16 Mart 2025 08:35
639
SİYASƏT
A- A+
Ermənistan "sülh" oyunu oynayır

Ermənistan "sülh" oyunu oynayır


Ermənistanın çoxillik münaqişə təcrübəsi göstərir ki, bu ölkə Azərbaycana qarşı hər hansı məkrli bir plan qurarkən ölkəmizin əleyhinə yönələn yalan, böhtan dolu məlumatların sayını daha da artırıb, təxribatlar törədib, müxtəlif bəhanələrlə atəşkəsi pozub...

Haylar yenə də ənənələrinə sadiqdirlər. Azərbaycanla bağlanacaq sülh müqaviləsinin şərtlərini qəbul etdiklərini həvəslə tirajlayırlar. Əslində Ermənistan sülh sazişini imzalamağa heç də tələsmir, "sülh" oyunu oynayır. Ermənistan hakimiyyətinin taktikası belədir. Rəsmi İrəvan özünü dünyaya sülhün tərəfdarı, Azərbaycanı isə sülh əleyhinə olan dövlət kimi təqdim etməyə çalışır...

Sülh sazişini imzalamağa "hazır" olan Ermənistan Göyçə gölündən Araz çayına qədər olan, təxminən 400 kilometr məsafədə, şərti sərhəd bölgəsində yeni mühəndis-istehkam işləri həyata keçirib, müdafiə xətti formalaşdırıb. Qərbdən aldığı silah-sursatlar həmin ərazilərə gətirilib. Orada yeni hərbi birləşmələrin, silah və texnikaların yerləşdirilməsi təmin edilib. Əgər  Ermənistan sülh istəyində səmimidirsə bu prosesi dayandırmalı və səmimi şəkildə münaqişənin həlli, ümumiyyətlə, Cənubi Qafqazda sabitliyin bərqərar olunması üçün konkret addımlar atmalıdır. Təəssüf ki, Ermənistan kənar qüvvələri bölgəyə cəlb etməklə münasibətləri başqa istiqamətə çəkməyə çalışır. 

Aİ-nin "mülki müşahidə missiyası" adı ilə Ermənstana yerləşdirdiyi qüvvələr sülh proseslərinə mane olur. 

Sülh sazişini imzlamağa hazır olan Ermənistan bu günlər ölkəmiz əleyhinə yönələn təbliğat maşınını tam qüvvəsi ilə işə salıb, daha fəal proqramda fəaliyyət göstərir. 

Erməni lobbisi Avropa İttifaqı Parlamentindən Bakıda saxlanılan ermənilərin dərhal və qeyd-şərtsiz azad edilməsini tələb edən qətnamə də alıb. Qətnamədə saxlanılan ermənilərin guya qeyri-insani rəftara məruz qalmaları, hətta psixotrop maddələrin tətbiqi kimi absurd iddialar irəli sürülüb. Ermənistanın 30 il ərzində Azərbaycan ərazilərini işğal edərək hərbi cinayətlər və etnik təmizləmə aparması Avropa üçün önəm daşımadığı halda, Aİ-nin bir daha beynəlxalq hüquq normalarını ayaqlar altına ataraq separatçılara və Azərbaycana qarşı təxribatlarda iştirak edən şəxslərə himayədarlığını nümayiş etdirməsi, qanuni məhkəmə proseslərinə qarşı çıxması, bu ittifaqın ikili standartlarla fəaliyyət göstərdiyini, Ermənistanınsa bu təşkilatın fəal istifadə etdiyi "peşka" olduğunu  açıq şəkildə sübut edir.

Qeyd edək ki, ABŞ-də Donald Trampın hakimiyyətə gəlişi dünyanın siyasi və hərbi arxitekturasında ciddi dəyişikliklərə aparır. Artıq Ermənistanda da dərk edirlər ki, Tramp administrasiyası üçün bu ölkə əhəmiyyətli tərəfdaş deyil. Eyni zamanda baş verən qlobal hadisələr fonunda Ermənistanın daha çox güvəndiyi  Avropa Birliyi və Fransanın hazırda bu ölkəyə təhlükəsizlik təminatı vermək imkanı yox dərəcəsindədir. Siyasi səhnədə baş verən ciddi dəyişikliklər, sürətlə ABŞ-Rusiya yaxınlaşması bu gün Qərbi daha çox öz taleyini düşünməyə məcbur edir. Eyni zamanda Ermənistan ordusunun Azərbaycan Ordusuna nisbətdə bütün göstəricilər üzrə dəfələrlə geridə olması indiki məqamda  sülh bəyanatları verməklə status-kvonu saxlamağa məcbur edir. 

Ermənistanı sülh sazişini imzalamağa "razı" salan  səbəblərdən bəhs edərkən mütləq ölkə daxilində baş verən hadisələri də nəzərə almaq lazımdır. Yaranmış vəziyyətdən maksimum istifadə etməyə çalışan revanşistlər, o cümlədən onların orduda təmsil olunan  qüvvələri  vəziyyəti dəyişmək, sabitliyi pozmaq üçün əllərinə fürsət düşdüyünü zənn edirlər. Bu günlərdə müharibədə itkin düşən hərbçilərin valideynlərinin  övladlarını xatırlamaları, İrəvanda qarışıqlıq salmaq istəmələrini də təsadüfi hesab etmək olmaz. Paşinyan hakimiyyətinin məğlubiyyəti üçün hər cür imkandan istifadə etməyə çalışan qüvvələrin iki ölkə arasında sülh müqaviləsinin  imzalanmasına maneçilik törətməyə çalışdıqları da göz qabağındadır. 

Şübhəsiz ki, sülh sazişinin imzalanması Paşinyan hakimiyyətinə siyasi-iqtisadi dividendlər gətirə bilər. Ümumilikdə Ermənistanla bağlanacaq sülh müqaviləsi bu ölkənin gələcək taleyində çox mühüm rola malikdir. Bunu ölkənin taleyinə cavabdeh olan Ermənistan rəsmiləri də, müxalifəti də dərk etməkdədirlər. Elə bu səbəbdən də  Paşinyan hakimiyyəti nizamlanma prosesini sürətləndirməyə maraq göstərsə də, Ermənistan müxalifəti hər vəchlə buna mane olmağa çalışır. Avropanın  öz canının hayına qaldığı indiki məqamda Qərbin adamı olan Nikol Paşinyanın vəziyyəti heç də ürəkaçan deyil.

Xatırladaq ki, baş nazir Nikol Paşinyan hökumət üzvləri və hakim Mülki Müqavilə Partiyasının nümayəndələri ilə keçirdiyi görüşdə "Bakı dəhliz tələbindən geri çəkilmir, razılaşmasaq, müharibə qaçılmaz olacaq. O, ictimaiyyəti bu barədə məlumatlandırmağın zəruri olduğunu bildirib". Qəribədir ki, Paşinyanın müharibə anonsu verdiyi vaxtla Ermənistan sülh sazişini imzalamağa hazır olduğu vaxt üst-üstə düşür. Sual yaranır:  tezliklə  sülh sazişi imzalanarsa, Zəngəzur dəhlizinə kim  nəzarət edəcək? Əslində 2020-ci ilin noyabrında imzalanan üçtərəfli Bəyanata görə, dəhlizə nəzarəti Rusiyanın sərhəd qoşunları həyata keçirməlidir. Bu, faktiki olaraq Ermənistanın İranla yeganə sərhədinin Rusiyanın nəzarətinə keçməsi deməkdir. İran və Ermənistan bunu istəməsə də, Moskva dəhlizə nəzarəti əldən vermək niyyətində deyil.

Belə qənaətə gəlmək olar ki, Ermənistanın sülh sazişini imzalamaq barədə verdiyi açıqlamalarında başqa niyyəti var: əsas  məqsədi vaxt qazanmaqdır. İndiki qarışıq məqamda N.Paşinyan hansı səmtə üz tutacağını deyəsən hələ ki, dəqiq müəyyənləşdirə bilməyib.


Elşən QƏNİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

Ombudsman Aparatında milli amputant futbol komandasının uğurları müzakirə olunub  

19:03
19 Dekabr

Beynəlxalq “AnewZ” televiziya kanalı “The Oligarch’s Design” sənədli araşdırma filmini təqdim edəcək 

18:57
19 Dekabr

Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib 

18:53
19 Dekabr

Bu il Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinə 72 min 703 vətəndaş müraciəti daxil olub

18:44
19 Dekabr

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən  

18:25
19 Dekabr

Müdafiə Nazirliyində media nümayəndələri ilə seminar keçirilib  

18:23
19 Dekabr

Ağdamda Manas Dastanı Günü və Beynəlxalq Dağlar Günü qeyd edilib  

18:16
19 Dekabr

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!