26 Noyabr 2026 09:35
83
Mədəniyyət
A- A+
Əlisəfa Azayevin qələmində "Əlfi Qasımov fenomeni"

Əlisəfa Azayevin qələmində "Əlfi Qasımov fenomeni"


Yazıçı-hüquqşünas Əlisəfa Azayev "Əlfi Qasımov fenomeni" kitabında yazıçı Əlfi Qasımovun yaradıcılığından, səmimiyyətindən, alicənablığından ətraflı söhbət açır. Görkəmli yazıçının gələcək nəsillərə nümunə olacaq şərəfli ömür yolu ilə oxucuları yaxından tanış edir. Onun həyatına, yaradıcılığına geniş yol açır. 

Kitabı vərəqlədikcə öyrənirik ki, Əlisəfa Azayev yaradıcılığa yenicə başladığı çağlarda Əlfi Qasımov gənc ədibin istedadını görüb məqalələrini və digər yazılarını dərc edib. Məhz yazıçı Əlfi Qasımovun diqqət və qayğısı sayəsində gənc Əlisəfa Azayevin hekayələri "Azərbaycan müəllimi", "Azərbaycan gəncləri" qəzetlərində və "Azərbaycan qadını"  jurnallarında işıq üzü görüb.

Kitabın ilk səhifələrində görkəmli ədəbiyyatşünas alim Əkbər Ağayevin "Dostlardan biri" məqaləsinə yer verilib. Alim yazıçı Əlfi Qasımovla bağlı xatirələrini oxucularla bölüşüb, onu yazıçı, insan, dost kimi oxucalara təqdim edib.

"Əlfi Qasımov fenomeni" kitabını vərəqləyən oxucular yazıçını daha da yaxından tanıyırlar. Kitabın "Azərbaycan Sovet Yazıçıları kitabından: Əlfi Qasımov" bölməsi də maraqla oxunur. Burada yazıçının həyatı oxuculara geniş təqdim olunur. 

Haqqında yazılanları oxuduqca böyük ürək sahibi olan Əlfi Qasımovun zamanında insanlara göstərdiyi diqqət və qayğıya, xeyirxahlığa şahidlik edirik. Müəllif "O, əsl insan idi" məqaləsində Əlfi Qasımovun xeyirxahlığını, yaxşılığını  dönə-dönə xatırlayır. Ötüb arxada qalan o illərə qayıdan müəllif yazır: "1970-ci ildə yazıçı Əlfi Qasımovun ön sözü ilə mənim "Yeddi il sonra"  hekayələr kitabım "Gənclik" nəşriyyatında işıq üzü gördü. Bəlkə də o günlər məndən çox Əlfi Qasımov sevinirdi. O, dəfələrlə üzümə demişdi ki, yaradıcılığıma ümidlə yanaşır, mənimlə fəxr edir. Bunu mənə olan münasibətdən də hiss edirdim..."

Kitabda həmçinin Əlfi Qasımovu zamanında yaxından tanıyan qələm dostlarının xatirələri də geniş yer alıb. Bu xatirələri oxuduqca yazıçı gözlərimiz qarşısında istedadlı və qayğıkeş bir insan kimi canlanır. 


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Çin ABŞ-nin yeni gömrük rüsumları planını "siyasi manevr" adlandırdı

09:45
26 Noyabr

Müharibənin qaranlığında yanan vicdan işığı

09:40
26 Noyabr

Əlisəfa Azayevin qələmində "Əlfi Qasımov fenomeni"

09:35
26 Noyabr

Mümkünsüz görünəni mümkün edən cəsarət və məharət 

09:30
26 Noyabr

Gözəllik abadlıqdan başlayır

09:25
26 Noyabr

Səyyar qəbulda qaldırılan problem həll olundu

09:20
26 Noyabr

Bu şəhər bizimdir

09:15
26 Noyabr

Problem tezliklə aradan qaldırıldı

09:10
26 Noyabr

Uşaqların uşaqlığı niyə ekrana köçür?

09:05
26 Noyabr

Masallıda xeyriyyəçilik ənənələri yaşadılır

09:00
26 Noyabr

Piyada keçid körpüsü təmir edildi

08:55
26 Noyabr

Şahmat turniri

08:50
26 Noyabr

Qazi kimi mənə olan diqqətdən razıyam

08:45
26 Noyabr

Azərbaycan-İtaliya iqtisadi tərəfdaşlığının yeni hədəfləri

08:40
26 Noyabr

Regionun əsas logistika mərkəzi

08:35
26 Noyabr

Azərbaycan-ABŞ əlaqələri ən yüksək səviyyədədir

08:30
26 Noyabr

Regionda dayanıqlı sülhün bərqərar olması üçün atılan mühüm siyasi-hüquqi addım

08:25
26 Noyabr

"Vətən Müharibəsi Qəhrəmanı" - şücaətin və fədakarlığın ali təcəssümü

08:20
26 Noyabr

Güclü dövlət, ədalətli hüquq sistemi, fəal vətəndaş cəmiyyəti milli inkişaf strategiyasının əsas istiqamətləridir

08:15
26 Noyabr

Azərbaycanın Avropa üçün artan əhəmiyyəti Cənubi Qafqazda yeni iqtisadi perspektivlər yaradır 

08:10
26 Noyabr

"Sabit neft hasilatı təmin edilməlidir"

08:05
26 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!