdaşlıq "məntiqi" yuxarıda vurğulanan məqamlardan aydın olur. Maraqlıdır ki, mütəxəssislər geosiyasi və siyasi kontekstlərdə "dünyanın iqtisadi məntiqi" ifadəsini işlədirlər. Bu prizmadan yanaşdıqda, Azərbaycan Prezidentinin regional miqyasda həyata keçirdiyi iqtisadi siyasətin başlıca məntiqi xüsusiyyətlərinin olduqca müasir və səmərəli olduğu aydın görünür. Çünki Azərbaycanın regional iqtisadi məntiqi müasir dünyanın əsas çağırışı olan birləşdirici geosiyasi məkanın formalaşdırılması prinsipinə tam uyğundur.


Praqmatizm və iqtisadi müstəqillik


Rəsmi Bakının Gürcüstan və Ermənistan istiqamətində yeritdiyi siyasətin mühüm cəhətləri sırasında praqmatizm və iqtisadi müstəqillik ayrıca göstərilir. Çoxqütblü dünyada vurğulanan iki xüsusiyyətin yeri və rolu əhəmiyyətlidir. Lakin onların vahid siyasi məqsəd kontekstində ortaq məntiqi çərçivəyə salınması da zəruridir. Bu baxımdan mütəxəssislərin Azərbaycanın praqmatizm və iqtisadi müstəqilliyin "daha etibarlı alət" olduğunu sübut etməsi tezisi çox əhəmiyyətli hadisədir.

Bunun sayəsində Azərbaycan davamlı olaraq hərbi bloklara qoşulmaqdan imtina etmiş və qlobal geosiyasi güclərlə balanslı münasibətlər qurmuşdur. Nəticədə Bakı özünün resurs potensialını geosiyasi təsir faktoruna çevirə bilmişdir. Avropa İttifaqı ilə əlaqələrin dinamikası buna sübutdur. Bir sıra tədqiqatçılar həmin strateji xətti "fəal bitərəflik" kimi xarakterizə edirlər.

Lakin burada bitərəflik nisbi xarakterlidir. Çünki region dövlətlərinə qarşı bu, bitərəflikdən daha çox "ortaq regional maraqları formalaşdırmaq" mənasını verir. Bunun sayəsində Azərbaycan Gürcüstanı tamamilə özünün enerji strategiyasına daxil etmişdir. 

Cənubi Qafqaz kontekstində bu prosesə Ermənistanın da cəlb olunması istiqamətində işlərin aparılması olduqca əhəmiyyətlidir. Belə ki, artıq Zəngəzur dəhlizi (TRIPP) nümunəsində Ermənistanın Azərbaycanla əməkdaşlıqda institutlaşma istiqamətində addımlar atdığı barədə fikirlər irəli sürülür. Yuxarıda vurğuladığımız kimi, Azərbaycan Prezidenti də Ermənistanın müxtəlif əməkdaşlıq proqramlarına daxil edilməsi istiqamətində işlərin aparıldığını qeyd etmişdir.

Beləliklə, Azərbaycan Prezidentinin Gürcüstan və Ermənistan istiqamətində apardığı xarici siyasətin əsas xüsusiyyətləri göstərir ki, regional inteqrasiya, əməkdaşlıq və təhlükəsizlik məsələləri bu siyasətdə xüsusi yer tutur. Region artıq yeni geosiyasi münasibətlər müstəvisinə transfer edir. Bu kontekstdə Cənubi Qafqazın geosiyasi gələcəyi ilə bağlı proqnostik təhlillərin aparılması aktuallıq təşkil edir.


Kamal ADIGÖZƏLOV,

beynəlxalq münasibətlər üzrə ekspert

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Turan Tovuz” klubu yüksək məbləğdə cərimələnib

15:13
09 Aprel

İşğaldan azad edilmiş ərazilərdə 800-dək sakin üçün kiçik bizneslər yaradılıb  

14:34
09 Aprel

Danimarkada həbsxanaların dolu olması ciddi problemlər yaradır  

14:27
09 Aprel

Azərbaycan rusiyalılar üçün üç ən yaxşı istirahət məkanı arasında yer alır  

14:16
09 Aprel

Çingiz Hüseynzadə: Parisdə cüdo, boks və sərbəst güləş üzrə qazanılan medallar dəyişdirilməyəcək

14:11
09 Aprel

“Beşiktaş” mövsümün sonunda 23 futbolçu ilə yollarını ayırmağı planlaşdırır

14:07
09 Aprel

İranla danışıqlarda ABŞ komandasına Vitse-prezident Cey. Di. Vens rəhbərlik edəcək  

13:46
09 Aprel

Ötən il Sumqayıt Sənaye Parkında 2,2 milyard manatlıq məhsul satışı həyata keçirilib  

13:39
09 Aprel

Azərbaycan və Almaniya sənaye kadrlarının hazırlığı sahəsində güclərini birləşdirir  

13:38
09 Aprel

Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 12 faizədək artıb

13:29
09 Aprel

Azərbaycanın və Litvanın Baş nazirləri Bakıda görüşüblər

13:13
09 Aprel

İran atəşkəsə Hörmüz boğazını bağlamaqla nail oldu

13:00
09 Aprel

“Ember”in hesabatı: Türkiyə enerji saxlama sisteminin inkişafını sürətləndirir  

12:59
09 Aprel

Sabah paytaxtda hava əsasən yağmursuz olacaq

12:57
09 Aprel

Fransada tələbə qəbulu 2035-ci ilə qədər 1,7 milyon nəfər azala bilər  

12:52
09 Aprel

“Paris-2024”: Yenilənmiş Olimpiya medalları Azərbaycan idmançılarına təqdim olunub  

12:40
09 Aprel

Nazir Məcnun Məmmədov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

12:36
09 Aprel

Media: Rütte ilə görüş Trampın NATO müttəfiqlərinə qarşı münasibətini yumşaltmayıb  

12:07
09 Aprel

Zelenski: Putinlə görüş ABŞ-də və ya Yaxın Şərqdə keçirilə bilər  

11:57
09 Aprel

Prezident İlham Əliyev Türkiyənin daxili işlər nazirini qəbul edib  

11:56
09 Aprel

Azərbaycan Prezidenti İlham Əliyev Litvanın Baş nazirini qəbul edib

11:46
09 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!