24 Noyabr 2026 09:30
96
Mədəniyyət
A- A+
Tarixi keçmişdən soraq verən memarlıq abidəsi 

Tarixi keçmişdən soraq verən memarlıq abidəsi 


Zəngin və bənzərsiz təbiəti ilə gələnləri və görənləri heyran qoyan bölgələrimizdən biri də Qubadır. Hər il dünyanın müxtəlif ölkələrindən bu gözəl diyara minlərlə turist axışıb gəlir. Onlar bu yerləri gəzdikdən sonra Qubadan xoş təəssüratlarla, yenidən bu yerlərə qayıtmaq arzusu ilə ayrılırlar.

Rayonda  turistlərin, qonaqların böyük maraqla baxdığı tarixi abidələrdən biri də XIX əsrə aid nadir memarlıq incisi olan hündür günbəzli hamamdır. Memarlıq abidəsi kimi qorunan hamamda bərpa işləri aparılan zaman tikilinin ilkin görkəmi və quruluşu olduğu kimi saxlanılaraq müasir dövrdə istifadəyə yararlı vəziyyətə gətirilib. 

Əldə olan məlumatlara əsasən, fransız yazıçısı Aleksandr Düma Qafqaza səfəri zamanı bu hamamdan istifadə edib. Mədəniyyət tariximizin qiymətli bir parçası kimi qorunan bu abidə təəssüflər olsun ki, qanlı erməni soyqırımının da şahidi olub. Yerli sakinlərin dediklərinə görə, 1918-ci ildə Qubada törətdikləri soyqırımı zamanı ermənilər rayon sakinlərini bu hamamın buxarında boğaraq öldürüblər. Sonra isə cansız cəsədlərini çalaya atıblar. 

Hamam 1985-ci ilə qədər təyinatı üzrə istifadə edilib. Sonra kanalizasiya sistemi işləmədiyinə görə fəaliyyəti dayandırılıb.

Quba şəhərinin mərkəzində yerləşən Şərq memarlığının ən orijinal nümunəsi olan günbəzli hamam ümumi bir zaldan, bəylər üçün nəzərdə tutulmuş 4, istirahət və çay içmək üçün planlaşdırılan daha 3 otaqdan ibarətdir. Birmərtəbəli olan hamam 1 qapılı, 6 pəncərəlidir. Qırmızı kərpicdən tikildiyinə görə bəzən yerli camaat ona "qırmızı hamam" da deyirlər. 

Müxtəlif ölçülü iki tağdan ibarət hamamın istilik sistemi elə qurulub ki, o, yalnız odunla işləyir. Günbəzlərinin hündürlüyü 9 metr olan hamamın qızdırılmasında istifadə edilən soba həm də döşəməni isidir. Hamamı tikən bacarıqlı ustalar sobadan hamamın döşəməsi boyu istiliyə davamlı kərpicdən kanallar çəkiblər. Buna görə də sobadan çıxan istilik həmin kanallar vasitəsilə döşəməni qızdırır. Həmin sistem  hamamın daim eyni temperaturda qalmasını təmin edib.  

1986-1987-ci illərdə günbəzli hamamda təmir və bərpa işləri aparılıb. Abidənin  tarixi görkəmi saxlanmaqla 2 günbəz və 9 hücrədən ibarət olan qədim tikilinin fasadı tamamilə yenilənib. Bərpa prosesində həmçinin abidənin dam örtüyü dəyişdirilib. Hamam binasının bərpası zamanı onun tikildiyi dövrün memarlıq ənənələrindən istifadə edilib. Bərpa prosesində hamamın iç divarlarındakı müxtəlif naxış və ornamentlər də qorunub saxlanılıb. Bununla da sanki abidəyə ikinci həyat verilib. 

2017-2018-ci illərdə hündür günbəz hamamı yenidən bərpa olunub. Bərpa işləri ABŞ-nin Azərbaycandakı səfirliyi, Mədəniyyət Nazirliyi və nazirliyin yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin dəstəyi ilə həyata keçirilib. 2018-ci il martın 26-da yenidən bərpa olunmuş hamamın açılışı olub. Bu gün hamam Mədəniyyət və Turizm Nazirliyi tərəfindən tarixi abidə kimi qorunur. Bunun üçün tarixi abidənin ətrafında  UNESCO tərəfindən məhəccərlər də inşa olunub. Bu da abidənin toxunulmazlığını daha etibarlı edib.


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prokurorluq orqanlarında qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsi keçirilib

09:40
24 Noyabr

Qışdır, soyuqdur deyib istirahətinizi yaya saxlamayın

09:35
24 Noyabr

Tarixi keçmişdən soraq verən memarlıq abidəsi 

09:30
24 Noyabr

Gördü, sevdi, seçdi

09:25
24 Noyabr

Goranboyda pambıq istehsalı məhsuldarlıq hesabına artır

09:20
24 Noyabr

Balıqçılıq və sitrusçuluğun inkişafı üçün əlavə imkanlar açılıb

09:15
24 Noyabr

Mehmandarov - cümhuriyyət ordusunun qurucusu

09:10
24 Noyabr

Son nəfəsədək Vətən uğrunda...

09:05
24 Noyabr

Nişanlısına aldığı qızıl güllər solmamış döyüşlərə yollandı 

09:00
24 Noyabr

20 yaşı bir neçə ay idi tamam olmuşdu...

08:55
24 Noyabr

"Yoldaş" rəqəmsal mütaliə dostu… 

08:50
24 Noyabr

Sənaye, innovasiya və investisiya gündəmində yeniliklər

08:45
24 Noyabr

Ermənistan tarixi sınaq qarşısındadır

08:40
24 Noyabr

Müstəqil dövlətçiliyimizin təməl məfkurəsi azərbaycançılıqdır

08:35
24 Noyabr

Bölgələrin real tələbatına uyğun inkişaf planları: 14 iqtisadi zonada təlimlərə start verildi

08:30
24 Noyabr

Hasilatı artırmaq üçün laylar "canlandırılır"

08:25
24 Noyabr

2027-ci ilin dövlət büdcəsi zərfi: maliyyə təhlükəsizliyindən fiskal dayanıqlığa

08:20
24 Noyabr

Tarixə söykənən dostluq və genişlənən əməkdaşlıq

08:15
24 Noyabr

Azərbaycan-Vyetnam: uzaq coğrafiya strateji tərəfdaşlıq üçün sədd deyil

08:10
24 Noyabr

Azərbaycan-Vyetnam əlaqələri yeni mərhələyə yüksəlib

08:05
24 Noyabr

"Yeni Azərbaycan Partiyası: Heydər Əliyev dühası və siyasi varislik"

08:00
24 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!