10 Oktyabr 2026 10:30
607
Oxucu məktubları
A- A+
Musaküçə kəndində həsirtoxuma mərkəzinə qayğı göstərilir

Musaküçə kəndində həsirtoxuma mərkəzinə qayğı göstərilir


Musaküçə Masallının mərkəzə yaxın yerləşən qədim tarixi və ənənələri olan kəndlərindəndir. Kəndimiz Viləş çayının sahilində yerləşir. Camaatımız həsirçiliklə qədim zamanlardan məşğuldur. Burada elə ailələr var ki, öz halal çörəyini həsirçiliklə təmin edirlər. 

Məlumdur ki, respublikamızın cənub zonasında qədim el sənətlərini, o cümlədən həsirtoxumanı yaşadan kəndlər az deyil. Bu da zonanın rütubətli olması, burada həsirçiliyin xammalı hesab edilən qamış, dala, çətən kimi təbii materialların bolluğu, həsir məmulatlarına tələbatla bağlıdır. Qamış, dala, çətən payızda biçilir, qurudulur, həmin bitkilərin uzun, ensiz yarpaqlarından xüsusi formaya malik olan kəndir hörülür. Həsir ustaları bu kəndirlərdən öz həyətlərində qurduqları dəzgahlarda xüsusi zövq və bacarıqla xalça-palazın altından döşəməyə salınan həsirlər, müxtəlif ölçudə və formada zənbillər, səbətlər, çantalar, şlyapalar və başqa məmulatlar toxuyurlar. Sonra həsir məmulatları Bakı kəndlərinə, ölkəmizin ayrı-ayrı rayonlarına, cənub zonasının bazarlarına göndərilir. 

Həsir ilboyu toxunur. Onu əvvəllər ailədə hər kəs toxuyurdusa, indi bu işlə daha çox qadınlar məşğul olurlar. Musaküçə kəndində həsir toxuyan qadınlar mərkəz yaradaraq kollektiv şəkildə fəaliyyət göstərirlər. Həmin qadınlar "Rooted Hands" layihəsinin iştirakçılarıdır. Təqribən 2 ay əvvəl Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Masallıya səfəri çərçivəsində bizim Musaküçəyə də gəlmiş, həsir toxuyan qadınlarla görüşmüşdür. Leyla xanım "Rooted Hands" layihəsinin iştirakçıları ilə söhbət etmiş, onların əl işləri və yaradıcılıq fəaliyyətləri ilə tanış olmuş, onlarla birlikdə həsir toxumuşdur. Görüşdə layihədən bəhs edən film nümayiş olunmuşdur. Leyla xanımın dəstəyi ilə bu işlə məşğul olan qadınlar üçün yenilənmiş məkan yaradılmışdır.

Məlumat üçün bildirim ki, "Rooted Hands" layihəsi 2025-ci ildə Milan Moda Həftəsində dayanıqlı moda işləri çərçivəsində təqdim olunaraq Azərbaycanın bataqlıq ərazilərindən toplanan təbii materialların, qadın sənətkarların əl əməyinin, müasir dizaynın və ənənəvi sənətkarlığın uğurlu vəhdətini nümayiş etdirir. Leyla xanımın bu sahəyə dəstəyi mərkəzin maliyyə imkanlarının artmasına imkan yaradır, qədim el sənətinin daha da inkişafına, beynəlxalq miqyasda tanıdılmasına xidmət edir. 


Əlihüseyn ŞÜKÜROV, 

Masallı şəhər sakini

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan nefti 127 dollardan baha satılır 

11:15
14 Oktyabr

AHİK: Gələcəyin modeli ənənəvi fəaliyyətlə rəqəmsal imkanların səmərəli vəhdəti olacaq

10:52
14 Oktyabr

Hafiz Paşayev: ADA Universiteti beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsində maraqlıdır  

10:44
14 Oktyabr

Ekologiya terrorçusunun COP17 keçirməyə mənəvi haqqı çatmır

10:20
14 Oktyabr

İstanbulda ədəbi-bədii proqram: "Zəfər yolundan türk dünyasına"

10:10
14 Oktyabr

Şirin MƏlikova: "Yeni kitabların nəşrini planlaşdırırıq"

10:00
14 Oktyabr

Can sərrafı yox, söz sərrafı oldu 

09:50
14 Oktyabr

Musiqi aləmində silinməz izlər qoymuş bəstəkar

09:40
14 Oktyabr

Kiyev ballistik raketlərlə vurulub, ölənlər var

09:38
14 Oktyabr

Atasının kölgəsinə sığınmadı

09:30
14 Oktyabr

Masallıda və Şirvanda şəhidlərin xatirəsi anılıb

09:20
14 Oktyabr

Müharibənin bitməyən ağrıları - mina təhlükəsi

09:10
14 Oktyabr

ZƏFƏR gündəliyi

09:00
14 Oktyabr

Azərbaycan-Kamboca tərəfdaşlığında yeni səhifə açılır

08:50
14 Oktyabr

ABŞ Konqresinin "erməni hərbi əsirlər" ritorikası siyasi manipulyasiya xarakteri daşıyır

08:45
14 Oktyabr

"44" bədii filmi ilə bağlı mətbuat konfransı təşkil olunub

08:40
14 Oktyabr

Azərbaycanın nəhəng kinematoqrafiya layihələrindən birinin - "44" bədii filminin premyerası olub

08:30
14 Oktyabr

Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun BƏYANATI

08:20
14 Oktyabr

Beynəlxalq sənədlər təsdiq edildi

08:10
14 Oktyabr

Söz sahibinə çevrilən Azərbaycan

08:00
14 Oktyabr

Çempionlar Liqası: “Sabah” liqa mərhələsində ilk qələbəsini qazanıb

23:01
13 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!