26 Noyabr 2026 08:25
224
SİYASƏT
A- A+
Regionda dayanıqlı sülhün bərqərar olması üçün atılan mühüm siyasi-hüquqi addım

Regionda dayanıqlı sülhün bərqərar olması üçün atılan mühüm siyasi-hüquqi addım


Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan tərəfindən ölkənin yeni konstitusiya layihəsinin ictimaiyyətə təqdim edilməsi və sənədin preambulasında Müstəqillik Bəyannaməsinə istinadın yer almaması Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması baxımından mühüm siyasi hadisədir. Bu həm də Cənubi Qafqazda uzunmüddətli, dayanıqlı sülhün bərqərar olması üçün atılan mühüm siyasi-hüquqi addımdır.

Azərbaycanın bu məsələdə mövqeyi əvvəldən aydın, ardıcıl və prinsipial olmuşdur. Ermənistanın hazırkı konstitusiyasının preambulasında istinad edilən 1990-cı il Müstəqillik Bəyannaməsində Azərbaycanın Qarabağ bölgəsinə dair ərazi iddiaları ilə bağlı müddəaların olması iki dövlət arasında sülhün hüquqi əsasları üçün ciddi maneə kimi qiymətləndirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəfələrlə bəyan etmişdir ki, sülh sazişinin imzalanması üçün Ermənistanın konstitusion-hüquqi çərçivəsində Azərbaycana qarşı ərazi iddiaları aradan qaldırılmalıdır. Dövlətimizin başçısının bu prinsipial və ardıcıl mövqeyi sülh prosesinin etibarlı hüquqi əsaslar üzərində qurulmasına, gələcəkdə ərazi iddialarının qaldırılmamasına xidmət edir. Möhkəm hüquqi təməl üzərində qurulmuş sülh həm də revanşist meyillərin yenidən ortaya çıxmasının qarşısının alınmasında ciddi institusional əsas ola bilər.

Bu baxımdan Ermənistanda ictimaiyyətə açıqlanmış yeni konstitusiya layihəsində Müstəqillik Bəyannaməsinə istinadın olmaması Azərbaycanın uzun müddətdir gündəmə gətirdiyi əsas məsələlərdən birinin həlli istiqamətində konkret və müsbət addımdır. Eyni zamanda layihədə sülhün xarici siyasətin prioriteti kimi müəyyənləşdirilməsi, bütün dövlətlərlə mehriban qonşuluq və qarşılıqlı faydalı münasibətlərin qurulmasının vurğulanması da diqqətəlayiqdir. Bu müddəalar Ermənistanın siyasi-hüquqi yanaşmasında qarşıdurma məntiqindən əməkdaşlıq və sülh gündəliyinə keçid baxımından əhəmiyyətli siqnal kimi dəyərləndirilə bilər. 

Yeni konstitusiya layihəsinin preambulasında yer alan formulda iki mühüm dəyişiklik diqqəti cəlb edir: Müstəqillik Bəyannaməsinə istinadın olmaması və Ermənistan dövlətçiliyinin beynəlxalq səviyyədə tanınmış ərazi çərçivəsində müəyyənləşdirilməsi.

"Biz, Ermənistan Respublikasının xalqı, dövlətçiliyimizin davamlılığı və inkişafı naminə, beynəlxalq səviyyədə tanınmış ərazimizdə müstəqil, dinc, təhlükəsiz və firavan dövlət qurmaq, bu dövləti nəsildən-nəslə ötürmək missiyasını rəhbər tutaraq Ermənistan Respublikasının Konstitusiyasını qəbul edirik".

Bu məsələ həmçinin 8 avqust 2025-ci ildə Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfindən ABŞ Prezidenti Donald Trampın iştirakı ilə imzalanmış Birgə Bəyannamənin həyata keçirilməsi kontekstində xüsusi əhəmiyyət daşıyır. Həmin tarixi sülh sammitində iki ölkənin xarici işlər nazirləri sülh sazişinin razılaşdırılmış mətnini paraflamış, tərəflər sənədin imzalanması və ratifikasiyasına nail olmaq üçün növbəti addımların atılmasının zəruriliyini təsdiqləmişlər. Vaşinqton Birgə Bəyannaməsinin mətnində sülh sazişinin imzalanması və ratifikasiyası istiqamətində fəaliyyətin davam etdirilməsi, dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət, beynəlxalq sərhədlərin toxunulmazlığı və revanşizmin rədd edilməsi kimi prinsiplər xüsusi əhəmiyyət daşıyır. Ermənistanın yeni konstitusiya layihəsində edilən dəyişiklik məhz bu prinsiplərin ölkənin ali hüquqi sənədində öz əksini tapması istiqamətində mühüm irəliləyiş kimi qiymətləndirilə bilər.

Eyni zamanda nəzərə alınmalıdır ki, konstitusiya layihəsinin ictimaiyyətə açıqlanması hələ onun hüquqi qüvvəyə minməsi demək deyil. Növbəti mərhələdə müvafiq konstitusion prosedurların tamamlanması və yeni konstitusiyanın qəbul edilməsi mühüm əhəmiyyət daşıyır. Yalnız bu prosesin uğurla başa çatması Azərbaycan ilə Ermənistan arasında paraflanmış sülh sazişinin imzalanmasına və sonrakı ratifikasiyası yolundakı əsas maneənin aradan qaldırılmasına imkan yaradacaqdır. Sazişin qüvvəyə minməsi hazıkı de fakto sülhün de yure sülhə çevrilməsi üçün mühüm hüquqi-siyasi baza olacaqdır. Saziş həmçinin dövlətlərarası münasibətlərin normallaşdırılmasını sürətləndirəcəkdir.

Şübhəsiz ki, bu prosesin əhəmiyyəti yalnız ikitərəfli münasibətlərlə məhdudlaşmır. Azərbaycan və Ermənistan arasında dayanıqlı sülhün hüquqi və siyasi əsaslarının möhkəmləndirilməsi bütövlükdə Cənubi Qafqazda təhlükəsizliyin gücləndirilməsinə, nəqliyyat və kommunikasiya əlaqələrinin açılmasına, iqtisadi əməkdaşlığın genişlənməsinə və qarşılıqlı etimad mühitinin formalaşmasına xidmət edəcəkdir. Xüsusilə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin olunması və Vaşinqtonda razılaşdırılmış TRIPP təşəbbüsünün həyata keçirilməsi regionun beynəlxalq nəqliyyat və ticarət marşrutlarında rolunu daha da artıracaqdır.

Azərbaycan 2020-ci ildə Vətən müharibəsində qazandığı tarixi Qələbədən və 2023-cü ildə suverenliyini tam bərpa etdikdən sonra regionda sülh gündəliyinin əsas təşəbbüskarı kimi çıxış etmişdir. Prezident İlham Əliyevin uzaqgörən, ardıcıl və prinsipial siyasəti nəticəsində formalaşmış yeni regional reallıqlar Cənubi Qafqazda qarşıdurma dövrünün arxada qalması və dövlətlərarası münasibətlərin beynəlxalq hüququn prinsipləri əsasında qurulması üçün tarixi imkan yaratmışdır.

Beləliklə, Ermənistanın yeni konstitusiya layihəsində Müstəqillik Bəyannaməsinə istinadın yer almaması Azərbaycan Prezidentinin uzun illər ərzində nümayiş etdirdiyi prinsipial mövqeyin əhəmiyyətini bir daha təsdiqləyir. Bu addımın yekun hüquqi təsbitini tapması paraflanmış sülh sazişinin imzalanmasına və ratifikasiyasına, bununla da Azərbaycan və Ermənistan arasında münasibətlərin tam normallaşmasına mühüm töhfə verə bilər. Ən başlıcası isə bu, Cənubi Qafqazın qarşıdurma məkanından davamlı sülh, sabitlik, mehriban qonşuluq və qarşılıqlı faydalı əməkdaşlıq regionuna çevrilməsi yolunda tarixi mərhələ ola bilər.


Rizvan NƏBİYEV, 

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bu şəhər bizimdir

09:15
26 Noyabr

Problem tezliklə aradan qaldırıldı

09:10
26 Noyabr

Uşaqların uşaqlığı niyə ekrana köçür?

09:05
26 Noyabr

Masallıda xeyriyyəçilik ənənələri yaşadılır

09:00
26 Noyabr

Piyada keçid körpüsü təmir edildi

08:55
26 Noyabr

Şahmat turniri

08:50
26 Noyabr

Qazi kimi mənə olan diqqətdən razıyam

08:45
26 Noyabr

Azərbaycan-İtaliya iqtisadi tərəfdaşlığının yeni hədəfləri

08:40
26 Noyabr

Regionun əsas logistika mərkəzi

08:35
26 Noyabr

Azərbaycan-ABŞ əlaqələri ən yüksək səviyyədədir

08:30
26 Noyabr

Regionda dayanıqlı sülhün bərqərar olması üçün atılan mühüm siyasi-hüquqi addım

08:25
26 Noyabr

"Vətən Müharibəsi Qəhrəmanı" - şücaətin və fədakarlığın ali təcəssümü

08:20
26 Noyabr

Güclü dövlət, ədalətli hüquq sistemi, fəal vətəndaş cəmiyyəti milli inkişaf strategiyasının əsas istiqamətləridir

08:15
26 Noyabr

Azərbaycanın Avropa üçün artan əhəmiyyəti Cənubi Qafqazda yeni iqtisadi perspektivlər yaradır 

08:10
26 Noyabr

"Sabit neft hasilatı təmin edilməlidir"

08:05
26 Noyabr

MƏĞLUBİYYƏTİN ETİRAFI VƏ TƏSDİQİ

08:00
26 Noyabr

İxracda hesablaşmaların tənzimlənməsi ilə bağlı əlavə tədbirlər və Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 iyun tarixli 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları"nda dəyişiklik edilməsi haqqında

02:49
26 Noyabr

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində "Beynəlxalq Meşə Təlim və Tingçilik Mərkəzi"nin yaradılması haqqında

02:47
26 Noyabr

“Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə göstərilən illik tibbi yardımın (o cümlədən zəruri olan müayinələrin) həcmi, inyeksiya vasitələrinin, insulin və digər şəkərsalıcı dərman preparatlarının, özünənəzarət vasitələrinin siyahısı və miqdarı”nın və “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin insulin və digər şəkərsalıcı dərman preparatları, inyeksiya və özünənəzarət vasitələri ilə təminatı Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 13 may tarixli 87 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

02:45
26 Noyabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Vahid təqvim planına uyğun olaraq keçirilən ölkə və beynəlxalq kütləvi bədən tərbiyəsi və idman tədbirləri üçün vəsaitlərin xərclənməsi Qaydaları və Normaları”nın təsdiq edilməsi haqqında” 2007-ci il 18 yanvar tarixli 8 nömrəli və “Ölkə və beynəlxalq miqyaslı bədən tərbiyəsi və idman tədbirlərinin, Vahid təqvim planına daxil edilmiş bədən tərbiyəsi tədbirlərinin və idman yarışlarının maliyyələşdirilməsi Qaydaları və bu tədbirlərin təşkili və keçirilməsinə ayrılan xərclərin Normaları”nın təsdiq edilməsi haqqında” 2010-cu il 5 yanvar tarixli 2 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə

02:44
26 Noyabr

Qaradağ rayonunda palçıq vulkanı püskürüb

23:51
25 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!