01 Sentyabr 2026 15:15
147
CƏMİYYƏT
A- A+
Ekspres marşrut xətlərində gündəlik 95 nəqliyyat vasitəsilə 68 minədək sərnişin daşınır 

Ekspres marşrut xətlərində gündəlik 95 nəqliyyat vasitəsilə 68 minədək sərnişin daşınır 


Avtobusların iş qrafiki Bakı metrosu ilə sinxronlaşdırılıb, sərnişinlər yeni ekspres marşrutlardan fəal istifadə edirlər


Bakı Metropolitenində xətlərin ayrılması layihəsinə başlanıldığı üçün alternativ daşımaların təmin edilməsi məqsədilə 6 ekspres marşrutu təşkil edilib və vətəndaşlarının ixtiyarına verilib. Sərnişinlər yeni ekspres marşrutlardan fəal istifadə edirlər. Avtobusların iş qrafiki metro ilə sinxronlaşdırılıb və marşrutlar saat 06:00-dan 00:00-dək fəaliyyət göstərir.

Bu barədə AZƏRTAC-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

“M1 – Metronun “Elmlər Akademiyası” və “28 May” stansiyaları arasında

M2 – Metronun “İnşaatçılar”, “Nizami” və “28 May” stansiyaları arasında

M3 – Metronun “20 Yanvar”, “Nizami” və “28 May” stansiyaları arasında

M4 – Metronun “20 Yanvar” və “Koroğlu” stansiyaları arasında

M5 – Metronun “20 Yanvar” və “Gənclik” stansiyaları arasında

M6 – Metronun “Elmlər Akademiyası”, “Nizami”, “Gənclik” və “Koroğlu” stansiyaları arasında fəaliyyət göstərir.

Şaxələndirilmiş şəbəkə sayəsində sərnişinlərə tələbata uyğun olaraq alternativlər təqdim edilir. Vətəndaşlara səfərlərini planlayan zaman ekspres marşrutların imkanlarını düzgün qiymətləndirməyi və istiqamətlərini nəzərə almağı tövsiyə edirik”, - deyə məlumatda qeyd olunub.

Bildirilir ki, sərnişinlər marşrutlar barədə məlumatı “AYNA MaaS” tətbiqi vasitəsilə də əldə edə bilərlər. 28 müntəzəm marşrut üzrə avtobusların sayı artırılıb. Bununla da avtobuslararası interval azalıb və əlçatanlıq artıb. Ümumilikdə gücləndirmə aparılmış 34 marşrut xəttinə (28 müntəzəm + 6 ekspres) 140-dan çox əlavə avtobus cəlb olunub. Təkcə ekspres marşrut xətlərində gündəlik olaraq 95 nəqliyyat vasitəsilə 68 minədək sərnişin daşınır. Dəstəkləyici tədbirlər çərçivəsində xətlərə əlavə edilən avtobuslarla gün ərzində 475 min sərnişinə xidmət göstərilir. Monitorinq Mərkəzi vasitəsilə avtobusların hərəkətinə real vaxt rejimində nəzarət olunur. Eyni zamanada, sərnişin axını təhlil edilir, tələbat nəzərə alınaraq operativ şəkildə avtobusların sayı tənzimlənir, daşıyıcılar tərəfindən xəttə əlavə avtobuslar buraxılır. 4 metro stansiyasının qarşısında vətəndaşlara dəstək məqsədilə nəqliyyat könüllüləri də cəlb olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Milli Kitabxanada Möhsün Nağısoylunun yubileyinə həsr olunmuş kitab sərgisi açılıb

15:45
01 Sentyabr

Deputat: Yeni iqtisadi layihələr Azərbaycanın rolunu artırır 

15:40
01 Sentyabr

Şavkat Mirziyoyev ŞƏT ölkələrinin dəmir yollarının inteqrasiyası üzrə Şura yaradılmasını təklif edib

15:35
01 Sentyabr

Emoməli Rəhmon: ŞƏT-i konstruktiv qarşılıqlı fəaliyyətin ümumi dəyərləri birləşdirir

15:30
01 Sentyabr

Rusiya Prezidenti: BMT maraqların uzlaşdırılmasının əsas mexanizmi kimi öz funksiyasını qoruyub saxlamalıdır  

15:25
01 Sentyabr

Birinci xanım Mehriban Əliyeva Bişkekdə dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub

15:20
01 Sentyabr

Ekspres marşrut xətlərində gündəlik 95 nəqliyyat vasitəsilə 68 minədək sərnişin daşınır 

15:15
01 Sentyabr

ŞƏT liderləri Bişkek Bəyannaməsini imzalayıblar

15:10
01 Sentyabr

Nepalda sel fəlakəti nəticəsində ölənlərin sayı 987 nəfərə çatıb

15:05
01 Sentyabr

Bişkek görüşü regional reallıqların növbəti təsdiqidir

15:03
01 Sentyabr

Avropanın yeraltı qaz anbarları 65,09 faiz doludur  

15:00
01 Sentyabr

Azərbaycan Avrasiyanın yeni güc xəritəsində öz sözünü deyən ölkəyə çevrilib 

14:55
01 Sentyabr

Pakistanın Baş naziri ŞƏT-in 2035-ci ilədək İnkişaf Strategiyasının həyata keçirilməsinə çağırıb  

14:50
01 Sentyabr

Çin Xalq Respublikasının Sədri: ŞƏT birgə inkişafın əsas platformalarından birinə çevrilib  

14:45
01 Sentyabr

Çinli ekspert: Azərbaycan Prezidentinin ŞƏT sammitlərində iştirakı Bakının bu platformaya sadiqliyini göstərir  

14:40
01 Sentyabr

Azərbaycanın çimərlik voleybolu üzrə yığmaları Avropa çempionatlarında iştirak edəcəklər

14:35
01 Sentyabr

Şanxay Əməkdaşlıq Təşkilatı Azərbaycanın böyük önəm verdiyi mühüm beynəlxalq platformadır

14:30
01 Sentyabr

Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə növləri və ödənişlər müəyyənləşdirilib

14:25
01 Sentyabr

Bu gündən balıq ovu mövsümü başlayır

14:15
01 Sentyabr

Volodimir Zelenski Rusiyanın Ukraynaya kütləvi hücumundan danışıb

14:10
01 Sentyabr

13 il əvvəl qəsdən adam öldürülmə cinayətini təşkil etməkdə təqsirləndirilən şəxs barəsində materiallar məhkəməyə göndərilib

14:05
01 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!