01 Sentyabr 2026 14:05
186
CƏMİYYƏT
A- A+
13 il əvvəl qəsdən adam öldürülmə cinayətini təşkil etməkdə təqsirləndirilən şəxs barəsində materiallar məhkəməyə göndərilib

13 il əvvəl qəsdən adam öldürülmə cinayətini təşkil etməkdə təqsirləndirilən şəxs barəsində materiallar məhkəməyə göndərilib


13 il əvvəl qəsdən adam öldürülmə cinayətini təşkil etməkdə təqsirləndirilən şəxs barəsində cinayəti işi məhkəməyə göndərilib.

Bu barədə AZƏRTAC-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Belə ki, 2013-cü il mayın 2-də Bakı şəhərinin Nərimanov rayonu ərazisində Schilder Vüsal Adolf qəsdən öldürülüb. Faktla bağlı prokurorluq orqanları tərəfindən aparılmış ibtidai istintaq nəticəsində İsgəndərov Elman Seyidağa oğlu Cinayət Məcəlləsinin 120.2.1, 120.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən tamah məqsədilə qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama, daşıma, gəzdirmə) maddələri, Talıbov Seymur Teymur oğlu isə həmin Məcəllənin 120.2.1-ci və 120.2.5-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib və cinayət işi baxılması üçün aidiyyəti məhkəməyə göndərilib.

Müvafiq məhkəmə hökmləri ilə sadalanan cinayətlərdə təqsirli bilinərək Elman İsgəndərov 15 il, Seymur Talıbov isə 12 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər.

Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsində cinayət işi üzrə ibtidai istintaqın davam etdirilməsi və əldə olunan sübutların tədqiqi zamanı Əli-zadə Xəyal Məzahir oğlunun həmin cinayətin təşkili və törədilməsinə rəhbərlik etməsinə əsaslı şübhələr müəyyən edilib. Bununla əlaqədar onun barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilərək cinayət təqibi davam etdirilib.

Xəyal Əli-zadə Azərbaycan Respublikasının hüdudlarından kənarda olduğundan ona ittiham elan etmək mümkün olmayıb və istintaqdan qaçıb gizləndiyinə görə barəsində beynəlxalq axtarış elan edilib.

Aparılmış axtarış tədbirləri nəticəsində Xəyal Əli-zadənin Birləşmiş Ərəb Əmirliklərində olduğu müəyyən edilib.

Ötən müddət ərzində Xəyal Əli-zadənin ekstradisiyası ilə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Baş Prokurorluğun vəsatəti əsasında Ədliyyə Nazirliyi tərəfindən göndərilmiş sorğu nəticəsində o, 2026-cı il yanvarın 11-də Birləşmiş Ərəb Əmirliklərinin səlahiyyətli orqanları tərəfindən tutulub və sonradan Azərbaycana ekstradisiya edilib.

Cinayət işinin ibtidai istintaq davam etdirilib, toplanmış mötəbər sübutlar əsasında Xəyal Əli-zadəyə Cinayət Məcəlləsinin 32.3, 120.2.5-ci (tamah məqsədilə qəsdən adam öldürmə cinayətini təşkil etmə) maddəsi ilə ittiham elan edilib, barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

İbtidai istintaq tamamlanaraq cinayət işi üzrə ittiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilib və baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Çin Xalq Respublikasının Sədri: ŞƏT birgə inkişafın əsas platformalarından birinə çevrilib  

14:45
01 Sentyabr

Çinli ekspert: Azərbaycan Prezidentinin ŞƏT sammitlərində iştirakı Bakının bu platformaya sadiqliyini göstərir  

14:40
01 Sentyabr

Azərbaycanın çimərlik voleybolu üzrə yığmaları Avropa çempionatlarında iştirak edəcəklər

14:35
01 Sentyabr

Şanxay Əməkdaşlıq Təşkilatı Azərbaycanın böyük önəm verdiyi mühüm beynəlxalq platformadır

14:30
01 Sentyabr

Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə növləri və ödənişlər müəyyənləşdirilib

14:25
01 Sentyabr

Bu gündən balıq ovu mövsümü başlayır

14:15
01 Sentyabr

Volodimir Zelenski Rusiyanın Ukraynaya kütləvi hücumundan danışıb

14:10
01 Sentyabr

13 il əvvəl qəsdən adam öldürülmə cinayətini təşkil etməkdə təqsirləndirilən şəxs barəsində materiallar məhkəməyə göndərilib

14:05
01 Sentyabr

Nazir müavini: Balıqçılıq və toxumçuluq sahələrində rəqəmsallaşmanın tətbiqi əsas yeniliklərdəndir

14:00
01 Sentyabr

Sabaha olan hava proqnozu açıqlanıb  

13:55
01 Sentyabr

Yaponiyada ölkənin ən yaşlı sakini vəfat edib  

13:50
01 Sentyabr

ŞƏT məkanında nəqliyyat və bağlantıların gündəmə gəlməsi Azərbaycan üçün əhəmiyyətlidir

13:45
01 Sentyabr

Azərbaycanın ŞƏT ilə əlaqələri ölkəmizin beynəlxalq əməkdaşlıq imkanlarını nümayiş etdirir 

13:40
01 Sentyabr

Deputat: “Azərbaycan artıq orta güc dövlətinə çevrilib“

13:35
01 Sentyabr

Qırğızıstan ŞƏT-də sədrliyi Pakistana təhvil verib

13:30
01 Sentyabr

Rəqəmsal Əməkdaşlıq Təşkilatına üzvlük Azərbaycana nə vəd edir?

13:25
01 Sentyabr

Deputatımız ABŞ-yə gedir

13:23
01 Sentyabr

Türk professor: “Azərbaycanın Mərkəzi Asiya siyasəti və ŞƏT-də iştirakı vahid diplomatik strategiyanın tərkib hissəsidir“

13:20
01 Sentyabr

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan 46 cinayətin üstü açılıb

13:15
01 Sentyabr

Azərbaycanda ilk dəfə “Fotoqrafiya sənəti” ixtisası üzrə tədris proqramı hazırlanıb

13:10
01 Sentyabr

Azərbaycanın regional üstünlükləri ŞƏT-lə əməkdaşlığa töhfə verir  

13:07
01 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!