15 Aprel 2026 00:44
1129
Qanunlar
A- A+
"Yol hərəkəti haqqında" və "Avtomobil yolları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

"Yol hərəkəti haqqında" və "Avtomobil yolları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə


Azərbaycan Respublikasının Qanunu


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 9, maddə 564 (Cild I); 2024, № 7, maddə 771, № 8, maddə 932; 2025, № 1, maddə 16, № 2, maddə 94, № 6, maddə 523; Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 307-VIIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1-ci maddənin birinci hissəsinin 6-cı bəndi aşağıdakı redaksiyada verilsin:

"6) avtomagistral - bu Qanunla müəyyən edilmiş hərəkət rejiminə malik olan, başlanğıcı və qurtaracağı müvafiq olaraq 5.1 və 5.2 nişanları ilə işarələnən, biri-birindən ayırıcı zolaq və digər konstruktiv elementlərlə ayrılan və fərqli hərəkət istiqamətləri üçün nəzərdə tutulan hərəkət hissələrinə malik, digər yollarla, o cümlədən dəmiryol, tramvay, velosiped yolları və ya piyada zolağı ilə bir səviyyədə kəsişməsi olmayan, hər 50 kilometrdən çox olmayan məsafədə xüsusi istirahət yerləri və dayanacaq meydançaları ilə təchiz edilən yoldur;";

1.2. 50-ci maddənin II hissəsi üzrə:

1.2.1. 2-ci bəndin ikinci və üçüncü abzasları müvafiq olaraq üçüncü və dördüncü abzaslar hesab edilsin və həmin bəndə aşağıdakı məzmunda ikinci abzas əlavə edilsin:

"ödənişli avtomagistrallarda - saatda 130 kilometrdən çox olmayan sürətlə;";

1.2.2. 4-cü bəndin ikinci abzasına "avtomagistrallarda" sözündən sonra "(o cümlədən ödənişli avtomagistrallarda)" sözləri əlavə edilsin;

1.3. 85-ci maddənin birinci hissəsinin 10-cu bəndinə aşağıdakı məzmunda "Qeyd" hissəsi əlavə edilsin: 

"Qeyd:

1) nəqliyyat vasitəsinin sahibi nəqliyyat vasitəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mühafizə olunan duracağına gətirilməsi və orada saxlanılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə haqqı ödədikdən dərhal sonra saxlanılmış nəqliyyat vasitəsi ona qaytarılır. Nəqliyyat vasitəsi qanunsuz saxlanılmışdırsa və ya lazımi qaydada saxlanılmaması nəticəsində ona maddi zərər vurulmuşdursa, nəqliyyat vasitəsinin sahibi inzibati qaydada və məhkəməyə şikayət edə bilər; 

2) bu maddənin birinci hissəsinin 9-cu və 10-cu bəndlərinə uyğun olaraq mühafizə olunan duracağa gətirilmiş nəqliyyat vasitəsinin orada saxlanılması üçün haqq nəqliyyat vasitəsinin mühafizə olunan duracağa gətirildiyi gündən sonrakı gün saat 00:00-dan etibarən hesablanmağa başlayır. Nəqliyyat vasitəsinin mühafizə olunan duracağa aparılmasına səbəb olan inzibati xəta haqqında işin icraatına xitam verildikdə və ya xətaya görə inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət təmin edildikdə, nəqliyyat vasitəsinin duracağa gətirilməsi və orada saxlanılması üçün ödənilmiş haqqın məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada nəqliyyat vasitəsinin sahibinə qaytarılır.".

Maddə 2. "Avtomobil yolları haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 3 (I kitab), maddə 125 (Cild I); 2024, № 3, maddə 248; 2025, № 1, maddə 13, № 4 (I kitab), maddə 318) 1-ci maddəsinin birinci hissəsinin üçüncü abzası aşağıdakı redaksiyada verilsin:

"avtomagistral - "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hərəkət rejiminə malik olan, başlanğıcı və qurtaracağı müvafiq olaraq 5.1 və 5.2 nişanları ilə işarələnən, biri-birindən ayırıcı zolaq və digər konstruktiv elementlərlə ayrılan və fərqli hərəkət istiqamətləri üçün nəzərdə tutulan hərəkət hissələrinə malik, digər yollarla, o cümlədən  dəmiryol, tramvay, velosiped yolları və ya piyada zolağı ilə bir səviyyədə kəsişməsi olmayan, hər 50 kilometrdən çox olmayan məsafədə xüsusi istirahət yerləri və dayanacaq meydançaları ilə təchiz edilən yoldur;".


İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 24 fevral 2026-cı il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Rusiya Federasiya Şurası xaricdə həbs olunan ölkə vətəndaşlarının müdafiəsi üçün ordunun cəlb edilməsinə icazə verib  

17:33
20 May

Türkiyənin ASELSAN şirkəti mobil telefon istehsalını bərpa edəcək

17:28
20 May

Rutte NATO-nun hərbi gəmilərinin Hörmüz boğazına göndərməsini təqdir edir

17:23
20 May

İnklüziv şəhərlər naminə birlik: Şəhər dayanıqlılığı üçün BMT təşəbbüslərindən istifadə  

17:21
20 May

Avropa Parlamentinin üzvü: Mənzil böhranı sosial ədalət və demokratik sabitliyə birbaşa təsir göstərir  

17:21
20 May

Əlilliyi olan şəxslər üçün inklüziv və əlçatan şəhər mühiti - WUF13-də dəyirmi masa

17:14
20 May

WUF13: “İnvestisiya əsasları: Bazarı investisiya üçün cəlbedici edən nədir?” - Dəyirmi masa yekunlaşıb  

17:12
20 May

“Müstəqilliyimiz əbədidir” çoxcildliyindən: Azərbaycan Xalq Cümhuriyyəti qurucularının xidmətləri heç vaxt unudulmayacaq  

17:01
20 May

WUF13-də media şəhər dayanıqlılığı və mənzil siyasətində əsas ictimai kommunikasiya vasitəsi kimi dəyərləndirilib  

16:53
20 May

WUF13 çərçivəsində Bakıda olan dünya liderləri və yüksəksəviyyəli rəsmilər İçərişəhəri ziyarət ediblər

16:51
20 May

Ümumdünya Şəhərsalma Forumunda “Bakı Şəhərsalma Mükafatı”nın təsis olunduğu elan edilib

16:47
20 May

Almaniyada Çinə casusluq etməkdə şübhəli bilinən iki nəfər saxlanılıb

16:41
20 May

Avropa Sosial Xidmətlər Konfransında ölkəmizdə aparılan sosial islahatlar diqqətə çatdırılıb

16:41
20 May

WUF13 çərçivəsində “ağıllı şəhər”lər və intellektual mülkiyyət mövzusu müzakirə olunub  

16:38
20 May

Perunun İctimai Siyasət və Diplomatiya İnstitutunun direktoru: Media təşviq etmək və stimullaşdırmaq üçün vacib aktordur  

16:30
20 May

Qambiyanın naziri ahıl insanlar üçün inklüziv şəhər planlaşdırmasını inkişaf etdirməyə çağırıb  

16:29
20 May

Kənd təsərrüfati nazirinin müavini Kürdəmirdə vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

16:28
20 May

Baş prokuror Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib  

16:26
20 May

Rumıniya nəşri: Bakı–Tbilisi–Qars xəttinin əhəmiyyəti artır

16:25
20 May

UN-Habitat rəsmisi: Parlamentarilər qlobal hədəflərlə yerli icmaların reallıqları arasında əlaqələndiricidirlər  

16:23
20 May

Panel müzakirə: “Mədəni irsin və inklüziv şəhər regenerasiyasının yenidən düşünülməsi”-YENİLƏNİB  

16:23
20 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!