18 Avqust 2026 11:05
2348
Oxucu məktubları
A- A+
Əmirəli kişinin əməl dünyası

Əmirəli kişinin əməl dünyası


Göz oxşayan təbiət gözəllikləri, axar-baxarlı, bol nemətli, bərəkətli torpaqları kimi, Masallının mayası zəhmətlə yoğrulmuş adamları da ilk görüşdən qarşısındakını sehrləmək gücünə malikdir. Ürəyində dünya böyüklüyündə saf duyğular daşıyan insanlardan, elin böyüklərindən, yaşlı nəsildən - konkret olaraq Əmirəli Yaqubovdan söhbət açmaq istəyirəm. Bu seçim isə təsadüfi deyil. 

Xırmandalı rayonumuzun qədimliyi və müasirliyini özündə birləşdirən böyük kəndlərindəndr. Kəndimizdən zaman-zaman adlı-sanlı ziyalılar, elm adamları, müharibə və əmək qəhrəmanları çıxıb. Həmkəndlimiz Əmirəli Yaqubov ürəyində bir vətənin qeyrətini, təəssübkeşliyini daşıyan insanlardandır. Öz işi, əməyi, əməlləri ilə hamının dərin hörmətini qazanmış Əmirəli kişi musiqiçi ailəsində dünyaya göz açıb, elə özü də sadə bir musiqiçidir. Hazırda təqaüdçüdür. Məlumdur ki, ağsaqqallar gənclərə, özündən yaşca kiçik hər kəsə ağıllı öyüd-nəsihətlər edər, vətənini, millətini, zəhməti, insanı, insanlığı sevməyi, qorumağı tövsiyə edər. Bizim Əmirəli kişi isə bütün bu öyüd-nəsihətləri quru kəlmələrlə deyil, öz vəsaiti, gərgin əməyi və səliqə-sahmanı, səriştəsi, erudisiyası, ağlı-kamalı ilə yaratdığı muzeydəki eksponatların dili ilə verir. Tamaşaçını sehrləyərək, fakt qarşısında qoyaraq. Görünür, yaratdığı muzeyi "Yaradıcılıq Evi" adlandırmağı da buradan gəlir. 

Onu da qeyd edək ki, Masallıda muzey yaratmaqla gənc nəslin mənəvi tərbiyəsində iştirak etmək ənənəsi var. Hişkədərə kənd məktəbində mərhum müəllim Rəhim Tağıyevin 1963-cü ildə əsasını qoyduğu muzey hazırda rayon mərkəzində fəaliyyət göstərən 9 bölümdən ibarət Masallı Tarix-Diyarşünaslıq Muzeyinə çevrilib. Bizim Xıırmandalı kənd məktəbində mərhum müəllim Əsgər Zahidovun yaratdığı muzeyi də (bir çox başqa kəndimizdə də belə məktəb muzeyləri var) qeyd etmək olar. Xırmandalıda vaxtilə başqa bir muzey də fəaliyyət göstərmişdir. Əmirəli Yaqubovun atası Yasər kişi də muzey təsis etmişdi. Əmirəli özü bu haqda belə deyir: 

- Atam İkinci Dünya müharibəsi döyüşçüləri haqda muzey yaratmışdı. Lakin o muzey zaman-zaman dağıldı, unuduldu. Mən atamın işini davam etdirmək üçün muzey yaratdım ki, gənclərimiz maariflənsinlər, dəyərlərimiz itib-batmasın. 

Əmirəli Yaqubovun "Yaradıcılıq Evi" adlandırdığı muzey ictimai əsaslarla fəaliyyət göstərir. Burada 800-dən artıq eksponat toplanıb. Bəzi eksponatları təsisçi öz pulu ilə alıb. Bəzilərini dost-tanışlar bağışlayıblar. Tarlalar şumlananda yerin altından üzə çıxan bir maddi-mədəniyyət nümunəsi tapılsa, gətirib ona verirlər. Arxeoloji qazıntılardan da yararlanıb. Muzeydə XVII əsrə aid tüfəng, qədim samovarlar, çıraqlar, kəlağayılar, milli geyim nümunələri var. Ən qədim əşya V-VI əsrlərə aid daş məişət əşyasıdır. İkinci Dünya müharibəsində arxa cəbhədə qəhrəmanlıq göstərən həmvətənlərimizin, Qarabağ savaşı qəhrəmanlarının fotoşəkilləri, onlara aid sənədlər, Şuşanın işğalından əvvəl şəhərin hərbi qərargahında saxlanan milli bayrağımız da buradadır. Həmin bayrağı 1992-ci ilin məlum hadisələri zamanı həmyerlilərdən biri düşmən əlinə keçməsin deyə gətirib və bizim Əmirəli müəllimə bağışlayıb. 

Muzey 2 bölümdən ibarətdir. 1-ci bölümdə əsasən qədim məişət və təsərrüfat əşyaları nümayiş olunur. 2-ci bölüm müharibə və əmək qəhrəmanlarının həyat yolunu şəkillər və sənədlərin dili ilə sərgiləyir. 

Muzeyin qonaqları arasında Masallıya gələn turistləri, qonaqları görmək olar. Məktəblilər də tez-tez müəllimlərin rəhbərliyi ilə buraya ekskursiya edirlər. 

Əmirəli Yaqubov bir şeydən rahatsızdır: muzeyin yerləşdiyi bina köhnədir, təmirsizdir. "Muzey üçün otaqlar tikilsə, yaxşı olardı", - deyir. 


Həşim ABBASOV, 

Masallı rayonunun Xırmandalı kənd sakini, müəllim

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan nefti 127 dollardan baha satılır 

11:15
14 Oktyabr

AHİK: Gələcəyin modeli ənənəvi fəaliyyətlə rəqəmsal imkanların səmərəli vəhdəti olacaq

10:52
14 Oktyabr

Hafiz Paşayev: ADA Universiteti beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsində maraqlıdır  

10:44
14 Oktyabr

Ekologiya terrorçusunun COP17 keçirməyə mənəvi haqqı çatmır

10:20
14 Oktyabr

İstanbulda ədəbi-bədii proqram: "Zəfər yolundan türk dünyasına"

10:10
14 Oktyabr

Şirin MƏlikova: "Yeni kitabların nəşrini planlaşdırırıq"

10:00
14 Oktyabr

Can sərrafı yox, söz sərrafı oldu 

09:50
14 Oktyabr

Musiqi aləmində silinməz izlər qoymuş bəstəkar

09:40
14 Oktyabr

Kiyev ballistik raketlərlə vurulub, ölənlər var

09:38
14 Oktyabr

Atasının kölgəsinə sığınmadı

09:30
14 Oktyabr

Masallıda və Şirvanda şəhidlərin xatirəsi anılıb

09:20
14 Oktyabr

Müharibənin bitməyən ağrıları - mina təhlükəsi

09:10
14 Oktyabr

ZƏFƏR gündəliyi

09:00
14 Oktyabr

Azərbaycan-Kamboca tərəfdaşlığında yeni səhifə açılır

08:50
14 Oktyabr

ABŞ Konqresinin "erməni hərbi əsirlər" ritorikası siyasi manipulyasiya xarakteri daşıyır

08:45
14 Oktyabr

"44" bədii filmi ilə bağlı mətbuat konfransı təşkil olunub

08:40
14 Oktyabr

Azərbaycanın nəhəng kinematoqrafiya layihələrindən birinin - "44" bədii filminin premyerası olub

08:30
14 Oktyabr

Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun BƏYANATI

08:20
14 Oktyabr

Beynəlxalq sənədlər təsdiq edildi

08:10
14 Oktyabr

Söz sahibinə çevrilən Azərbaycan

08:00
14 Oktyabr

Çempionlar Liqası: “Sabah” liqa mərhələsində ilk qələbəsini qazanıb

23:01
13 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!