10 Oktyabr 2026 10:35
687
Oxucu məktubları
A- A+
Dağılmış körpünü bərpa edən yoxdur

Dağılmış körpünü bərpa edən yoxdur


Bir müddət əvvəl yolumuz Lənkəranın Daştatük kəndinə düşmüşdü. Burada acınacaqlı bir mənzərə ilə qarşılaşdıq. Kəndi iki hissəyə ayıran Bəşəru çayının üzərindəki 18 metr uzunluğunda körpü 2024-cü il iyulun 26-da leysan yağışları nəticəsində dağıldığına görə sürüşkən daşlar üzərindən çox çətinliklə o taya keçməli olduq. 

Adıçəkilən körpü kənd əhalisinin əsas gediş-gəliş yolu idi. Onun dağılması üzündən Daştatükün bir hissəsi ilə bərabər, Rəzvan, Aşağı Apo, Mollakəş kəndlərində yaşayan əhali də bir yerə çıxmaqda, ən çox payız, qış günlərində, sözün əsl mənasında, təhlükə ilə üz-üzə dururlar. 

Daştatük özü 350 təsərrüfatı, 1500-ə yaxın əhalisi olan kənddir. Körpü sıradan çıxandan sonra təqribən 500-ə yaxın kənd sakini yolun o tərəfində qalıb. Vay o günə Təcili Tibbi Yardıma ehtiyac ola. Üstəlik şagirdlərin 40 faizi çaya su gələndə məktəbdən qalır. 

Kənd sakinləri deyirlər ki, iki ildir gediş-gəliş bağlanıb. Ətraf kəndlərlə, rayon mərkəzi ilə əlaqə qırılıb. Xəstə olanda Təcili Tibbi Yardım gələ bilmir. Kənd camaatı məcburiyyət qarşısında çox çətinliklə çayı keçir. Payız və qış mövsümü yağış, qar yağdıqda isə bu da mümkün olmur. 

Hələlik dağılan körpünü təmir edən yoxdur. Amma yəqin ki, kənd sakinlərinin səsini eşidən gec-tez tapılacaq. 


Zəfər ORUCOÜLU,

Lənkəran rayonu

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan nefti 127 dollardan baha satılır 

11:15
14 Oktyabr

AHİK: Gələcəyin modeli ənənəvi fəaliyyətlə rəqəmsal imkanların səmərəli vəhdəti olacaq

10:52
14 Oktyabr

Hafiz Paşayev: ADA Universiteti beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsində maraqlıdır  

10:44
14 Oktyabr

Ekologiya terrorçusunun COP17 keçirməyə mənəvi haqqı çatmır

10:20
14 Oktyabr

İstanbulda ədəbi-bədii proqram: "Zəfər yolundan türk dünyasına"

10:10
14 Oktyabr

Şirin MƏlikova: "Yeni kitabların nəşrini planlaşdırırıq"

10:00
14 Oktyabr

Can sərrafı yox, söz sərrafı oldu 

09:50
14 Oktyabr

Musiqi aləmində silinməz izlər qoymuş bəstəkar

09:40
14 Oktyabr

Kiyev ballistik raketlərlə vurulub, ölənlər var

09:38
14 Oktyabr

Atasının kölgəsinə sığınmadı

09:30
14 Oktyabr

Masallıda və Şirvanda şəhidlərin xatirəsi anılıb

09:20
14 Oktyabr

Müharibənin bitməyən ağrıları - mina təhlükəsi

09:10
14 Oktyabr

ZƏFƏR gündəliyi

09:00
14 Oktyabr

Azərbaycan-Kamboca tərəfdaşlığında yeni səhifə açılır

08:50
14 Oktyabr

ABŞ Konqresinin "erməni hərbi əsirlər" ritorikası siyasi manipulyasiya xarakteri daşıyır

08:45
14 Oktyabr

"44" bədii filmi ilə bağlı mətbuat konfransı təşkil olunub

08:40
14 Oktyabr

Azərbaycanın nəhəng kinematoqrafiya layihələrindən birinin - "44" bədii filminin premyerası olub

08:30
14 Oktyabr

Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun BƏYANATI

08:20
14 Oktyabr

Beynəlxalq sənədlər təsdiq edildi

08:10
14 Oktyabr

Söz sahibinə çevrilən Azərbaycan

08:00
14 Oktyabr

Çempionlar Liqası: “Sabah” liqa mərhələsində ilk qələbəsini qazanıb

23:01
13 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!