09 Aprel 2026 09:43
163
CƏMİYYƏT
A- A+
Nəsimi rayonunda saxlanılan şəxslərdən 72 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

Nəsimi rayonunda saxlanılan şəxslərdən 72 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb


Nəsimi Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, tədbirlər zamanı paytaxt ərazisində narkokuryerlik etməkdə şübhəli bilinən 31 yaşlı Saleh Soltanovdan 14 kiloqram 240 qram tiryək və marixuana, 46 yaşlı Eldəniz Bağırovdan 17 kiloqram 350 qram marixuana, 200 ədəd metadon həbi, 22 yaşlı Nicat Hüseynov və onun tanışı 31 yaşlı Zeynalxan Süleymanovdan 18 kiloqram 620 qram marixuana, 43 yaşlı Rauf Ələsgərov və 28 yaşlı Baba Əzizovdan isə 22 kiloqram həşiş qətranı, tiryək, marixuana aşkarlanıb.

Keçirilən əməliyyatlar nəticəsində ümumilikdə 72 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Saxlanılan şəxslər ifadələrində narkotikləri sosial şəbəkələrdə tanış olduqları, şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşları vasitəsilə əldə etdiklərini və paytaxt ərazisində dövriyyəsini təşkil etmək məqsədilə müxtəlif ünvanlara çatdırmağı planlaşdırdıqlarını bildiriblər.

Faktlarla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, bu ilin ilk 3 ayı ərzində Nəsimi RPİ-nin əməkdaşları tərəfindən 156 kiloqram müxtəlif növ narkotik vasitə və psixotrop maddə, eləcə də 2 min ədəd metadon həbi qanunsuz dövriyyədən çıxarılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Turan Tovuz” klubu yüksək məbləğdə cərimələnib

15:13
09 Aprel

İşğaldan azad edilmiş ərazilərdə 800-dək sakin üçün kiçik bizneslər yaradılıb  

14:34
09 Aprel

Danimarkada həbsxanaların dolu olması ciddi problemlər yaradır  

14:27
09 Aprel

Azərbaycan rusiyalılar üçün üç ən yaxşı istirahət məkanı arasında yer alır  

14:16
09 Aprel

Çingiz Hüseynzadə: Parisdə cüdo, boks və sərbəst güləş üzrə qazanılan medallar dəyişdirilməyəcək

14:11
09 Aprel

“Beşiktaş” mövsümün sonunda 23 futbolçu ilə yollarını ayırmağı planlaşdırır

14:07
09 Aprel

İranla danışıqlarda ABŞ komandasına Vitse-prezident Cey. Di. Vens rəhbərlik edəcək  

13:46
09 Aprel

Ötən il Sumqayıt Sənaye Parkında 2,2 milyard manatlıq məhsul satışı həyata keçirilib  

13:39
09 Aprel

Azərbaycan və Almaniya sənaye kadrlarının hazırlığı sahəsində güclərini birləşdirir  

13:38
09 Aprel

Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 12 faizədək artıb

13:29
09 Aprel

Azərbaycanın və Litvanın Baş nazirləri Bakıda görüşüblər

13:13
09 Aprel

İran atəşkəsə Hörmüz boğazını bağlamaqla nail oldu

13:00
09 Aprel

“Ember”in hesabatı: Türkiyə enerji saxlama sisteminin inkişafını sürətləndirir  

12:59
09 Aprel

Sabah paytaxtda hava əsasən yağmursuz olacaq

12:57
09 Aprel

Fransada tələbə qəbulu 2035-ci ilə qədər 1,7 milyon nəfər azala bilər  

12:52
09 Aprel

“Paris-2024”: Yenilənmiş Olimpiya medalları Azərbaycan idmançılarına təqdim olunub  

12:40
09 Aprel

Nazir Məcnun Məmmədov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

12:36
09 Aprel

Media: Rütte ilə görüş Trampın NATO müttəfiqlərinə qarşı münasibətini yumşaltmayıb  

12:07
09 Aprel

Zelenski: Putinlə görüş ABŞ-də və ya Yaxın Şərqdə keçirilə bilər  

11:57
09 Aprel

Prezident İlham Əliyev Türkiyənin daxili işlər nazirini qəbul edib  

11:56
09 Aprel

Azərbaycan Prezidenti İlham Əliyev Litvanın Baş nazirini qəbul edib

11:46
09 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!